Xarici ölkələrdə təhsil alan və təhsil almaq arzusunda olan tələbələrin NƏZƏRİNƏ
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) xarici ölkələrdə təhsil alan və təhsil almaq arzusunda olan tələbələrə müraciət edib.
Bu barədə Oxu.Az-a agentliyin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, xüsusilə son illər qonşu ölkələrdən əldə olunan kvalifikasiyaların tanınmasına dair imtina qərarlarının sayı artmaqdadır:
"Bu barədə təhlil xarakterli ətraflı məlumatlar (ən çox imtina verilən kvalifikasiyalar üzrə ali təhsil müəssisələrinin siyahısı, imtina səbəbləri və digər zəruri məqamlar) agentliyin həm rəsmi saytında, həm də sosial şəbəkə hesablarında mütəmadi olaraq paylaşılır.
Eyni zamanda, qeyd edək ki, tənzimlənən ixtisaslar (hüquq, müəllimlik və mühəndislik) üzrə TKTA-nın sifarişi ilə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan imtahanlarda aşağı reytinqli universitetlərdən əldə olunan kvalifikasiya sahiblərinin qeyri-qənaətbəxş imtahan nəticələrinin sayının kifayət qədər çox olması narahatedici məqamdır. Bu məqsədlə, müraciətçilərə sözügedən istiqamətlər üzrə təhsil almadan öncə müvafiq təhsil müəssisələrini araşdırmağı tövsiyə edirik".
Məlumatda qeyd olunub ki, xarici ölkələrdə təhsil aldığınız müddətdə Qaydaların 4-cü bölməsinin 4.1-ci bəndinin yarım bəndlərində qeyd olunan tələblər xarici kvalifikasiyaların tanınması istiqamətində ilkin şərtləri ehtiva edir:
"Belə ki, əldə olunan xarici kvalifikasiyanın ölkə ərazisində tanınması istiqamətində Qaydalarda qeyd olunan tədrisin normativ müddətinə uyğun təhsil almaq, müəyyən olunmuş təhsil müddəti ərzində müvafiq xarici təhsil müəssisəsində fiziki olaraq dərslərdə iştirak etmək zəruridir. Sözügedən tələblərə əməl olunmadan əldə edilən xarici kvalifikasiyaların ölkə ərazisində tanınması mümkünsüzdür.
Əlavə olaraq, sizləri son zamanlar sosial şəbəkələr, internet və media resursları vasitəsilə təhsil şirkətləri tərəfindən reklam olunan təhsil müəssisələrinə "asan üsullarla" qəbul olunma ilə bağlı ehtiyatlı olmağa, müvafiq təhsil müəssisələrindən əldə olunan xarici kvalifikasiyaların ölkə ərazisində mütləq tanınması ilə bağlı vədlərə inanmamağa çağırırıq.
TKTA olaraq xarici təhsil müəssisələri haqqında səhih və ətraflı məlumat əldə etdikdən, yuxarıda qeyd olunan məqamları nəzərdən keçirdikdən sonra seçim etməyinizi xahiş edirik.
Yekunda təkrar qeyd etmək istərdik ki, xarici kvalifikasiyaların ölkə ərazisində tanınması üçün qaydaların 4-cü bölməsində qeyd olunan tələblərin tam təmin olunması şərtdir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 738 Tarix: 21 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Elçin şəhid olandan sonra yolumu dəyişdim, hərbiyə getdim..." - Video
Vətən müharibəsi şəhidi Elçin Mirzəyevin həyat yoldaşı Günel Mirzəyeva ASAN TV-yə müsahibə verib. "Qafqazinfo" xəbər verir ki, övladlarından, onların gələcək planlarından danışan Günel Mirzəyeva şəhidlə bağlı xatirələrini də bölüşüb. Kosmetoloq kimi fəaliyyət göstərən Günel Mirzəyeva bildiri
12:34 360 Dərnəgül yolunda dəhşətli qəza - Sürücü öldü - Video
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, Nərimanov rayonu Ziya Bünyadov prospektində "Mitsubishi Pajero İO" markalı avtomobil "156 Evakuasiya Xidməti"nin avtomobilinə çırpılıb. Nəticədə, minik avtomobilinin sürücüsü aldığı xəsarətlərdə
10:13 266 Bəhreyndə yenidən sirena səsləri eşidilir
Bəhreyn Daxili İşlər Nazirliyi X-də bildirib ki, çərşənbə günü ikinci dəfə siren səsləri eşidilib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu, İranın Bəhreyn və Küveytdəki ABŞ-ın əsas hərbi obyektlərinə hücumlar başlatdığını bildirməsindən sonra baş verib. ABŞ-ın Beşinci Donanmasının qərargahı Bəhreynd
11:04 186 ABŞ İrana qarşı əməliyyat keçirdi: CENTCOM səbəbi açıqladı
ABŞ Hörmüz boğazında ticarət gəmilərinə edilən hücumlardan sonra İrana qarşı irimiqyaslı hərbi zərbələr endirib. BİG.AZ xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial media platforması X-də məlumat yayıb. Bəyanatda bildirilib:. "ABŞ-ın zərbələri İranın Hörmüz boğazından keçə
10:48 158 Keyfiyyətli kofeni necə tanımaq olar?
Səhər oyanan kimi, iş arasında və ya dostlarla söhbət zamanı bir fincan qəhvə bir çox insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Ancaq mağaza rəflərində onlarla fərqli marka, növ və qiymətdə qəhvə olduğu üçün keyfiyyətli məhsulu seçmək hər zaman asan olmur. Bəzən cəlbedici qablaşdırma v
12:05 191 Xameneidən sonra İranda hakimiyyət uğrunda görünməyən mübarizə
"ABŞ və İsrailin hava zərbələri nəticəsində həlak olduğu bildirilən İranın keçmiş ali dini lideri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimləri davam edir. Mərasimlərin İrandan sonra İraqda da keçirilməsi diqqət çəkən məqamlardan biridir. Məlumata görə, nəşi Nəcəf şəhərinə aparılıb və şiə müsəlmanlar
14:14 196 İran ordusu Bəhreyn hava bazasına pilotsuz təyyarələr atdığını bildirib
Yarı-rəsmi Fars xəbər agentliyinin verdiyi məlumata görə, İran ordusu ABŞ-ın İrana son hücumlarından sonra çərşənbə günü səhər saatlarında ABŞ qüvvələrinin yerləşdiyi Bəhreynin İsa hava bazasına pilotsuz təyyarə ilə hücum etdiyini bildirib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Fars agentliyinin məlumatın
10:37 162 Qeyri-neft sektoru Azərbaycan iqtisadiyyatını təkbaşına daşıya bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycan iqtisadiyyatında son illərdə qeyri-neft sektorunun inkişafı prioritet istiqamətlərdən biri kimi təqdim olunsa da, neft və qaz gəlirləri hələ də dövlət büdcəsinin və ixracın əsas hissəsini təşkil edir. Kənd təsərrüfatı, turizm, sənaye, informasiya texnologiyaları və digər sahələrdə artım müşahid
15:24 168 Paşinyan: Rusiya ilə münasibətləri inkişaf etdirməyə sadiqik
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşü zamanı Moskva ilə münasibətlərin inkişaf etdirilməsinin Ermənistan üçün prioritet olaraq qaldığını bildirib. xəbər verir ki, görüşün görüntüləri və çıxışın səs yazısı Armenpress xəbər agentliyi tərəfindən yayımlanıb
11:17 179