Türkmənistan Prezidentinin Azərbaycana səfəri: Strateji tərəfdaşlığın yeni mərhələsi

Türkmənistan Prezidentinin Azərbaycana səfəri: Strateji tərəfdaşlığın yeni mərhələsiTürkmənistan Prezidentinin Azərbaycana səfəri iki qardaş ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu səfər təkcə ikitərəfli münasibətlərin dərinləşməsi deyil, həm də Xəzər regionunda yeni siyasi və iqtisadi dinamikanın formalaşması deməkdir.

Azərbaycanla Türkmənistan uzun illərdir enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlıq edir və bu səfər həmin əlaqələrin institusional səviyyəyə keçməsi üçün mühüm mərhələ sayılır. Xəzər dənizinin hüquqi statusu ilə bağlı razılaşmadan sonra yaranmış yeni reallıqlar Bakı-Aşqabad münasibətlərinə də əlavə impuls verib.

BiG.AZ-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Türkmənistan təbii qaz ehtiyatlarına görə dünyanın önəmli ölkələrindəndir və Azərbaycan bu resursların Avropa bazarına çıxarılmasında mühüm tranzit və tərəfdaş ölkə rolunu oynayır. Prezidentlər səviyyəsində baş tutan bu səfər Transxəzər enerji dəhlizi kimi strateji layihələrin gələcəyi baxımından da əhəmiyyətlidir:
Türkmənistan Prezidentinin Azərbaycana səfəri: Strateji tərəfdaşlığın yeni mərhələsi"Əgər bu layihələr tam şəkildə reallaşarsa, regionun enerji təhlükəsizliyi və nəqliyyat xəritəsi köklü şəkildə dəyişə bilər. Bu, həm də Azərbaycanın Orta Dəhliz strategiyasının gücləndirilməsi deməkdir."

Tural İsmayılov əlavə edib ki, səfər çərçivəsində imzalanan sənədlər ortaq iqtisadi maraqların hüquqi zəminə oturdulması baxımından vacibdir:

"Türkmənistan–Azərbaycan münasibətləri yalnız enerji deyil, həm də mədəni, humanitar və nəqliyyat sahələrində dərinləşir. İki ölkənin ortaq tarixi, dil və dini bağları bu əməkdaşlığa emosional çalar qatır. Prezident İlham Əliyev və Sərdar Berdimuhammedov arasında yaranmış siyasi etimad bu münasibətlərin davamlılığı üçün ciddi zəmanətdir."

Politoloq qeyd edib ki, regional proseslərdə, xüsusilə Orta Asiya və Cənubi Qafqaz arasında inteqrasiya baxımından bu səfər körpü rolunu oynaya bilər:

"Azərbaycan–Türkmənistan tandemi artıq lokal deyil, qlobal geosiyasi maraqların kəsişdiyi strateji oxa çevrilir. Bu səfər, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində birliyin güclənməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir. Nəticə etibarilə, bu səfər sadəcə diplomatik jest deyil, yeni mərhələnin manifestidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 667   Tarix: 18 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ermənistan Polşa ilə müdafiə sazişini ratifikasiya edir

Ermənistan hökuməti Polşa ilə müdafiə sahəsində əməkdaşlıq haqqında sazişin ratifikasiyasını təsdiqləyib. xəbər verir ki, bu barədə " məlumat yayıb. "Sazişin ratifikasiyası Ermənistan və Polşa arasında hərbi-texniki sahədə əməkdaşlığın daha da gücləndirilməsinə yönəlib", - materialda qey

10:50 49
.

Gənc oğlanın meyiti evin girişində tapıldı - Bakıda

Bakıda gənc oğlan yaşadığı evdə ölü halda tapılıb. -ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeydə alınıb. 20 yaşlı Kərimov Məhəmməd İntizam oğlunun meyiti yaşadığı evin girişində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır

13.09.2026 293
.

Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun əsası

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilmədi. Azərbaycan 1991-c

11:05 0
.

Suriyada məhkumlar həbsxananı yandırdılar: Ölənlər var

Suriyanın Hələb əyalətinin Ayn əl-Ərəb həbsxanasında iğtişaşlar baş verib və nəticədə yeddi məhkum həyatını itirib. Bununla yanaşı, onlarla şəxs yanıq xəsarətləri alıb və tüstüdən zəhərlənib. -ın .il saytına istinadən verdiyi xəbərə əsasən, yayılan məlumatlarda məhbusların cəzaçəkmə müəssisəsinin binasın

13.09.2026 197
.

Britaniya siyasi tarixində ianə rekordu - Sahibkardan partiyaya görünməmiş dəstək

Birləşmiş Krallığın "Reform UK" partiyası ölkənin siyasi tarixinə ən irihəcmli ianə kimi düşəcək 36 milyon funt sterlinq məbləğində maliyyə dəstəyi əldə edəcək. -ın məlumatına görə, bunu "The Telegraph" qəzeti dərc edib. Nəşrin xəbərinə əsasən, "Brexit" hərəkatının rəhbərlərində

13.09.2026 178
.

Gürcüstanın keçmiş dövlət naziri həbs edildi

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə keçmiş dövlət naziri, vətənə xəyanətdə təqsirləndirilən Georgi Baramidze barəsində həbs qətimkan tədbiri seçib. xəbər verir ki, bu barədə "İnterpressnews" agentliyi məlumat yayıb. Hüquq-mühafiz

13.09.2026 187
.

"Çox güman ki, bunu onlar ediblər" - Trampdan İrana qarşı ittiham

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Səudiyyə Ərəbistanında yerləşən "Şərq-Qərb" neft kəmərinə edilən hücumda İranın əli ola bilər. xəbər verir ki, dövlət başçısı bu fikirləri media nümayəndələrinin suallarını cavablandırarkən səsləndirib. "Məncə, bu, onlardır. Çox güman ki, bun

13.09.2026 235
.

Hörmüz boğazında tanker vuruldu: Ölən var

Hörmüz boğazında tanker mərmi ilə vurulub. TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb. "Hazırda heyətin vəziyyəti, dəymiş ziyanın qiymətləndirilməsi və ətraf mühitə təsiri barəd

13.09.2026 252
.

28 May ərazisində 1 və 2 saylı marşrutlarla bağlı problem: sərnişinlər uzun müddət gözləyir

Bakının "28 May" metro stansiyası ərazisində 1 və 2 nömrəli marşrut avtobuslarının hərəkət intervalı ilə bağlı narazılıq yaranıb. Xüsusilə səhər saatlarında, işə və təhsil müəssisələrinə gedən sərnişinlərin çox olduğu pik vaxtlarda avtobusların uzun müddət gözlənilməsi ciddi çətinlik yaradır

10:50 59
.