90 saniyədə xoşbəxt olmağın YOLU
Eyni problem üzərində günlərlə, həftələrlə, bəzən isə illərlə stressə düşmək əvəzinə, bu sadə texnikadan istifadə edərək xoşbəxtliyə gedən yolu tapmaq mümkündür.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu metodikani keçmiş Google rəhbəri və xoşbəxtlik üzrə ekspert tövsiyə edir.
"90 saniyə qaydası sizi çox tez bir zamanda daha yaxşı hiss etdirməyə kömək edir", - sahibkar və yazar Mo Qavdat bildirir.
O, özü də onu narahat edən məsələlərlə mübarizə aparmaq üçün bu sadə üsuldan istifadə edir.
Mo Qavdat "Xoşbəxtliyin formulu" adlı kitabında yazır ki, bəzən bir problem - kiçik və ya böyük - beynimizdə ilişib qalır və ondan qurtulmaq çətin olur. Məhz bu hallarda 90 saniyə qaydası kömək edir. Bu üsul, Qavdatın oğlunu planlı əməliyyat zamanı itirdikdən sonra özünü toparlamasına da yardım edib.
"90 saniyə qaydası neyroelmin əsasına dayanır. Elmi olaraq sübut olunub ki, stress və qəzəb hormonları orqanizmdən 90 saniyə ərzində çıxır. Bu o deməkdir ki, bir buçuk dəqiqəlik kəskin emosional vəziyyətdən sonra diqqətimizi başqa yerə yönəltmək imkanımız var. Lakin əksər hallarda biz bunu etmirik. Beynimiz yenidən bizi narahat edən məsələyə qayıdır və stress hormonlarının yenidən ifraz olunmasına səbəb olur. Bu isə sonsuz təkrarlanan bir dövrəyə çevrilə bilər," – o bildirib.
Amma bu dövrəni qırmaq mümkündür və Qavdat izah edir ki, bunu necə etmək olar. Sadəcə olaraq özünüzə 90 saniyə vaxt verin və problemin dərinliyini tam şəkildə hiss edin. Vaxt bitdikdən sonra isə özünüzdən soruşun:
"İndi nə edəcəm?"
Bu sual adətən diqqəti problemin özündən onun həllinə yönəltməyə kömək edir. Əgər bu da kömək etmirsə, Qavdat başqa bir üsul tövsiyə edir. O yazır ki, bu halda özünə üç sual verir:
1. Həqiqətən də bu baş veribmi?
– Bəzən problem sadəcə bizim təsəvvürümüzdə yaranır və əslində hər şey düşündüyümüzdən daha sadə həll olunur.
2. Əgər bu doğrudursa, problemi həll etmək mümkündürmü?
– Əgər bəli, mümkündürsə, o zaman onu həll etmək lazımdır.
3. Əgər bu problemi həll etmək mümkün deyilsə, mən onu qəbul edə bilərəmmi və buna baxmayaraq, əlimdən gələnin ən yaxşısını etməyə davam edə bilərəmmi?
– Qavdat bunu "qətiyyətli qəbul etmə" adlandırır.
Onun fikrincə, bu yanaşma insanın, istənilən vəziyyətdə belə, xoşbəxt olma ehtimalını artırır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1043 Tarix: 18 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 45 nəfər ötən gün saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Poli
13.09.2026 189 Britaniya siyasi tarixində ianə rekordu - Sahibkardan partiyaya görünməmiş dəstək
Birləşmiş Krallığın "Reform UK" partiyası ölkənin siyasi tarixinə ən irihəcmli ianə kimi düşəcək 36 milyon funt sterlinq məbləğində maliyyə dəstəyi əldə edəcək. -ın məlumatına görə, bunu "The Telegraph" qəzeti dərc edib. Nəşrin xəbərinə əsasən, "Brexit" hərəkatının rəhbərlərində
13.09.2026 178 Si Cinpin BRICS ölkələrini qlobal Cənub dövlətləri ilə birləşməyə çağırdı
"BRICS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin, CAR - red.) qlobal Cənub dövlətləri ilə birləşərək dünya səhnəsində vəziyyəti sabitləşdirməlidir". "Xinhua" agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Sədri Si Cinpin Hindistanda BRICS ölkələri və tərəfdaş dövlətlərin liderlərini
13.09.2026 229 33 dərəcə isti, yağış, külək... - Sabahın havası
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir, cənub küləyi əsəcək. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd edilib ki, havanın temperaturu gecə 18-21 isti, gündüz 26-31 isti olacaq. Atmosfer təzyiq
13.09.2026 344 Asahi: Səudiyyə neftinin Asiyaya tədarük müddəti 2,5 dəfə arta bilər
Səudiyyə neftinin Asiyaya çatdırılma müddəti Babül-Məndəb boğazının bağlanması halında 2,5 dəfə artaraq gediş-gəliş üçün təxminən 100 gün təşkil edə bilər. "Report"un "Asahi"yə istinadən verdiyi məlumata görə, bunu Yaponiya Gəmi Sahibləri Assosiasiyasının məlumatları göstərir. Yaxı
13.09.2026 232 "Əhdi" və tanışı HƏBS OLUNDU: Cinayət işi açılıb
Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev polis əməkdaşları tərəfindən saxlanılıblar. APA nın əldə etdiyi məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hər iki şəxs cinayə
13.09.2026 525 Vuçiç: Seçki siyahısında bir saatdan az vaxtda on minlərlə imza toplanıb
Serbiyada oktyabrın 25-nə təyin olunmuş növbədənkənar parlament seçkiləri üçün hakim koalisiyanın irəli sürdüyü "Aleksandar Vuçiç - Birləşmiş Serbiya" seçki siyahısına dəstək məqsədilə bir saatdan az müddətdə on minlərlə şəxs imza atıb. "Report"un Balkan bürosu xəbər verir ki, b
13.09.2026 231 "Tənha, kimsəsiz insanlar da var, övladları olanlar da" - Azərbaycanda ahıllar üçün mərkəzlər necə işləyir?
Azərbaycanda qocalar evlərinə yerləşdirilən yaşlıların sayında azalma müşahidə olunur. Halbuki son illərin sosial-iqtisadi çətinlikləri - pandemiya, müharibələr və ümumilikdə cəmiyyətdə baş verən dəyişikliklər fonunda ailəsindən ayrı düşən, övladları tərəfindən tərk edilən yaşlıların sayının artacağ
13.09.2026 244 Tramp ABŞ-dakı yanacaq probleminin səbəbini açıqladı
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenskini Rusiyadakı neft emalı zavodlarına və digər yanacaq infrastrukturuna hücumları dayandırmağa çağırıb. xəbər verir ki, Tramp bu açıqlamanı "Fox News" telekanalının yayımladığı müxbirlərlə söhbəti zamanı verib. Trampın sözlərin
10:41 57