İrana hücum zamanı İsrailə gizli ekstrasenslər qrupu kömək edib - İDDİA

İrana hücum zamanı İsrailə gizli ekstrasenslər qrupu kömək edib - İDDİAİsrail əsilli britaniyalı illüzionist, sehrbaz və özünü ekstrasens hesab edən Uri Qeller 2025-ci ilin iyun ayında İsrailin İranın nüvə obyektlərinə və hərbi hədəflərinə zərbə endirmək üçün "gizli hərbi ekstrasens qrupu" və süni intellektdən istifadə etdiyi iddiasıyla sensasiyalı bir açıqlama verib.

Lent.az bildirir ki, o, bu barədə "The Jerusalem Post"a telefon müsahibəsində danışıb.

Qellerin sözlərinə görə, onun iddiaları İranın "Javan" qəzetinin keçmiş redaktoru Abdullah Gəncinin "Şir kimi xalqın" əməliyyatı zamanı İsrailin "okkult və fövqəltəbii qüvvələrdən" istifadə etdiyini iddia edən son bəyanatı ilə üst-üstə düşür.

"İran hakimiyyəti başa düşdü ki, baş verənləri təkcə mexaniki vasitələrlə və ya kiberhücumlarla izah etmək mümkün deyil. Bu, elmi anlayışa uyğun gəlmir", - Qeller deyib. "Onlar fövqəltəbii bir şeyin iştirak etdiyi qənaətinə gəldilər - və əsasən haqlı idilər."

İllüzionist həmçinin iddia edir ki, sözügedən "ekstrasenslər qrupu" dərin məxfilik şəraitində fəaliyyət göstərir və Amerikanın "Stargate" layihəsinin başlatdığı təşəbbüsün davamıdır.

Bu Mərkəzi Kəşfiyyat İdarəsi və Milli Təhlükəsizlik Agentliyinin proqramı bir vaxtlar hərbi istifadə üçün psixi qabiliyyətlərin öyrənilməsi ilə məşğul idi və 1995-ci ildə bağlanıb. Layihənin gizli sənədlərində heç vaxt rasional izah edilə bilməyən obyektlərin yoxa çıxması halları qeyd olunub.

Qellerin sözlərinə görə, süni intellekt əməliyyata mühüm töhfə verib:

"Süni intelekt bizə çox kömək etdi. Düşünürəm ki, texnologiyamız sayəsində İsrail bütün müharibələrdə qalib gəlir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 975   Tarix: 21 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İyulun sonu ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ

İyulun sonunda α-Kaprikornid (Alpha Capricornids) meteor yağışı müşahidə olunacaq. Bakı Dövlət Universtetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilən məlumata görə, meteor axını iyulun əvvəlindən avqustun 15-dək aktiv olacaq və maksimum aktivliyinə iyulun 30-u Bakı vaxt

07.07.2026 338
.

ABŞ İrana qarşı əməliyyat keçirdi: CENTCOM səbəbi açıqladı

ABŞ Hörmüz boğazında ticarət gəmilərinə edilən hücumlardan sonra İrana qarşı irimiqyaslı hərbi zərbələr endirib. BİG.AZ xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial media platforması X-də məlumat yayıb. Bəyanatda bildirilib:. "ABŞ-ın zərbələri İranın Hörmüz boğazından keçə

10:48 158
.

Şuşadakı abidələrin korlanması - Qadağan edildi

"Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Qanuna dəyişiklik təsdiqlənib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Qanuna əsasən, Şuşa şəhərinin ərazisində yerləşən abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyət

15:43 168
.

Qəhvənin qiyməti bahalaşdı

Dünya bazarında qəhvənin qiyməti son altı ayın ən yüksək səviyyəsinə yüksəlib. Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bahalaşmaya səbəb Braziliya və Vyetnamda müşahidə olunan əlverişsiz hava şəraiti, eləcə də qlobal ehtiyatların azalacağı ilə bağlı narahatlıqlar olub. Məlumata görə, qəhvə fyuçerslərini

11:17 195
.

Müğənni üsyan etdi: "Bu, naz etmək deyil, çox yorulmuşam"

Türkiyəli müğənni Demet Akalın sıx iş qrafikinə görə yeni konsert təkliflərini qəbul etməyəcəyini açıqlayıb. Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kiprdəki konsertdən əvvəl jurnalistlərin suallarını cavablandıran Akalın artıq əvvəlcədən razılaşdırılmış proqramlardan başqa heç bir yeni təklif

18:15 2
.

Ermənistan müxalifət lideri həbsdə saxlanıldı

Yerevan Ümumi Yurisdiksiya Məhkəməsi müxalifətdə olan "Çiçəklənən Ermənistan" Partiyasının sədri Qaqik Tsarukyan barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. xəbər verir ki, bu barədə TASS agentliyinə onun vəkili Yerem Sarkisyan məlumat verib. "Məhkəmə iki aylıq həbs qətimkan tədbir

11:26 190
.

Mütəxəssisdən yay xəbərdarlığı: Bu dondurmalar ciddi risk yaradır

"Yay mövsümündə dondurmaya tələbat əhəmiyyətli dərəcədə artır. Satışda olan dondurmaların ötən ildən qalıb-qalmadığını və sağlamlıq üçün risk yaradıb-yaratmadığını müəyyən etmək üçün məhsulun fiziki-orqanoleptik göstəricilərinə, etiket məlumatlarına və soyuq zəncirin qorunmasına diqqət yetirmə

14:24 197
.

Qeyri-neft sektoru Azərbaycan iqtisadiyyatını təkbaşına daşıya bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycan iqtisadiyyatında son illərdə qeyri-neft sektorunun inkişafı prioritet istiqamətlərdən biri kimi təqdim olunsa da, neft və qaz gəlirləri hələ də dövlət büdcəsinin və ixracın əsas hissəsini təşkil edir. Kənd təsərrüfatı, turizm, sənaye, informasiya texnologiyaları və digər sahələrdə artım müşahid

15:24 168
.

Mark Rutte: Transatlantik hərbi-sənaye inqilabının ərəfəsindəyik

NATO transatlantik hərbi-sənaye inqilabı ərəfəsindədir. APA xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Ankarada keçirilən NATO sammitində çıxışı zamanı deyib. Baş katib bildirib ki, Rusiya, İran, Çin və Şimali Koreya tərəfindən yaranan təhdidlər fonunda NATO-nun hərbi-sənaye potensialının dah

07.07.2026 282
.

TOP MP3