Azərbaycanda tərəvəz ucuzlaşıb: Alıcılar razı, fermerlər isə narazıdırlar

Azərbaycanda tərəvəz ucuzlaşıb: Alıcılar razı, fermerlər isə narazıdırlarBu il bazarda tərəvəzlərin qiyməti əvvəlki illərlə müqayisədə o qədər də baha deyil. Xüsusilə də pomidor və xiyarın qiyməti münasibdir. Bu, nə ilə əlaqədardır? Qiymətlər nə vaxta qədər bu şəkildə davam edəcək?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"Bazarda tərəvəz boldur"

Lənkəran Dövlət Universitetinin Aqrar və mühəndislik fakültəsinin müəllimi Nahid Əzizli bu il məhsulların qiymətinin uyğun olmasının səbəblərini açıqlayıb: "Səbəblərdən biri yüksək məhsuldarlıqdır. 2025-ci ilin yaz-yay mövsümündə ölkənin bir çox bölgəsində (xüsusilə də Lənkəran, Masallı, Saatlı və Salyan kimi rayonlarda) hava şəraitinin əlverişli keçməsi nəticəsində bol məhsul yığılıb. Su təminatı və temperatur normaya uyğun olub, bu da istixanalarda və açıq sahələrdə məhsulun artmasına rəvac verib. Bununla yanaşı, əkin sahələrinin genişlənməsi, son illərdə dövlətin aqrar sektora subsidiyalar verməsi, ucuz gübrə və toxum dəstəyi əkin sahələrinin genişlənməsinə səbəb olub. Xüsusilə pomidor və xiyar kimi tez yetişən tərəvəzlərə üstünlük verilməsi istehsal həcmini artırıb".

Ekspert qeyd edir ki, yeni texnologiyaların tətbiqi, xüsusilə hidroponika və damcı-suvarma kimi müasir texnologiyaların yayılması məhsul itkilərinin azalmasına, daha keyfiyyətli və bol məhsul alınmasına şərait yaradıb. Rəqabətli bazar və mövsümi təsir də məhsulun bazara kütləvi daxil olmasına (tələbdən daha çox təklifin olması) şərait yaradıb: "Nəticədə qiymətlərin nisbətən aşağı düşməsinin şahidi oluruq. Yüksəkkeyfiyyətli məhsullar adətən bir qədər yüksək qiymətə satılır. Lakin bolluq zamanı yüksəkkeyfiyyətli məhsulun da qiymətində ciddi artım müşahidə olunmur, çünki təklif çoxdur. Keyfiyyətsiz məhsullar isə ya çox ucuz qiymətə satılır, ya da ümumiyyətlə satılmır. Bazar tələbi keyfiyyətli və ortaqiymətli məhsullara yönəlib".

"Kiçik fermerlər ciddi çətinlik yaşayırlar"

N.Əzizlinin sözlərinə görə, fermerlərin əksəriyyəti aşağı qiymətlərdən narazıdır: "Çünki toxum, gübrə, yanacaq, suvarma xərcləri qiymətləri artıb. Aşağı satış qiyməti gəlirliliyi azaldır. Zərər etməmək üçün məhsulu ya erkən satmalı olurlar, ya da saxlama imkanı olmayanlar məhsulun bir hissəsini itirirlər. Böyük təsərrüfatlar bu vəziyyətdən az təsirlənir, lakin kiçik fermerlər ciddi çətinlik yaşayırlar".

Ekspertin fikrincə, mövsümün sonuna doğru qiymətlərdə artım ola bilər: "Qiymətlərin sabit qalması üçün bir sıra addımlar atılmalıdır. Planlı əkin siyasəti həyata keçirilməlidir. Həddindən artıq bir məhsulun eyni vaxtda yetişdirilməsi qiymətlərin düşməsinə səbəb olur. Dövlət və yerli idarələr əkin planlaşdırılmasına yönəlik maarifləndirmə və tənzimləmə aparmalıdır. Məhsulu uzun müddət saxlamaq üçün soyuq anbarların sayı artırılmalıdır. Xarici bazarlara ixrac sabit şəkildə tənzimlənməlidir ki, daxili bazarda qıtlıq yaranmasın. Fermerlərin birləşməsi və məhsullarını birlikdə satmaları bazar qiymətlərinə daha çox nəzarət etməyə imkan verər. Fermerlər üçün zərərin minimuma endirilməsi məqsədilə aqrar sığortaların və subsidiya mexanizmlərinin genişləndirilməsi vacibdir. Qiymətlərin sabit saxlanması üçün isə planlı istehsal, saxlama şəraiti və ixracın tənzimlənməsi kimi amillər önəmlidir. Əgər iqlim şəraiti stabil qalarsa və ixrac kəskin artmazsa, qiymətlərin sabit qalması mümkündür. Lakin avqust ayının sonuna doğru məhsul həcmi azaldıqca qiymətlərdə müəyyən artım ola bilər".

Rusiyanın istəmədiyi pomidorlar

İqtisadçı Rauf Qarayev isə düşünür ki, siyasi məsələlər də qiymətlərə öz təsirini göstərir: "Bazarda tərəvəzlərin qiymətinin ucuz olması mövsümlə əlaqədardır. Yay aylarında qiymətlərin enməsi müşahidə olunur. Digər səbəb suyun çatdırılmasıdır. Su ehtiyatımızın kifayət qədər olması ucuzlaşmaya gətirib çıxarır. Digər hal isə Rusiya ilə bağlıdır. Rusiya ölkəmizdən gələn məhsulları geri qaytarır. Məsələn, pomidorda bunu müşahidə etdik. "Rosselxoznadzor" Dağıstan ərazisində Azərbaycandan 152 ton məhsulun idxalına qadağa qoyub. Başqa bir gömrük postunda 400 ton məhsul Azərbaycana qaytarılıb. Bu da bazarda məhsulun bol olmasına səbəb olur. Məhsul boldursa, qiymətlər aşağı düşür. Əgər məhsullar kütləvi şəkildə bazarlara yönəldilirsə, onun keyfiyyətinə də baxmaq lazımdır. Qiymətdən asılı olaraq, keyfiyyət fərqli ola bilər".

İqtisadçının sözlərinə görə, kəskin iqlim dəyişiklikləri baş verərsə, o zaman kəskin qiymət artımları müşahidə edilə bilər: "Çünki istehsal çətinləşir. Daxili bazar qorunmalıdır ki, kəskin qiymət artımı baş verməsin. Hava mövsümün sonuna qədər belə gedərsə, Rusiyanın qadağaları davam edərsə, bazarda məhsul bol olarsa, qiymətlər olduğu kimi qalacaq. Havalar isti keçsə və su bol olsa, qiymət stabilliyi müşahidə ediləcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 815   Tarix: 20 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şahbaz Şərif Azərbaycandan xidmətlə bağlı dəstək istədi, İlham Əliyev razılıq verdi

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevlə telefon danışığı zamanı Azərbaycanın "ASAN xidmət" modeli əsasında İslamabadda yaradılmış xidmət mərkəzinin fəaliyyətindən məmnunluğunu bildirib. xəbər verir ki, Şahbaz Şərif bu təcrübənin Pakistanın digər bölgələrində d

15:08 173
.

Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib - Video

Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib. həmin paylaşımı təqdim edir:

11:50 186
.

Tramp: "Tayson döyüşmək istəmədiyim yeganə şəxsdir" - Video

ABŞ Prezidenti Tramp Sirakusdakı mitinqi zamanı boks əfsanəsi Mayk Taysonu səhnəyə dəvət edib və daha sonra zarafatla bildirib ki, bu, onun qətiyyən döyüşmək istəmədiyi yeganə şəxsdir. Bu barədə "Fox News"a istinadən xəbər verir. Keçmiş ağır çəki üzrə çempionun rinqdə rəqibləri üzərində nec

20:00 141
.

Sabah yağış olmayacaq

Sabahın havası açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

13:37 199
.

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - Siyahı

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, aşağıdak

11:20 236
.

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR

Ölkəmizdə kənd təsərrüfatı heyvanlarının kəsilməsi üçün minimum çəki və yaş hədləri müəyyənləşdirilir. EDnews xəbər verir ki, bununla bağlı qanun layihəsi artıq parlamentə təqdim edilib. Və bu günlərdə "Aqrar sahə haqqında" qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsində dinləmə formatınd

18:31 204
.

London polisi Meqan və Harrinin təhlükəsizliyindən narahatdır

Böyük Britaniyada şahzadə Harri və həyat yoldaşı Meqan Marklın təhlükəsizliyi ilə bağlı narahatlıq yaranıb. Axşam.az xəbər verir ki, bu barədə "RadarOnline" nəşri məlumat yayıb. London polisi hesab edir ki, cütlüyün istifadə etdiyi özəl mühafizə xidməti onların təhlükəsizliyini tam təmin etmə

20:45 136
.

Almaniya ABŞ-nin dizel qərarına baxmayaraq, Rusiyaya qarşı yeni sanksiyalardan imtina etməyəcək

Almaniya yanacaq qıtlığını azaltmaq məqsədilə Moskva və Vaşinqtonun dizel yanacağının dünya bazarlarına tədarükü barədə razılaşmasına baxmayaraq, Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsinə çalışmaqda davam edəcək. "Report" AFP-yə istinadən xəbər verir ki, bu barədə Almaniy

21:45 97
.

Sumqayıtda yanacaqdoldurma məntəqəsinin qarşısında avtomobil yanıb

Sumqayıtda avtomobil yanıb. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sülh prospektində yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb. Belə ki, yanan həmin ərazidə hərəkətdə olan "VAZ-2105" markalı minik avtomobili olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyini

17:10 185
.