"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi
Sosial mediada yayılan məlumatlara əsasən, Binəqədi rayonu ərazisində, sahil zonasında yerləşən "AF Hotel" adlı ictimai iaşə obyektində ev heyvanlarının saxlanması ilə bağlı narahatlıq doğuran görüntülərdən sonra IDEA İctimai Birliyinin təşəbbüsü ilə Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə təcili araşdırma tədbirləri həyata keçirilib.
Oxu.Az xəbər verir ki, aparılan birgə yoxlama nəticəsində məlum olub ki, obyektin ərazisində qonaqların əyləncəsi məqsədilə, qəbuledilməz şəraitdə yeddi pişik və bir it saxlanılıb. Bundan əlavə, obyektin ərazisində heç bir rəsmi icazə olmadan fəaliyyət göstərən qanunsuz zoopark aşkar edilib. Həmin zooparkda "Qırmızı kitab"a düşən, invaziv və digər növlərdən ibarət çoxsaylı heyvanların (5 tovuz quşu, 2 flaminqo, 3 yenot, 1 dəvəquşu, 8 sussar, 2 poni, 3 lama, 3 alpaka, 5 dovşan, 5 tutuquşu) saxlanıldığı müəyyən olunub.
Heyvanların sağlamlığı və təhlükəsizliyi məqsədilə IDEA Heyvanlara Qayğı Mərkəzi və Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən bütün heyvanlar ərazidən götürülüb, klinik şəraitdə müayinədən keçirilib. Heyvanların reabilitasiyası tamamlandıqdan sonra yeni sahiblərinin tapılması üçün sahiblənmə mərkəzinə yerləşdiriləcək, vəhşi heyvan növləri isə müvafiq qaydada təbiətə buraxılacaq.
IDEA İctimai Birliyi vətəndaşları ev heyvanlarına qarşı qayğıkeş və məsuliyyətli münasibət göstərməyə çağırır, vəhşi heyvanların qanunsuz olaraq saxlanması hallarına yol verilməməsini, bu kimi faktlar barəsində "1113" nömrəli qaynar xəttə və ya rəsmi sosial media kanallarına məlumat verməyi xahiş edir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1187 Tarix: 21 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMaqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"
Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d
17.09.2021 1693 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 "Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608 İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-
18.09.2021 250