Qida zəhərlənmələri: Səbəbləri və yay aylarında artmasının başlıca faktorları

Qida zəhərlənmələri: Səbəbləri və yay aylarında artmasının başlıca faktorlarıQida mənşəli zəhərlənmələr — mikroorqanizmlərin, zəhərli maddələrin və ya toksik bitkilərin qida vasitəsilə orqanizmə daxil olması nəticəsində yaranır. Bu hallar əsasən qidaların düzgün bişirilməməsi, gigiyenik şəraitdə saxlanmaması və sanitariya qaydalarına əməl olunmaması fonunda baş verir.

Mütəxəssislərin fikrincə, qida zəhərlənmələrinin təxminən 90 faizi bakterial mənşəlidir. Bu cür hallar xüsusilə isti hava şəraitində daha tez-tez baş verir. Yay aylarında turşular, şirniyyatlar, kolbasa və sosiska kimi tez xarab olan məhsullar qida zəhərlənmələrinin əsas səbəbləri arasında göstərilir.

Zəhərlənmə riski daha çox xroniki və kəskin bağırsaq xəstəlikləri keçirmiş şəxslərdə, uşaqlarda, yaşlılarda və hipovitaminozu olan insanlarda müşahidə olunur. Bu qrup insanlarda zəhərlənmələr sürətlə inkişaf edir və ağırlaşma riski daha yüksək olur.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən sağlam qida təbliğatçısı Asim Vəliyev bildirib ki, son dövrlərdə ölkəmizdə qida zəhərlənməsi halları artmaqdadır. Xüsusilə yay aylarında bu cür hallar daha da intensivləşə bilər:
Qida zəhərlənmələri: Səbəbləri və yay aylarında artmasının başlıca faktorları"Yüksək temperatur şəraitində qidaların tez xarab olması, saxlanma və hazırlanma proseslərində gigiyena qaydalarına riayət edilməməsi zəhərlənmələrin əsas səbəbləridir. Qida təhlükəsizliyinin təmin olunması hər bir vətəndaşın sağlamlığının qorunması baxımından olduqca vacibdir."

Mütəxəssis tövsiyə edir:

Qida məhsulları soyuducu temperaturunda saxlanmalıdır;

Qida istehsalı və satışı ilə məşğul olan obyektlərdə sanitar-gigiyenik tələblərə ciddi əməl olunmalı, vaxtaşırı yoxlamalar həyata keçirilməlidir;

Maarifləndirmə tədbirləri genişləndirilməli, insanlar düzgün qida seçimi və saxlanma qaydaları barədə məlumatlandırılmalıdır;

İstehlak müddəti keçmiş məhsulların satışının qarşısı alınmalı və məsul şəxslər inzibati qaydada cəzalandırılmalıdır;

Kənd təsərrüfatı məhsullarının düzgün emalı və daşınması standartlara uyğun şəkildə həyata keçirilməlidir.

Asim Vəliyev qeyd edib ki, bu sahədə vətəndaş nəzarəti də vacibdir:

"İnsanlar açıq havada və sanitar şəraiti məlum olmayan yerlərdə qida qəbulundan çəkinməlidirlər. Yay fəslində xüsusilə süd və süd məhsulları, ət və ət məhsulları, kremli şirniyyatlar kimi tez xarab olan məhsullara qarşı daha diqqətli olmaq, onların saxlanma və istifadə qaydalarına ciddi əməl etmək tövsiyə olunur."

Sonda vurğulanır ki, qida təhlükəsizliyi yalnız dövlət qurumlarının deyil, həm də hər bir vətəndaşın birgə məsuliyyətidir. Sağlam cəmiyyətin əsası təhlükəsiz və keyfiyyətli qidalanmadan keçir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 872   Tarix: 18 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ermənistan Polşa ilə müdafiə sazişini ratifikasiya edir

Ermənistan hökuməti Polşa ilə müdafiə sahəsində əməkdaşlıq haqqında sazişin ratifikasiyasını təsdiqləyib. xəbər verir ki, bu barədə " məlumat yayıb. "Sazişin ratifikasiyası Ermənistan və Polşa arasında hərbi-texniki sahədə əməkdaşlığın daha da gücləndirilməsinə yönəlib", - materialda qey

10:50 49
.

Gənc oğlanın meyiti evin girişində tapıldı - Bakıda

Bakıda gənc oğlan yaşadığı evdə ölü halda tapılıb. -ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeydə alınıb. 20 yaşlı Kərimov Məhəmməd İntizam oğlunun meyiti yaşadığı evin girişində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır

13.09.2026 293
.

Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun əsası

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilmədi. Azərbaycan 1991-c

11:05 0
.

Suriyada məhkumlar həbsxananı yandırdılar: Ölənlər var

Suriyanın Hələb əyalətinin Ayn əl-Ərəb həbsxanasında iğtişaşlar baş verib və nəticədə yeddi məhkum həyatını itirib. Bununla yanaşı, onlarla şəxs yanıq xəsarətləri alıb və tüstüdən zəhərlənib. -ın .il saytına istinadən verdiyi xəbərə əsasən, yayılan məlumatlarda məhbusların cəzaçəkmə müəssisəsinin binasın

13.09.2026 197
.

Britaniya siyasi tarixində ianə rekordu - Sahibkardan partiyaya görünməmiş dəstək

Birləşmiş Krallığın "Reform UK" partiyası ölkənin siyasi tarixinə ən irihəcmli ianə kimi düşəcək 36 milyon funt sterlinq məbləğində maliyyə dəstəyi əldə edəcək. -ın məlumatına görə, bunu "The Telegraph" qəzeti dərc edib. Nəşrin xəbərinə əsasən, "Brexit" hərəkatının rəhbərlərində

13.09.2026 178
.

Gürcüstanın keçmiş dövlət naziri həbs edildi

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə keçmiş dövlət naziri, vətənə xəyanətdə təqsirləndirilən Georgi Baramidze barəsində həbs qətimkan tədbiri seçib. xəbər verir ki, bu barədə "İnterpressnews" agentliyi məlumat yayıb. Hüquq-mühafiz

13.09.2026 187
.

"Çox güman ki, bunu onlar ediblər" - Trampdan İrana qarşı ittiham

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Səudiyyə Ərəbistanında yerləşən "Şərq-Qərb" neft kəmərinə edilən hücumda İranın əli ola bilər. xəbər verir ki, dövlət başçısı bu fikirləri media nümayəndələrinin suallarını cavablandırarkən səsləndirib. "Məncə, bu, onlardır. Çox güman ki, bun

13.09.2026 235
.

Hörmüz boğazında tanker vuruldu: Ölən var

Hörmüz boğazında tanker mərmi ilə vurulub. TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb. "Hazırda heyətin vəziyyəti, dəymiş ziyanın qiymətləndirilməsi və ətraf mühitə təsiri barəd

13.09.2026 252
.

28 May ərazisində 1 və 2 saylı marşrutlarla bağlı problem: sərnişinlər uzun müddət gözləyir

Bakının "28 May" metro stansiyası ərazisində 1 və 2 nömrəli marşrut avtobuslarının hərəkət intervalı ilə bağlı narazılıq yaranıb. Xüsusilə səhər saatlarında, işə və təhsil müəssisələrinə gedən sərnişinlərin çox olduğu pik vaxtlarda avtobusların uzun müddət gözlənilməsi ciddi çətinlik yaradır

10:50 59
.