Rusiyada azərbaycanəsilli iş adamı saxlanıldı - Külli miqdarda dələduzluqda ittiham olunur

Rusiyada azərbaycanəsilli iş adamı saxlanıldı - Külli miqdarda dələduzluqda ittiham olunurRusiyada azərbaycanəsilli iş adamı saxlanılıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Fontanka" Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Daxili İşlər İdarəsinin məlumatına istinadla xəbər yayıb.

.
Bildirilir ki, söhbət "Amurov Group" MMC-nin rəhbəri Mark Aleksandroviç Amurovdan gedir. İstintaq versiyasına görə, o, 2020-2021-ci illərdə daşınmaz əmlaka sərmayə qoymaq adı ilə fırıldaqçılıq edib.

32 yaşlı biznesmen 46 milyon rubldan (təxminən 997 min manat - red.) çox dəyərində dələduzluqda şübhəli bilinir. O vətəndaşlara yaşayış binalarının tikintisinə və sonradan icarəyə verilməsinə sərmayə qoymağı təklif edib, lakin toplanan vəsaiti mənimsəyib. Hadisə ilə bağlı dələduzluq maddəsi ilə cinayət işi başlanıb.

Şirkət direktoru Parqolovo şəhərindəki evində saxlanılıb. Axtarış zamanı daşınmaz əmlaka dair sənədlər, telefon və həm rubl, həm də xarici valyutada pul vəsaitləri götürülüb.

Hüquq-mühafizə orqanları hazırda saxlanılanın yoldaşlarının olub-olmamasını araşdırır və onun digər cinayətlərdə iştirakı barədə yoxlamalar aparır.

Polisin məlumatlarına görə, saxlanılan Mark Aleksandroviç Amurov Azərbaycanda doğulub. Nəşrdən bildirilir ki, o, azı 10 il əvvəl Sankt-Peterburqda Rusiya pasportu alıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 953   Tarix: 02 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Toylarda köhnə yeməklər: Şadlıq sarayları məsuliyyətdən necə yayınır?

Sabirabadda keçirilən toyda qonaqlara iki-üç gündən qalmış yeməklər təqdim edilib. Toydan sonra şadlıq sarayının mətbəxinə daxil olan toy sahibi obyektin rəhbərliyinin toydan qalan yeməkləri gizlətdiyini aşkarlayıb. Son vaxtlar toydan qalmış yeməklərin və salatların təzə ad altında süfrəyə verilməs

13.02.2026 270
.

Arı ailələrini məhv edən təhlükə: virus və gənə birliyi

"Arılarla qidalanan gənələr dərmanlara qarşı davamlılıq (rezistentlik) qazanıb. Nəticədə onların sayı müalicə zamanı arzu olunan minimum həddə enmir və sürətlə artmağa davam edir. Populyasiya çoxaldıqca həm birbaşa arılara zərər vurur, həm də yaydıqları viruslar koloniyanın zəifləməsinə və məhvin

13.02.2026 236
.

Netanyahunun Vaşinqton Səfəri: Gündəliyin Əsas Mövzuları Nələrdir? - POLİTOLOQDAN AÇIQLAMA

İsrailin Baş naziri Benjamin Netanyahu-nun ABŞ-a səfəri beynəlxalq siyasətdə diqqət mərkəzinə çevrilib. Rəsmi Vaşinqtonla keçiriləcək görüşlərin gündəliyində təhlükəsizlik məsələləri, Qəzza zolağında davam edən proseslər, İranla bağlı artan gərginlik və regionda qüvvələr balansı əsas yer tutur. Bu səfə

13.02.2026 277
.

ABŞ prezidenti Çinə səfər edəcək

Donald Trump yaxın vaxtlarda Çin Xalq Respublikasına səfər etməyi planlaşdırır. BİG.AZ ABC News-a istinadən xəbər verir ki, ABŞ prezidenti Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib ki, səfərin əsas məqsədi çinli lider Si Cinpin ilə görüş keçirməkdir. Məlumata əsasən, görüşün aprelin əvvəlində ba

13.02.2026 259
.

Qonşuların toyuq mübahisəsinin qanlı sonu - Ahıl qadını KƏRKİ İLƏ VURUB ÖLDÜRDÜ

Sumqayıtda ahıl qadını öldürməkdə təqsirlədirilən Mikayıl Şərifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. BİG.AZ -a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən son prosesdə təqsirləndirilən şəxsə hökm elan olunub. Məhkəmənin qərarı ilə M.Şərifov 18 il azadlıqdan məhru

13.02.2026 314
.

Azərbaycanın yeni rəqəmsal arxitekturası

Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında rəqəmsal transformasiya, genişzolaqlı infrastrukturun qurulması, data mühitinin formalaşdırılması və dövlət xidmətlərinin rəqəmsallaşdırılması əsas prioritetlər sırasındadır. "Onlayn Azərbaycan" layihəsi, dövlət bulud infrastrukturunun yaradılmas

13.02.2026 297
.

Ayətullahın repressiyası: İran prezidentinin əsas müttəfiqləri həbs olundu

Prezident Məsud Pezeşkian etirazların yatırılması fonunda liderliyinə inamını itirən islahatçıların bir sıra həbslərindən sonra siyasi cəhətdən təcrid olunmuş vəziyyətdə qalıb. İranda böyük bir repressiya dalğası davam edir, hakimiyyət orqanları prezident Məsud Pezeşkianın əsas müttəfiqlərini həbs edi

13.02.2026 230
.

Pensiyalar artımlarla birgə ödənildi

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, həmçinin Naxçıvan MR üzrə fevral ayının pensiyaları yeni artımlarla birgə ödənilib. BİG.AZ xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb. Yanvarın 1-dək təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 9,3 fai

13.02.2026 261
.

Sarı pişiklərin xüsusi və bənzərsiz olmasının SƏBƏBİ

Sarı pişiklər, tez-tez "günəşli" adlandırılan bu heyvanlar, dünyada ən populyar ev heyvanlarından sayılır. Onların özəlliyi təkcə xalq inancları ilə deyil, həm də elmi araşdırmalarla təsdiqlənib. xarici mediaya istinadən xəbər verir ki, bu heyvanların əsas xüsusiyyəti onların genetikasındadır

13.02.2026 216
.

TOP MP3