Yekaterinburqda azərbaycanlılara qarşı zorakılıq: Politoloq Rusiyanı ittiham etdi
Bir neçə gün əvvəl Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin (FSB) keçirdiyi xüsusi əməliyyat zamanı azərbaycanlılara qarşı sərgilənən qəddar və qeyri-insani rəftar, Rusiyada milli azlıqlara qarşı həyata keçirilən şovinizm siyasətinin tərkib hissəsi kimi dəyərləndirilir.
Müşahidələrə əsasən demək olar ki, Rusiya hələ də milli və dini ayrı-seçkilikdən, eyni zamanda şovinizm yanaşmasından imtina etməyib. Ölkədə yaşayan müxtəlif xalqlara qarşı zaman-zaman dövlət səviyyəsində həyata keçirilən zorakılıq halları bu siyasətin davam etdiyini sübut edir. Dinc əhaliyə qarşı həyata keçirilən və ölümlə nəticələnən son əməliyyat, Rusiyada qeyri-rus millətlərinə qarşı yönəlmiş sistemli basqıların növbəti nümunəsidir.
Mövzu ilə bağlı BiG.AZ saytına açıqlama verən politoloq Kazım Kazımov bildirib ki, Rusiya ilə Azərbaycan arasındakı hazırkı gərginliyin kökündə rəsmi Moskvanın siyasəti dayanır:
"Azərbaycan təyyarəsi ötən ilin sonunda hədəfə alındı, lakin Rusiya bu məsələyə görə nə günahkarları müəyyənləşdirdi, nə də həyatını itirənlərə kompensasiya ödəməklə məsuliyyət nümayiş etdirdi".
Kazımovun fikrincə, bu davranışın arxasında Rusiyanın hazırda Ukrayna ilə apardığı müharibə və bu kontekstdə orduya verilən siyasi üstünlük dayanır:
"Kremldə belə bir düşüncə formalaşıb: Rusiya ordusu heç bir halda cəzalandırılmamalıdır. Bu, bir növ Vyetnam sindromunu xatırladır. Ordu indi siyasi qərarların mərkəzində dayanır və onun toxunulmazlığı təmin olunur".
Politoloq qeyd edib ki, Azərbaycan daim gərginliyi böyütməmək və münasibətləri nəzarətdə saxlamaq mövqeyində olub. Lakin son baş verənlər — Yekaterinburqda OMON qüvvələrinin azərbaycanlılara qarşı sərgilədiyi zorakılıq — bu səbr siyasətinə açıq-aşkar ziddir:
"Çoxsaylı azərbaycanlı vətəndaşımız qətlə yetirildi, bəziləri isə qanunsuz şəkildə həbs edildi. Azərbaycanın tanınmış ictimai simalarına qarşı da qəddar münasibət göstərildi."
Kazımov vurğulayıb ki, rəsmi Bakı hadisələrə sərt reaksiya verib və vətəndaşlarının hüquqlarını müdafiə edib:
"Əgər Rusiya Azərbaycana qarşı hegemon siyasətini dayandırsa və azərbaycanlılara qarşı adekvat mövqe sərgiləsə, o zaman münasibətlərin normallaşması mümkündür."
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 810 Tarix: 02 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiyada sabiq nazir axtarışa verildi
Rusiya Daxili İşlər Nazirliyi (DİN) ölkənin sabiq rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforovu axtarışa verib. xəbər verir ki, bu məlumatı "RIA Novosti" agentliyi nazirliyə istinadən yayıb. Daha əvvəl verilən xəbərlərdə Nikiforova qarşı cinayət işinin açıldığı bildirilirdi
13.09.2026 166 İran və Oman Hörmüz boğazında gəmiçiliklə bağlı razılığa gəliblər
İran və Oman Hörmüz boğazında tezliklə elan olunacaq gəmiçilik marşrutu ilə bağlı yekun razılığa gəliblər. "Report"un xəbərinə görə, bu barədə "Tasnim" agentliyi mənbəyə istinadən məlumat yayıb. Qeyd olunur ki, İran və Oman arasında iki ay davam edən intensiv texniki və diplomati
13.09.2026 169 Yumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?
Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki
13.09.2026 176 Sakit okeanda onlarla insanın olduğu bərə batıb
Vanuatu sahillərində bərənin batması nəticəsində 30-dan çox insan itkin düşüb. bildirir ki, bu barədə "Reuters" agentliyi Sakit okeandakı ada dövlətinin baş naziri Cotam Napatın ofisinə istinadən məlumat verib. Gəminin göyərtəsində ümumilikdə 40-dan çox sərnişin və heyət üzvü olub. Məlumat
13.09.2026 139 Azərbaycan əhalisi əczaçılıq xərclərini 22 %-ə yaxın artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 212,9 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 21,
13.09.2026 161 Alimlər Yerin dərinliklərində suyun hələ 3 milyard il əvvəl mövcud olduğunu aşkar ediblər
Beynəlxalq geoloqlar qrupu suyun Yer kürəsinin dərin qatlarına nüfuz etdiyini və təxminən 3,1 milyard il əvvəl artıq vulkanik fəaliyyətə təsir göstərdiyini sübut edən dəlillər aşkar edib. "Report"un verdiyi məlumata görə, tədqiqatın nəticələri Nature Communications jurnalında dərc olunub. Adelaid
13.09.2026 71 Əməliyyatsız sinə böyütmək istəyənlərin diqqətinə: Dolğularla bağlı mühüm xəbərdarlıq - VIDEO
Sosial şəbəkələrdə son vaxtlar qarşımıza çıxan yeni prosedurlardan biri də sinə dolğusudur. Kiçik süd vəzilərinə sahib qadınlara əməliyyata ehtiyac olmadan sinə həcminin artırılması təklif edilir. Proseduru həyata keçirən kosmetoloqlar isə bunun qısa müddətdə nəticə verdiyini və gələcəkdə insan sağlamlığ
13.09.2026 172 NYT: Alimlər süni intellektlə bağlı narahatlıqları "həddindən artıq şişirdilmiş" hesab edirlər
Dünyanın bir sıra alimləri hesab edirlər ki, süni intellekt texnologiyasının gələcəkdə bəşəriyyəti məhv edəcəyi ilə bağlı narahatlıqlar "həddindən artıq şişirdilib". "Report" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti yazıb. Nəşr qeyd edib ki, texnologiy
13.09.2026 163 Rusiya ordusu Ukraynada bir kəndə nəzarəti təmin edib
Rusiya ordusu Ukraynada bir yaşayış məntəqəsini nəzarətə götürüb. -ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilib. Məlumata görə, Rusiya hərbiçiləri Donetsk vilayətinin Veseloye yaşayış məntəqəsinə tam nəzarəti təmin ediblər
13.09.2026 184