KİV: ABŞ "SpaceX" ilə müqavilələrinin əksəriyyətini qüvvədə saxlamağı düşünür
ABŞ prezidenti Donald Tramp administrasiyası iş adamı İlon Maska məxsus "SpaceX" şirkəti ilə bağlanan dövlət müqavilələrinə baxıb və belə nəticəyə gəlib ki, müqavilələr Pentaqon və NASA üçün həddindən artıq əhəmiyyət kəsb etdiyinə görə onların əksəriyyətindən imtina etmək mümkün deyil.
"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb.
Yoxlamalar dövlət xidmətini tərk edən Maskın iyunun 5-də sosial şəbəkələr vasitəsilə Trampla səs-küylü ictimai qarşıdurmasından bir neçə gün sonra başlayıb. Əsas məqsəd "SpaceX" ilə çox milyardlıq müqavilələr bağlayarkən vəsaitlərin səmərəsiz xərclənməsi hallarını müəyyən etmək olub.
Bundan əlavə, ABŞ administrasiyası "SpaceX" ilə rəqabət aparan şirkətlərin eyni vəzifələri daha effektiv yerinə yetirə biləcəyini anlamaq istəyib.
Təhlillərin nəticələrinə əsasən rəsmilər belə qənaətə gəliblər ki, "SpaceX" raket buraxılışı və peyk internet xidmətlərinin göstərilməsi sahəsində əsas şirkətlərdən biridir. Şirkətlə müqavilələr Müdafiə Nazirliyinin və NASA-nın fəaliyyəti üçün zəruri hesab edilib.
Bununla belə, hakimiyyət orqanları gələcəkdə bəzi dövlət müqavilələrini daha ətraflı öyrənməyi planlaşdırır.
"The Wall Street Journal" qeyd edir ki, təkcə bu ilin aprelində Pentaqon milli təhlükəsizlik maraqlarına uyğun olaraq "SpaceX" ilə kosmosa 5,9 milyard dollarlıq müqavilə imzalayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 560 Tarix: 20 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAZAL Naxçıvan reyslərini ləğv etdi - SƏBƏB
Azərbaycan Hava Yolları (AZAL) iyunun 27-nə planlaşdırılan Bakı-Naxçıvan reyslərini ləğv edib. BİG.AZ xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidmətindən bildirilib. Səbəb kimi Naxçıvan hava limanında müşahidə olunan ildırımlı hava şəraiti göstərilib. Bildirili
14:57 246 Çimərliyə getmək istəyənlər bunu oxusun
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, iyunun 27-si şimal-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran
16:00 180 Bakıda boğazı kəsilən gənc oğlan hotelə gələrək kömək istəyib
Bakının Nərimanov rayonunda müəmmalı hadisə baş verib. BİG.AZ -a istinadla xəbər verir ki, hadisə Bakıdakı hotellərin birinin qarşısında qeydə alınıb. İlkin məlumata görə, 2002-ci il təvəllüdlü Həsənov Səmran Elsevən oğlu boğaz nahiyəsindən aldığı ağır xəsarətlə motosiklet idarə edərək qardaşının çalışdığ
16:37 226 Türkiyədə narkotacirlərə qarşı əməliyyat: 412 kq narkotik ələ keçirilib
Türkiyənin 24 əyalətində narkotacirlərə qarşı əməliyyatlar keçirilib. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyatlar Adıyaman, Afyonkarahisar, Antalya, Aydın, Balıkesir, Batman, Denizli, Diyarbakır, Edirne, Hakkari, Hatay, İstanbul, İzmir, Kahramanmaraş, Kayseri, Kocaeli
15:30 160 Paşinyanın yeni mətbuat katibi kim olacaq? - FOTO
Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat xidmətinə 26 yaşlı Melanya Harutyunyan rəhbərlik edəcək. xəbər verir ki, bu barədə "Hraparak" qəzeti məlumat dərc edib. Nəşr yazır ki, Melanya Harutyunyan, hakim "Vətəndaş Sazişi" partiyasının Gənclər Strukturu Şurasının katibidir v
18:40 169 Maka Boçorişvili: Gürcüstanın strateji seçimi Avropa İttifaqına inteqrasiyadır
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ölkəsinin strateji kursunun Avropa İttifaqına inteqrasiya olaraq qaldığını bildirib. "Report"un yerli bürosu xəbər verir ki, nazir bu barədə Xorvatiyada keçirilən Dubrovnik Forumu çərçivəsində planlaşdırılan panel müzakirəsində iştirak etməzdə
22:50 29 İrandan Bəhreyn ərazisinə PUA hücumu: Xarici İşlər Nazirliyindən bəyanat
İran Bəhreyn ərazisinə dronlarla hücum edib. -ın "Bəhreyn" agentliyinə istinadən xəbərinə görə, bu barədə krallığın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Xarici İşlər Nazirliyi sübh tezdən İranın PUA-lardan istifadə etməklə Bəhreynə hücumunu ən sərt şəkildə pisləyir. Bu, (Bəhreynin
18:50 139 Rusiya hərbçiləri Dnepropetrovsk vilayətində yaşayış məntəqəsini nəzarətə götürdülər
Rusiya Silahlı Qüvvələri Ukraynanın Dnepropetrovsk vilayətində yaşayış məntəqəsini nəzarət altına alıb. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Rusiya qoşunları Dnepropetrovsk vilayətində Novoskelevatoye yaşayış məntəqəsini nəzarət
17:20 175 Azərbaycan meşə fındığı ixracından gəlirini 38 %-dən çox artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycan 7 min 756 ton meşə fındığı ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə meşə fındığının dəyəri 90,2 milyon ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 667 ton (17,6 %) az, dəyər baxımında
18:10 171