AZAL təyyarəsi ilə bağlı ekspertizanın nəticələri yaxın zamanda açıqlana bilər (RƏSMİ)

AZAL təyyarəsi ilə bağlı ekspertizanın nəticələri yaxın zamanda açıqlana bilər (RƏSMİ)Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı ekspertizanın nəticələri yaxın zamanda açıqlana bilər.

"Report" xəbər verir ki, bunu Baş prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair mətbuat konfransı zamanı Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.

O deyib ki, 100-ə yaxın ekspertiza təyin edilib və təhqiqatlar davam etdirilir.

"Bu yaxınlarda Azərbaycandan olan ekspertiza nümayəndələri Qazaxıstana ezam olunublar, geniş müzakirələr aparılıb. Ekspertizanın nəticələrinin əldə olunması istiqamətində səylərimiz davam etdirilir".

O, yaxın zamanda ekspertizanın nətocələrinin açıqlana biləcəyini istisna etməyib.

Xatırladaq ki, qəza dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verib. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 670   Tarix: 02 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tramp: "Putin Ukrayna ilə danışıqların Moskvada keçirilməsini istəyir" - VİDEO

ABŞ Prezidenti Donald Tramp özü ilə Rusiya Prezidenti Vladimir Putinin Rusiya və Ukrayna liderlərinin mümkün görüşünü müzakirə etdiklərini bildirib. xəbər verir ki, bu barədə "Caliber" "Clash Report"a istinadən məlumat yayıb. Tramp görüşün gələcəkdə baş tutacağına əmin olduğunu qey

08.07.2026 163
.

Müğənni üsyan etdi: "Bu, naz etmək deyil, çox yorulmuşam"

Türkiyəli müğənni Demet Akalın sıx iş qrafikinə görə yeni konsert təkliflərini qəbul etməyəcəyini açıqlayıb. Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kiprdəki konsertdən əvvəl jurnalistlərin suallarını cavablandıran Akalın artıq əvvəlcədən razılaşdırılmış proqramlardan başqa heç bir yeni təklif

08.07.2026 251
.

Sülh prosesinə kölgə salan qərar: Regionda yeni risklər

İsrailin nüfuzlu "Ynet" nəşrində "İsrail qırmızı xətti keçdi: "Erməni soyqırımı"nı tanımasından sonra Azərbaycanla böhran daha da dərinləşdi" başlıqlı məqalənin dərc olunması regionda yeni müzakirələrə səbəb olub. Məqalədə iki ölkə arasındakı münasibətlərdən məlumatlı olduğ

08.07.2026 261
.

Mütəxəssisdən yay xəbərdarlığı: Bu dondurmalar ciddi risk yaradır

"Yay mövsümündə dondurmaya tələbat əhəmiyyətli dərəcədə artır. Satışda olan dondurmaların ötən ildən qalıb-qalmadığını və sağlamlıq üçün risk yaradıb-yaratmadığını müəyyən etmək üçün məhsulun fiziki-orqanoleptik göstəricilərinə, etiket məlumatlarına və soyuq zəncirin qorunmasına diqqət yetirmə

08.07.2026 286
.

Bəzi rayonlarda leysandır

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Axşam.az-a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində arabir şimşək çaxır, yağış yağır. Yağıntılar ayrı-ayrı yerlərdə leysan xarakterlidir. Balakən-Şəki zonasının bəzi yerlərində isə yağıntılar güclüdür

08.07.2026 263
.

NATO 2026-cı ildə Ukraynaya 70 milyard avro ayıracağını bəyan edib

NATO bu il Ukraynaya 70 milyard avro ayıracaq. APA-nın Ankaraya ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə NATO-nun 36-cı Sammitinin yekunlarına dair "Ankara Bəyannaməsi"ndə qeyd olunub. NATO liderləri Ukraynaya dəstəyin davam etdiriləcəyini vurğulayaraq, 2026-cı ildə hərbi texnika, yardı

08.07.2026 142
.

Rəhman Rəhmanov: "Heyif ki, aramızdan çox tez ayrıldı"

Əməkdar artist Rəhman Rəhmanov mərhum həmkarı, "Ələkbər əmi" obrazı ilə tamaşaçıların yaddaşında qalan Əməkdar artist Ələkbər Hüseynovu ehtiramla xatırlayıb. O, Qaynarinfo-ya açıqlamasında Ələkbər Hüseynovun vaxtsız vəfatından təəssüfləndiyini bildirib:. "Heyif ki, belə bir aktyor aramızda

08.07.2026 137
.

Keyfiyyətli kofeni necə tanımaq olar?

Səhər oyanan kimi, iş arasında və ya dostlarla söhbət zamanı bir fincan qəhvə bir çox insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Ancaq mağaza rəflərində onlarla fərqli marka, növ və qiymətdə qəhvə olduğu üçün keyfiyyətli məhsulu seçmək hər zaman asan olmur. Bəzən cəlbedici qablaşdırma v

08.07.2026 224
.

Kosmosda qədim Kainata açılan "pəncərə" aşkarlandı

Beynəlxalq astronomlar qrupu ən qədim kvazarlar arasından 31-ni aşkar edib və onlardan ikisi dərhal yeni rekord müəyyən edib: onlar Kainatın cəmi 670 milyon yaşı olanda işıq saçmağa başlayıblar. Bu, onları Kainatın öz müasir görkəmini almağa başladığı dövrün ən parlaq obyektlərinə çevirib, tədqiqat is

08.07.2026 137
.

TOP MP3