Marsda mikrob var? - TƏDQİQAT
NASA-nın Perseverance aparatı Marsın geoloji keçmişinə nüfuz edə bilib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bunun üçün o, qəribə bir dağ süxurunu araşdırıb. Alimlərin fikrincə, bu süxur özündə Marsda həyatın olub-olmaması barədə məlumat daşıya bilər. Perseverance öz alətindən istifadə edərək qayalı Mars süxurunun üst qatını təmizləyib və bununla da onun tərkibini və tarixini daha ətraflı analiz etmək üçün yeni bir səthi üzə çıxarıb. Bu prosedur mexaniki üyüdmə və qaz şırnağı ilə təmizləmə kombinasiyasını əhatə edir və alimlərə süxurun iç qatlarını araşdırmağa imkan verir. Bu daxili qatlar milyardlarla il ərzində külək, radiasiya və toz tərəfindən dəyişdirilməmiş şəkildə qalmışdır. Alimlərin sözlərinə görə, Perseverance qəribə bir qayalı süxur aşkar edib və buna görə də ona bu süxuru alətləri vasitəsilə daha ətraflı araşdırmaq tapşırılıb.
Sələfləri ilə müqayisədə Perseverance nümunələri təmizləmək üçün təkmilləşdirilmiş bir toz təmizləmə alətindən istifadə edir. Bu sistem süxurları təmizləmək üçün 5 azot şırnağından istifadə edir. Süxurun üst qatı təmizləndikdən sonra aparat aşkar olunmuş səthi təhlil etmək üçün digər cihazlarını işə salıb. Perseverance-ın WATSON kamerası yaxın plan şəkillər çəkir, SuperCam isə materialın tərkibini təhlil etmək üçün lazer impulslarından və spektrometrdən istifadə edir, eyni zamanda yeni səthdən əks olunmuş görünən və infraqırmızı işığı araşdırır. Araşdırma göstərib ki, bu süxur özündə gil tərkibli minerallar birləşdirir. Bu minerallar suyu hidroksid molekulları formasında saxlayır və dəmir ilə maqneziuma bağlı olur ki, bu da Marsın qədim süxurlarına xas xüsusiyyətdir. Perseverance həmçinin SHERLOC və PIXL alətlərindən istifadə edərək süxurlarda mineral tərkibini, kimyəvi quruluşu və keçmiş su fəaliyyəti və ya mümkün mikrob həyatının əlamətlərini müəyyənləşdirir.
Perseverance aparatı:
Bu alətlər yalnız gil deyil, həm də çöl şpatının mövcudluğunu aşkar etməyə kömək edib. Çöl şpatı Yer qabığında və digər qayalı planetlərdə geniş yayılmış mineraldır. Alimlər həmçinin ilk dəfə olaraq süxur nümunələrində manqan hidroksidini aşkar ediblər. Perseverance bu qəribə süxuru milyardlarla il əvvəl çay deltasının və gölün yerləşdiyi Jezero kraterində tədqiq edib. Alimlərin fikrincə, burada Marsda bir zamanlar mövcud olmuş mikrob həyatının mümkün izləri qorunub saxlanmış ola bilər, çünki həmin dövrdə planetin səthində maye halında su olub. Tədqiqatçılar hesab edirlər ki, bu və Marsdakı digər oxşar süxurların gələcəkdə daha dərindən araşdırılması Qırmızı planetin əsas sirrlərindən birini - Marsın keçmişdə yaşama uyğun bir dünya olub-olmadığını - açmağa kömək edə bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 703 Tarix: 02 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBritaniya siyasi tarixində ianə rekordu - Sahibkardan partiyaya görünməmiş dəstək
Birləşmiş Krallığın "Reform UK" partiyası ölkənin siyasi tarixinə ən irihəcmli ianə kimi düşəcək 36 milyon funt sterlinq məbləğində maliyyə dəstəyi əldə edəcək. -ın məlumatına görə, bunu "The Telegraph" qəzeti dərc edib. Nəşrin xəbərinə əsasən, "Brexit" hərəkatının rəhbərlərində
13.09.2026 135 Yumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?
Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki
13.09.2026 0 "İttiham yox, sübut tələb olunur!" - David Seliverstov bu saytlarla bağlı məhkəməyə müraciət edir
Son günlər mənimlə bağlı müxtəlif media resurslarında yayılan məlumatlar və səsləndirilən fikirlərlə əlaqədar olaraq mövqeyimi ictimaiyyətin diqqətinə çatdırmağı zəruri hesab edirəm.Mən Azərbaycan Respublikasının övladıyam və yəhudiyəm. Mənim dünyagörüşümün formalaşmasında həm Azərbaycan dəyərlərinin
13.09.2026 175 Ərdoğan: "Terrorsuz Türkiyə" prosesi ilə bağlı tarixi addım atdıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Terrorsuz Türkiyə" prosesi çərçivəsində tarixi addım atdıqlarını bildirib. "Report" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə lideri Ədalət və İnkişaf Partiyasının (AK Parti) Rizədə keçirilən toplantısındakı çıxışınd
13.09.2026 44 Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
ABŞ administrasiyası İran xalqının təslim olmasını istəyir. "Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib. "Amerika zor gücü ilə İran xalqını təslim olmağa məcbur edə bilmədiyi üçün elə etmək istəyir ki, xalq dolanışıq və imkanları
13.09.2026 107 Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin 2-ci günü ilə bağlı icmal video
Sentyabrın 11-12-də Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfəri baş tutub. Səfərin ikinci gün
13.09.2026 101 "Əhdi" və tanışı HƏBS OLUNDU: Cinayət işi açılıb
Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev polis əməkdaşları tərəfindən saxlanılıblar. APA nın əldə etdiyi məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hər iki şəxs cinayə
13.09.2026 381 Bakıda skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək"
Son vaxtlar skuterlərin iştirakı ilə baş verən qəzaların artması təhlükəsizlik məsələsini yenidən gündəmə gətirir. Sirr deyil ki, skuterdən istifadə edənlər arasında yeniyetmə və gənclər kifayət qədər çoxdur. Yeni tədris ilinin başlaması ilə skuterlərdən istifadənin də artacağı ehtimal olunur. Bəs arta
13.09.2026 165 WSJ: Kanada Aİ-nin assosiativ üzvü olmaq imkanını nəzərdən keçirir
Kanadanın Baş naziri Mark Karni ölkənin Avropa İttifaqının (Aİ) assosiativ üzvü statusunu əldə etməsi imkanını nəzərdən keçirir. Belə bir format Ottavaya ittifaqa tam üzv olmadan Aİ ilə iqtisadi və siyasi əməkdaşlığı genişləndirməyə imkan verə bilər. "Report"un verdiyi məlumata görə, bu barəd
13.09.2026 0