Məktəbəqədər təhsil müəssisələrinə QƏBUL BAŞLADI

Məktəbəqədər təhsil müəssisələrinə QƏBUL BAŞLADIMəktəbəqədər təhsil müəssisələrinə qəbul başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 18-i saat 11:00-dan etibarən Regional Təhsil İdarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə, 25 iyul 2025-ci il saat 11:00-dan etibarən isə Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün valideynlər elektron qaydada növbə yarada biləcəklər. 2020 və 2021-ci il təvəllüdlü uşaqlar üçün növbələr saat 11:00-da, 2022, 2023 və 2024-cü il təvəllüdlü uşaqlar üçün isə növbələr saat 15:00-da aktiv olacaq.

Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum beş gündən sonra həyata keçiriləcək. Növbə sorğuya çevrildikdən sonra valideyn (və ya qanuni nümayəndə) yeddi gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir. Əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq.

Məlumat üçün bildiririk ki, valideynlər www.bq.edu.azsaytına daxil olmaqla 2025-2026-cı tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu ilə bağlı elektron kabinet yarada bilərlər.

Qeyd: Qəbul sistemində ötən tədris ilində yaradılmış növbələr və sorğular arxivləşdirilərək valideyn kabinetinə əlavə edilib. Həmin növbələr və sorğular bu il üçün keçərli deyil.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 614   Tarix: 18 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şəmkirli 22 yaşlı gənc "1001 Sevinc"dən avtomobil qazandı

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın təşkil etdiyi "1001 Sevinc" lotereyasının növbəti tirajının qalibləri müəyyənləşib. Bu dəfə şans 22 yaşlı Şəmkir sakini Eltun Qurbanovun üzünə gülüb. Ona aldığı 19 biletdən biri lotereyanın supe

06.04.2026 295
.

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşdı

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 0,28% artaraq 4 692,8 ABŞ dollarına bərabər olub. COMEX-d

06.04.2026 349
.

Mehriban Əliyeva Gürcüstanda Azərbaycan Mədəniyyəti Muzeyində - Fotolar

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu gün Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub. Axşam.az xəbər verir ki, Azərbaycanın birinci xanımına muzey haqqında məlumat verilib. Muzeyin binası vaxtilə Tbilisidə yaşayan Mirzə Fətəli Axundzadənin vəsaiti il

06.04.2026 237
.

İpək Tuzcuoğlu "Kıskanmak"la vidalaşır

Ay Yapımın prodüserliyi ilə yayımlanan məşhur "Kıskanmak" serialında hər kəsi təəccübləndirən ayrılıq yaşanacaq. Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialda "Şaziyə" rolunu canlandıran aktrisa İpək Tuzcuoğlu layihədən ayrılacaq. Ssenaridəki süjet xətti bitən Tuzcuoğlunu

06.04.2026 371
.

Rusiya-Ermənistan gərginliyi: İrəvan seçim qarşısında - POLİTOLOQDAN AÇIQLAMA

Son dövrlər Cənubi Qafqaz regionunda geosiyasi dinamika daha da mürəkkəbləşir və diqqət mərkəzində duran əsas xətt Ermənistan ilə Rusiya arasında artan gərginlikdir. Moskvanın İrəvana "Qərblə Rusiya arasında seçim etməlisiniz" mesajı verməsi, eyni zamanda enerji məsələlərinin siyasi təzyi

06.04.2026 397
.

Üç beynəlxalq hava limanı Qarabağın turizm potensialını artırır

"İşğaldan azad edilmiş ərazilərdə müxtəlif turizm növlərinin inkişafı gözlənilir. Sağlamlıq və digər turizm sahələri prioritet istiqamətlərdəndir. Hazırda Kəlbəcərdə İstisu sanatoriyası yenidən inşa edilir və gələcəkdə sağlamlıq turizminin bütün növlərinin inkişaf etdirilməsi planlaşdırılır"

06.04.2026 239
.

Nigar həmkarına söz atdı: "Ərinin orasını-burasını yuyan…"

Nigar Camal maraqlı açıqlaması ilə diqqət çəkib. xəbər verir ki, sənətçi "Maska şou" proqramında etdiyi təxminlər zamanı izləyiciləri güldürməyi bacarıb. Belə ki, o, aktrisa Ofelya Şabanovanın adını xatırlaya bilməyib və bunu qeyri-adi şəkildə ifadə edib. Nigarın səsləndirdiyi sözlər studiyad

06.04.2026 550
.

Çində yoxa çıxmış qədim insan xəttinin izləri aşkarlandı

Çində alimlər indiyədək məlum olmayan və sonradan yoxa çıxmış qədim insan xəttinin izlərini müəyyən ediblər. xəbər verir ki, bu barədə Çin Elmlər Akademiyasının genetikləri məlumat yayıb. Tədqiqatın nəticələri Current Biology jurnalında dərc olunub. Məlumata görə, alimlər Pekin yaxınlığındakı Dunxuli

06.04.2026 340
.

İranın neft-kimya müəssisələri işıqsız qalıb

İranın cənubunda Əsəluyə bölgəsindəki neft-kimya müəssisələri hücum səbəbindən elektrik enerjisiz qalıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bölgədəki müəssisələri enerji, su və oksigenlə təmin edən "Mobin" və "Damavand" şirkətləri hədəf alınıb. Hücum nəticəsində bir neçə partlayı

06.04.2026 241
.

TOP MP3