Milli Mətbuatın 150 illiyi münasibətilə "CineMastercard"dan hədiyyə!

Milli Mətbuatın 150 illiyi münasibətilə "CineMastercard"dan hədiyyə!Bakı, 21 iyul: 22 iyul – Milli Mətbuatımızın 150 illik yubileyi — bu yalnız peşə bayramı deyil, sözə, həqiqətə və cəmiyyətə xidmət edən hər kəsi böyük hörmətlə yad etmək günüdür. Mətbuat əməkdaşlarının fədakarlığı sayəsində biz hər gün obyektiv məlumat alır, ölkə və dünyada baş verənləri yaxından izləyə bilirik.
150 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi "Əkinçi" qəzeti milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşmüşdür. Cəmi iki il fəaliyyət göstərən qəzet maarifçi ideyaların carçısı olmuş, cəhalətə və xurafata qarşı kəskin məqalələr dərc etmiş, milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfə vermişdir.
"CineMastercard" premium kinoteatrlar şəbəkəsi bu əlamətdar gün münasibətilə media nümayəndələrinə təşəkkürünü bildirir və istənilən filmə pulsuz bilet, həmçinin popkorn və içki təqdim edir.
Hədiyyəni əldə etmək üçün zəruridir:
* 22 iyul tarixində istənilən "CineMastercard" kinoteatrına gəlmək
* Mətbuat əməkdaşı olduğunu təsdiq edən vəsiqəni təqdim etmək
* Qısa bir blankı doldurmaq
* İstənilən filmi seçmək
"CineMastercard" kinoteatrı media nümayəndələrinə obyektivliklərinə, sədaqətlərinə və cəmiyyətin məlumatlı qalması yolunda göstərdikləri fədakar əməyə görə ürəkdən təşəkkür edir. Sizin işiniz insanlara ilham versin, nəşrləriniz böyüsün və fəaliyyətiniz yeni nailiyyətlər gətirsin!
Bayramınız mübarək, dəyərli jurnalistlər!


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 623   Tarix: 21 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Asahi: Səudiyyə neftinin Asiyaya tədarük müddəti 2,5 dəfə arta bilər

Səudiyyə neftinin Asiyaya çatdırılma müddəti Babül-Məndəb boğazının bağlanması halında 2,5 dəfə artaraq gediş-gəliş üçün təxminən 100 gün təşkil edə bilər. "Report"un "Asahi"yə istinadən verdiyi məlumata görə, bunu Yaponiya Gəmi Sahibləri Assosiasiyasının məlumatları göstərir. Yaxı

13.09.2026 247
.

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin 2-ci günü ilə bağlı icmal video

Sentyabrın 11-12-də Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfəri baş tutub. Səfərin ikinci gün

13.09.2026 262
.

WSJ: Kanada Aİ-nin assosiativ üzvü olmaq imkanını nəzərdən keçirir

Kanadanın Baş naziri Mark Karni ölkənin Avropa İttifaqının (Aİ) assosiativ üzvü statusunu əldə etməsi imkanını nəzərdən keçirir. Belə bir format Ottavaya ittifaqa tam üzv olmadan Aİ ilə iqtisadi və siyasi əməkdaşlığı genişləndirməyə imkan verə bilər. "Report"un verdiyi məlumata görə, bu barəd

13.09.2026 239
.

33 dərəcə isti, yağış, külək... - Sabahın havası

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir, cənub küləyi əsəcək. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd edilib ki, havanın temperaturu gecə 18-21 isti, gündüz 26-31 isti olacaq. Atmosfer təzyiq

13.09.2026 365
.

Üçüncü dəfə qeyd edəcəyimiz Dövlət Suverenliyi Günü

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaratmaq və inkişaf etdirmək ən böyük nailiyyətdir. Azərbaycanın dövlətçilik tarixi əsrlər boyunca çətin sınaqlardan keçmiş, işğallar, müharibələr xalqımızın milli iradəsini sınamışdır. Lakin bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan xalqını

10:57 126
.

Cevdet Yılmaz Cənubi Qafqazdakı sülh prosesində Türkiyənin rolunu qabardıb

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ölkənin inkişaf hədəflərinə mane olan terror problemini daimi şəkildə gündəmdən çıxarmaq istədiklərini bildirib. "Report" "Anadolu Ajansı"na istinadən xəbər verir ki, vitse-prezident bu barədə Ədalət və İnkişaf Partiyasının (AK Parti) toplantısındak

13.09.2026 237
.

Alimlər Yerin dərinliklərində suyun hələ 3 milyard il əvvəl mövcud olduğunu aşkar ediblər

Beynəlxalq geoloqlar qrupu suyun Yer kürəsinin dərin qatlarına nüfuz etdiyini və təxminən 3,1 milyard il əvvəl artıq vulkanik fəaliyyətə təsir göstərdiyini sübut edən dəlillər aşkar edib. "Report"un verdiyi məlumata görə, tədqiqatın nəticələri Nature Communications jurnalında dərc olunub. Adelaid

13.09.2026 243
.

Dövlətçiliyə, hüquqa və milli suverenliyə verilən dəyər

Qalib xalqımız ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulunun ildönümünü Zəfər sevinci və xoş bayram ovqatı ilə qeyd edir. Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, Əsa

11:02 132
.

Azərbaycanda bankların sayı niyə azalır? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda bank sektorunda son dövrlərdə birləşmə və struktur dəyişiklikləri yenidən gündəmə gəlib. Son olaraq Bank Respublika-nın AccessBank-ın 100 faiz səhmlərini almağı nəzərdə tutan strateji sövdələşmənin əsas şərtləri təsdiqlənib. Satışın 2026-cı ilin noyabr ayınadək tamamlanması planlaşdırılır

11:46 124
.