Spiker: Saakaşvili demensiyadan sağalan ilk xəstə oldu, Brüssel isə üzr istəmədi
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqının (Aİ) rəsmi Tbilisiyə münasibətini tənqid edib.
"Report"un yerli bürosu xəbər verir ki, spikeri bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Papuaşvili bildirib ki, bir zamanlar Avropa qurumları, xüsusilə də Brüssel sabiq prezident Mixeil Saakaşvilinin guya "demensiya xəstəliyindən əziyyət çəkdiyi" iddialarını əsas gətirərək onun azad olunmasına çalışıblar:
"Kimsə Brüsselin Gürcüstana qarşı iddialarında bir qədər ədalət axtarırsa, unutmamalıyıq ki, Saakaşvilinin demensiyasını "kəşf edən" və Strasburq məhkəməsi məsələyə son qoyana qədər onu demarşlarla müdafiə edən Brüssel idi. Təxminən iki il ərzində Gürcüstanın məhkəmələrinə, Ədliyyə Nazirliyinə, parlamentə və ümumiyyətlə dövlətinə qarşı Brüsseldən hücumlar oldu. Həmin dövrdə Brüsseldən maliyyələşən bəzi QHT-lər saxta tibbi hesabatlar yayaraq "hökumət Saakaşvilini Rusiyanın sifarişi ilə öldürmək istəyir" kampaniyası aparıblar. Avropa İnsan Haqları Məhkəməsinin (Strasburq) Saakaşvili ilə bağlı qərarından sonra heç bir Avropa rəsmisi Gürcüstana qarşı səsləndirilən bu ittihamlarla bağlı üzr istəməyib. Saakaşvili dünyada demensiyadan sağalan ilk xəstə oldu, bəs Brüsseldən və ya onun səfirindən üzrxahlıq eşitdinizmi? Yox! Atılan böhtanlara görə peşmanlıq ifadə edən oldumu? Yenə də yox!"
Papuaşvili fikrinin sonunda əlavə edib: "Nəticə olaraq, Brüsselin o vaxtkı yalanları bu gün yayılan yalanların əsasını qoydu".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 938 Tarix: 20 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTramp Çin avtomobillərinin ABŞ-də istehsalına münasibət bildirib
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Çin müəssisələrinin ölkə ərazisində avtomobil istehsalı zavodları inşa etməsinə qarşı olmadığını vurğulayıb. xəbər verir ki, bu barədə dövlət başçısı "Fox News" televiziyasına verdiyi müsahibə zamanı danışıb. "Əgər Çin bura gələrə
13.09.2026 212 Alimlər Yerin dərinliklərində suyun hələ 3 milyard il əvvəl mövcud olduğunu aşkar ediblər
Beynəlxalq geoloqlar qrupu suyun Yer kürəsinin dərin qatlarına nüfuz etdiyini və təxminən 3,1 milyard il əvvəl artıq vulkanik fəaliyyətə təsir göstərdiyini sübut edən dəlillər aşkar edib. "Report"un verdiyi məlumata görə, tədqiqatın nəticələri Nature Communications jurnalında dərc olunub. Adelaid
13.09.2026 243 Gürcü siyasətçi dövlətə xəyanətdə şübhəli bilinir
Keçmiş baş nazirin müavini Giorgi Baramidze saxlanılıb. xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb. Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanları Milli Hərəkatın liderlərindən biri olan Gia Baramidzeni saxlayıblar. "Qeyri-rəsmi məlumatlara görə, hüquq-mühafizə orqanlarını
11:22 116 İlk dərs günü hava necə olacaq?
Sentyabrın 15-də havanın 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləy
12:41 1 Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun əsası
Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilmədi. Azərbaycan 1991-c
11:05 126 Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb
Türkiyədə 2027-2029-cu illər dövrü Dövlət İnvestisiya Proqramının hazırlanmasına dair sirkulyar (rəsmi məktub) dərc olunub. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə yayımlanan sənəddə makroiqtisadi sabitliyin qorunması, inflyasiyanı
13.09.2026 205 Hörmüz boğazında tanker vuruldu: Ölən var
Hörmüz boğazında tanker mərmi ilə vurulub. TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb. "Hazırda heyətin vəziyyəti, dəymiş ziyanın qiymətləndirilməsi və ətraf mühitə təsiri barəd
13.09.2026 268 NYT: Alimlər süni intellektlə bağlı narahatlıqları "həddindən artıq şişirdilmiş" hesab edirlər
Dünyanın bir sıra alimləri hesab edirlər ki, süni intellekt texnologiyasının gələcəkdə bəşəriyyəti məhv edəcəyi ilə bağlı narahatlıqlar "həddindən artıq şişirdilib". "Report" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti yazıb. Nəşr qeyd edib ki, texnologiy
13.09.2026 212 Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 7 mini ötüb
Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 7 022-yə çatıb. "Report"un xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu barədə KDR hakimiyyəti məlumat yayıb. Qeyd olunur ki, mayın ortalarında "Bundibugyo" virusunun nadir ştammını
13.09.2026 257