Hikmət Hacıyev: "Dezinformasiyadan danışarkən ilk sosial media və süni intellekt ön plana çəkilir"
"Kifayət qədər nüfuzlu media qurumları Azərbaycana qarşı sistematik şəkildə dezinformasiya kampaniyasının aparılmasında ön sıradadırlar".
BiG.AZ "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Azərbaycan müstəqilliyin ilk illərindən həmişə sistematik şəkildə, hətta psixoloji müharibə həddinə çata biləcək dezinformasiya hücumlarına məruz qalıb:
"Dünən dövlət başçısı da bu məsələ barədə ətraflı danışdı. Biz burada bir neçə kateqoriyada və bir neçə təsnifatda ölkəmizə qarşı hücumları fərqləndirməliyik. Burada ilk növbədə Qərb media dairələrindən ölkəmizə qarşı hücumlar dayanır. Ancaq bu gün nədənsə dezinformasiyadan danışarkən ilk olaraq sosial media və ya süni intellekt platformaları ön plana çəkilir. Halbuki Azərbaycanın təcrübəsində görə bilərik ki, kifayət qədər nüfuzlu media qurumları Azərbaycana qarşı sistematik şəkildə dezinformasiya kampaniyasının aparılmasında ön sıradadırlar".
O qeyd edib ki, buradan "Le Figaro"dan başlamış digər media strukturların adını çəkmək olar.
"Həmçinin sosial media platformalarında süni intellektdən istifadə etməklə Azərbaycanın rəsmi şəxslərinin səslərini belə təhrif edəcək formada "deepfake" texnologiyası əsasında geniş dezinformasiya kampaniyası aparılır".
Prezidentin köməkçisi vurğulayıb ki, erməni diaspor dairələri Azərbaycana qarşı müxtəlif narrativlərlə Qarabağın tarixini təhrif edərək, dini mövzuları gündəmə daşıyaraq kampaniyalar aparırlar.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 589 Tarix: 20 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev Ramzan Kadırovu qəbul edib - YENİLƏNİB+FOTO
Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, qonağı salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib:. "Sizi Azərbaycan torpağında bir daha görməkdə
16:29 265 Melike Şahin ana oldu
Türkiyəli müğənni Melike Şahin ana olub. Axşam.az xəbər verir ki, sənətçinin bu gün oğlu dünyaya gəlib. Qeyd edək ki, Melike 2023-cü ildə Sedat Arpalıkla ailə qurub
12:46 285 London polisi Meqan və Harrinin təhlükəsizliyindən narahatdır
Böyük Britaniyada şahzadə Harri və həyat yoldaşı Meqan Marklın təhlükəsizliyi ilə bağlı narahatlıq yaranıb. Axşam.az xəbər verir ki, bu barədə "RadarOnline" nəşri məlumat yayıb. London polisi hesab edir ki, cütlüyün istifadə etdiyi özəl mühafizə xidməti onların təhlükəsizliyini tam təmin etmə
20:45 157 İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Ölkəmizdə kənd təsərrüfatı heyvanlarının kəsilməsi üçün minimum çəki və yaş hədləri müəyyənləşdirilir. EDnews xəbər verir ki, bununla bağlı qanun layihəsi artıq parlamentə təqdim edilib. Və bu günlərdə "Aqrar sahə haqqında" qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsində dinləmə formatınd
18:31 217 Tramp: "Tayson döyüşmək istəmədiyim yeganə şəxsdir" - Video
ABŞ Prezidenti Tramp Sirakusdakı mitinqi zamanı boks əfsanəsi Mayk Taysonu səhnəyə dəvət edib və daha sonra zarafatla bildirib ki, bu, onun qətiyyən döyüşmək istəmədiyi yeganə şəxsdir. Bu barədə "Fox News"a istinadən xəbər verir. Keçmiş ağır çəki üzrə çempionun rinqdə rəqibləri üzərində nec
20:00 159 Ötən gün axtarışda olan 84 nəfər tutulub
Ötən gün axtarışda olduğuna görə ümumilikdə 84 nəfər tutulub. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, ötən gün borclu şəxs qismində axtarışda olan 61 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Polis əməkdaşlarının oktyabrın 9-da keçirdikləri əməliyya
15:40 153 Türkiyədə siqaret satışında yeni qayda: Şəxsiyyət vəsiqəsi tələb ediləcək
"Türkiyədə siqaret satışı zamanı şəxsiyyət vəsiqəsi tələb olunacaq. Müvafiq qanun layihəsini bir neçə həftə ərzində parlamentə təqdim edəcəyik". "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Kemal Memişoğlu danışıb. Onun sözlərinə görə, siqaretlə mübariz
21:15 154 ABŞ İranın raket istehsalı obyektlərini məhv edə bilməyib
ABŞ və İsrailin aylarla davam edən hava hücumlarına baxmayaraq, İran özünün raket və pilotsuz uçuş aparatları (PUA) istehsal edən zavodlarını qoruyub saxlaya bilib. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb. Mənbələrin məlumatına görə, Tehran hələ d
23:00 56 Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
"Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında" Sərəncamda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan il
11:00 301