İsti havada tər qoxusundan qurtulmağın YOLLARI
Tər qoxusu, xüsusilə sosial mühitlərdə narahatedici ola bilər və insanın özünəinamını mənfi təsirləyə bilər. Güclü tər qoxusu ətrafdakı insanlara da narahatlıq verə bilər. Bu da sosial münasibətlərdə çətinliklərə səbəb ola bilər. Buna görə bədən gigiyenasına diqqət yetirmək çox vacibdir.
Lent.az xarici mediaya istinadla bildirir ki, bütün bunlarla yanaşı, təbii üsullardan da faydalanmaq olar. Üstəlik, bu təbii vasitə yalnız tər qoxusuna təsir etməklə kifayətlənmir; dərinin gözəlliyi üçün də olduqca faydalıdır.
Duz sabunu son illərdə populyarlıq qazanan təbii baxım vasitələrindən biridir və dəri sağlamlığına verdiyi çoxsaylı faydalarla diqqət çəkir. Bu sabun adətən Himalay duzu və ya dəniz duzu kimi təbii duzlardan hazırlanır və tamamilə mineral tərkiblidir. Kimyəvi qatqı maddəsi olmadığı üçün təbii dəri təmizləyici və baxım vasitəsi olaraq ön plana çıxır.
Tər qoxusunu kökündən həll edir
Duz sabunu tər qoxusunu neytrallaşdırmaqda olduqca təsirlidir. Antibakterial xüsusiyyətləri sayəsində dəridəki bakteriyaların yaranmasının qarşısını alır, bu da tər qoxusunun əsas səbəbini ortadan qaldırır. Müntəzəm istifadədə təbii və davamlı təmizlik hissi verir, bədən qoxusunu azaldır və təravət hissi yaradır.
Dərini təmizləyir
Duz sabunu dərinin dərinliklərinə qədər təmizlənməsinə kömək edir. Tərkibindəki təbii minerallar sayəsində məsamələri təmizləyir, ölü dəriləri aradan qaldırır və dərini daha parlaq bir hala gətirir.
Dəridəki yağ balansını nizamlayır və xüsusilə yağlı dərilər üçün ideal bir təmizlik təqdim edir. Müntəzəm istifadədə dərinin daha təmiz və təravətli görünməsinə kömək edir. Həmçinin dərinin pH səviyyəsini tarazlayaraq təbii qoruyucu baryerini gücləndirir.
Akneyə qarşı təsiri
Duz sabunu, akne və sivilcə problemləri ilə mübarizədə də olduqca təsirlidir. Duzun antibakterial xüsusiyyətləri dəridə bakteriya yığılmasının qarşısını alır və mövcud sivilcələrin qurumasına yardımçı olur. Eyni zamanda məsamələri təmizləyərək yeni sivilcə yaranmasının qarşısını alır.
Müntəzəm istifadədə akne meyilli dərilər üçün mükəmməl bir həll təqdim edir və dərinin daha hamar görünməsinə kömək edir.
Dəri rəngini bərabərləşdirir
Duz sabunu dərinin tonunu bərabərləşdirir və daha işıltılı bir görünüşə sahib olmasına kömək edir. Tərkibindəki minerallar, dəridəki rəng fərqlərini aradan qaldırır və dəri tonunu balanslaşdırır. Bu xüsusiyyət, günəş ləkələri və hiperpigmentasiya kimi dəri problemlərində faydalıdır. Duz sabunu dəridə təbii bir parlaqlıq yaradaraq, daha gənc və sağlam görünməyə şərait yaradır.
Bu sabun təbii antibakterial və antiseptik xüsusiyyətləri ilə dərini mikroblardan təmizləyir və infeksiya riskini azaldır. Bu xüsusiyyət onu gigiyenanın vacib olduğu əllər və ayaqlar kimi bölgələrdə istifadə üçün ideal edir. Duz sabunu dəridəki bakteriya və mikroorqanizmlərin çoxalmasının qarşısını alaraq sağlam dəri baryeri formalaşdırır.
Dərinin nəm balansını qoruyur və nəmin itirilməsinin qarşısını alır. Hərçənd quruducu təsiri olduğu düşünülə bilər, amma bu sabun dərini zərif şəkildə təmizləyərkən eyni zamanda dəridəki nəm saxlama qabiliyyətini artırır. Bu xüsusiyyət, artıq yağ istehsalını tənzimləyərkən quru bölgələrin də nəmlənməsini təmin edir. Xüsusilə qarışıq dəri tipləri üçün ideal bir seçimdir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2944 Tarix: 22 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBayraktar: "Akkuyu" AES-in ilk reaktoru yaxın zamanda istifadəyə veriləcək
"Akkuyu" atom elektrik stansiyasının (AES) ilk reaktoru yaxın zamanda işə başlayacaq. "Report" xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" sosial şəbəkə hesabında bildirib. "Uğurla irəliləyən "Akkuyu" AES-i
15.11.2026 205 Prezident: "Ümummilli liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"
"Ümummilli lider Heydər Əliyevin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur. Onun rəhbərliyi və dəstəyi ilə milli televiziya və radio yayımının maddi-texniki bazasının möhkəmləndirilməsi, yaradıcı potensialının artırılması, milli-mənəvi dəyərlərimizi
15.11.2026 235 HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
İsrail Müdafiə Ordusu və Şin Bet (ŞABAK) Qəzza zolağının cənubunda HƏMAS-ın hərbi qanadının "Rəfah" briqadasının komandiri Samir Mahmud Həsən Əbu Yunisi öldürüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu teleqram kanalında məlumat yayıb. Qeyd olunub ki, Əbu Yunis sentyabrı
15.11.2026 272 Aleks Qrimaldo xəstəlik səbəbindən İspaniya millisindən ayrılıb
"Atletiko"nun müdafiəçisi Aleks Qrimaldo səhhətində yaranan problemə görə İspaniya yığmasının düşərgəsini tərk edib. "Report" xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb. 31 yaşlı futbolçunun hərarəti yüksəldiyi üçün o, Millətlə
15.11.2026 267 Məktəblərdə payız tətili başladı
Bu gündən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayıb. BİG.AZ xəbər verir ki, payız tətili 16-20 noyabr tarixlərini əhatə edir. Belə ki, şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ilk dərs günü 6 günlük iş həftəsi ilə işləyən ümumi təhsi
10:00 0 Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Aidiyyəti qurumlar tərəfindən hücumların qarşısının alınması və araşdırılması istiqamətində müvafiq tədbirlə
15.11.2026 261 Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
ABŞ Qida və Dərman Administrasiyası (FDA) "Medline" şirkətinin istehsal etdiyi qüsurlu ortopedik döşəklərlə bağlı yeddi nəfərin həyatını itirdiyini açıqlayıb. xəbər verir ki, bu barədə FDA-nın rəsmi saytında məlumat yayımlanıb. Məlumata görə, "Medline" şirkətinə yeddi ölüm və 35 ağı
15.11.2026 330 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb
Gələn il Azərbaycanda tərəvəz istehsalının 1 milyon 800 min tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozla müqayisədə 7,9 % azdır. 2028 ci ildə
15.11.2026 216 "Empire State Building"ə qalxan cütlüyün işi ağırlaşdı
ABŞ prokurorluğu Nyu-Yorkdakı "Empire State Building" göydələninə dırmaşan rusiyalı ruferlər İvan Kuznetsov və Ancelina Nikolau ilə bağlı ittiham razılaşmasından imtina edib. Axşam.az xəbər verir ki, bu barədə onların vəkili Noem Biel TASS-a açıqlamasında bildirib. Vəkilin sözlərinə görə, prokurorlu
15.11.2026 243