2026-cı il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib

2026-cı il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilibNazirlər Kabinetinin Sərəncamı ilə təsdiq edilmiş siyahıya əsasən, gələn il təhsil, ətraf mühit, qida təhlükəsizliyi, su, turizm və nəqliyyat üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin həyata keçirilməsi planlaşdırılır.

Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nazirlər Kabinetinin 11 iyul 2025-ci il tarixli Sərəncamı ilə 2026-cı il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib. Siyahıya əsasən təhsil, ətraf mühit, qida təhlükəsizliyi, su, turizm və nəqliyyat sahələrində strateji əhəmiyyət daşıyan layihələrin özəl sektorla sıx əməkdaşlıq formasında həyata keçirilməsi planlaşdırılır.

Siyahıda yer alan "Bakı şəhərində elmi-texnoloji parkın inşası və idarə edilməsi", "Lənkəran rayonunda bərk məişət tullantılarının idarə edilməsi", "Heyvan cəsədləri və bioloji tullantıların utilizasiya mərkəzlərinin inşası", "Hövsan aerasiya (ÇSTQ) qurğusunun təmiri və çirkab suların təkrar emalı ilə bağlı yeni qurğuların quraşdırılması", "Kəlbəcər rayonunda turizm-rekreasiya (istirahət) zonasının yaradılması", "Yük avtonəqliyyat parklarının (TIR parklarının) yaradılması" layihələri ölkənin dayanıqlı inkişaf strategiyasına uyğun olaraq sosial və iqtisadi sahələrdə infrastrukturun təkmilləşdirilməsinə, ətraf mühitin qorunmasına və turizm potensialının artırılmasına yönəlib.

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan bu layihələr ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, investisiyaların artırılması və innovativ həllərin tətbiqinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Layihələr barədə ətraflı məlumatı İqtisadiyyat Nazirliyinin internet səhifəsindəki müvafiq bölmədən əldə etmək olar.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 710   Tarix: 18 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ermənistan Polşa ilə müdafiə sazişini ratifikasiya edir

Ermənistan hökuməti Polşa ilə müdafiə sahəsində əməkdaşlıq haqqında sazişin ratifikasiyasını təsdiqləyib. xəbər verir ki, bu barədə " məlumat yayıb. "Sazişin ratifikasiyası Ermənistan və Polşa arasında hərbi-texniki sahədə əməkdaşlığın daha da gücləndirilməsinə yönəlib", - materialda qey

10:50 49
.

Gənc oğlanın meyiti evin girişində tapıldı - Bakıda

Bakıda gənc oğlan yaşadığı evdə ölü halda tapılıb. -ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeydə alınıb. 20 yaşlı Kərimov Məhəmməd İntizam oğlunun meyiti yaşadığı evin girişində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır

13.09.2026 293
.

Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun əsası

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilmədi. Azərbaycan 1991-c

11:05 0
.

Suriyada məhkumlar həbsxananı yandırdılar: Ölənlər var

Suriyanın Hələb əyalətinin Ayn əl-Ərəb həbsxanasında iğtişaşlar baş verib və nəticədə yeddi məhkum həyatını itirib. Bununla yanaşı, onlarla şəxs yanıq xəsarətləri alıb və tüstüdən zəhərlənib. -ın .il saytına istinadən verdiyi xəbərə əsasən, yayılan məlumatlarda məhbusların cəzaçəkmə müəssisəsinin binasın

13.09.2026 197
.

Britaniya siyasi tarixində ianə rekordu - Sahibkardan partiyaya görünməmiş dəstək

Birləşmiş Krallığın "Reform UK" partiyası ölkənin siyasi tarixinə ən irihəcmli ianə kimi düşəcək 36 milyon funt sterlinq məbləğində maliyyə dəstəyi əldə edəcək. -ın məlumatına görə, bunu "The Telegraph" qəzeti dərc edib. Nəşrin xəbərinə əsasən, "Brexit" hərəkatının rəhbərlərində

13.09.2026 178
.

Gürcüstanın keçmiş dövlət naziri həbs edildi

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə keçmiş dövlət naziri, vətənə xəyanətdə təqsirləndirilən Georgi Baramidze barəsində həbs qətimkan tədbiri seçib. xəbər verir ki, bu barədə "İnterpressnews" agentliyi məlumat yayıb. Hüquq-mühafiz

13.09.2026 187
.

"Çox güman ki, bunu onlar ediblər" - Trampdan İrana qarşı ittiham

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Səudiyyə Ərəbistanında yerləşən "Şərq-Qərb" neft kəmərinə edilən hücumda İranın əli ola bilər. xəbər verir ki, dövlət başçısı bu fikirləri media nümayəndələrinin suallarını cavablandırarkən səsləndirib. "Məncə, bu, onlardır. Çox güman ki, bun

13.09.2026 235
.

Hörmüz boğazında tanker vuruldu: Ölən var

Hörmüz boğazında tanker mərmi ilə vurulub. TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb. "Hazırda heyətin vəziyyəti, dəymiş ziyanın qiymətləndirilməsi və ətraf mühitə təsiri barəd

13.09.2026 252
.

28 May ərazisində 1 və 2 saylı marşrutlarla bağlı problem: sərnişinlər uzun müddət gözləyir

Bakının "28 May" metro stansiyası ərazisində 1 və 2 nömrəli marşrut avtobuslarının hərəkət intervalı ilə bağlı narazılıq yaranıb. Xüsusilə səhər saatlarında, işə və təhsil müəssisələrinə gedən sərnişinlərin çox olduğu pik vaxtlarda avtobusların uzun müddət gözlənilməsi ciddi çətinlik yaradır

10:50 59
.