"Dəniz" Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
Ölkədə fəaliyyət göstərən bəzi özəl klinikalarda vətəndaşlara qarşı qeyri-rəsmi maliyyə münasibətləri və insan hüquqlarını pozan hallarla bağlı yeni bir qalmaqallı hadisə üzə çıxıb. Bu dəfə narazılıq "Dəniz" Hospitalda baş verib.
Tribunainfo.az xəbər verir ki, estetik əməliyyat üçün "Dəniz" Hospitala müraciət edən Ruhanə Allahverdiyeva adlı qadın təəccüblü və hüquqi baxımdan mübahisəli bir vəziyyətlə üzləşib. O, əməliyyat üçün əvvəlcədən müəyyən qədər ödəniş etsə də, qalan 600 manat məbləği çatmadığı üçün özünə məxsus qızıl-zinət əşyalarını girov qoymağa məcbur olub.
İddialara görə, xəstəxananın təsisçisi kimi təqdim olunan Fidan adlı bir şəxs Ruhanə Allahverdiyeva ilə "müqavilə" bağlayaraq 8.000 manatlıq qızılları cəmi 600 manat əvəzinə qəbul edib. Əməliyyatı isə Sadiq adlı həkim həyata keçirib.
Əməliyyatdan sonra çatışmayan 600 manatı ödəyən Ruhanə Allahverdiyeva, qızıllarını geri almaq istəyəndə isə gözlənilməz cavab alıb: qızıllar artıq lombarda qoyulub və qarşılığında 5.000 manat pul götürülüb.
Bu hadisə ilə bağlı Ruhanə Allahverdiyeva hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda Binəqədi Rayon Polis İdarəsində şikayət əsasında araşdırma aparılır. Məlumatı ilk olaraq jurnalist Sima Babayeva şəxsi sosial media hesabında yayıb.
Qeyd edək ki, bu cür hallar ölkədə ilk dəfə baş vermir. Təxminən 2016-cı ildə də oxşar hadisə, estetik əməliyyatla bağlı maddi zərərə uğrayan bir şəxs Araz Salmanov adlı cərrahın adı ilə gündəmə gəlmişdi və ölkə miqyasında rezonans doğurmuşdu.
Hadisə ilə bağlı "Dəniz" Hospitaldan rəsmi açıqlama almaq mümkün olmayıb.
Tribunainfo.az olaraq yazıda adları hallanan tərəflərin mövqeyini dərc etməyə hazırıq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 712 Tarix: 01 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?
Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki
19:50 0 Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
ABŞ administrasiyası İran xalqının təslim olmasını istəyir. "Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib. "Amerika zor gücü ilə İran xalqını təslim olmağa məcbur edə bilmədiyi üçün elə etmək istəyir ki, xalq dolanışıq və imkanları
18:30 107 WSJ: Kanada Aİ-nin assosiativ üzvü olmaq imkanını nəzərdən keçirir
Kanadanın Baş naziri Mark Karni ölkənin Avropa İttifaqının (Aİ) assosiativ üzvü statusunu əldə etməsi imkanını nəzərdən keçirir. Belə bir format Ottavaya ittifaqa tam üzv olmadan Aİ ilə iqtisadi və siyasi əməkdaşlığı genişləndirməyə imkan verə bilər. "Report"un verdiyi məlumata görə, bu barəd
22:00 0 "Yanında ola bilməsəm də, ürəyim həmişə səninlədir"
Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova qızı Sude ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa övladının fotosunu yayımlayaraq bunları yazıb:. "Canım qızım, dünən konsertdə yanında ola bilmədim. Uzaqda olsaq da, ürəyim həmişə səninlədir. Həmçinin Almaniya mətbuatında yer almağı
12:50 197 Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin 2-ci günü ilə bağlı icmal video
Sentyabrın 11-12-də Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfəri baş tutub. Səfərin ikinci gün
18:56 101 Tramp Çin avtomobillərinin ABŞ-də istehsalına münasibət bildirib
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Çin müəssisələrinin ölkə ərazisində avtomobil istehsalı zavodları inşa etməsinə qarşı olmadığını vurğulayıb. xəbər verir ki, bu barədə dövlət başçısı "Fox News" televiziyasına verdiyi müsahibə zamanı danışıb. "Əgər Çin bura gələrə
16:10 139 Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 7 mini ötüb
Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 7 022-yə çatıb. "Report"un xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu barədə KDR hakimiyyəti məlumat yayıb. Qeyd olunur ki, mayın ortalarında "Bundibugyo" virusunun nadir ştammını
20:30 0 Bakıda skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək"
Son vaxtlar skuterlərin iştirakı ilə baş verən qəzaların artması təhlükəsizlik məsələsini yenidən gündəmə gətirir. Sirr deyil ki, skuterdən istifadə edənlər arasında yeniyetmə və gənclər kifayət qədər çoxdur. Yeni tədris ilinin başlaması ilə skuterlərdən istifadənin də artacağı ehtimal olunur. Bəs arta
12:00 165 Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yenilik
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yeni layihənin icrasına başlanacaq. Bu barədə -a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov bildirib. O qeyd edib ki, metro stansiyalarında platformalarda mühafiz
15:00 148