Politoloqdan açıqlama: Rusiya mövqeyini itirir, Azərbaycanı hədəfə alınır

Politoloqdan açıqlama: Rusiya mövqeyini itirir, Azərbaycanı hədəfə alınırRusiya hakimiyyətinin Yekaterinburqda azərbaycanlılara qarşı tətbiq etdiyi zorakılıq Sovet İttifaqı dövründəki Stalin repressiyalarını xatırladır. Şəhər faktiki olaraq anti-Azərbaycan əhval-ruhiyyəsinin mərkəzinə çevrilib. Ədalət bəhanəsi ilə törədilən bu cür hərəkətlər, tarixdə Azərbaycan xalqına qarşı yönəlmiş repressiv siyasətləri — xüsusilə də 1990-cı il 20 Yanvar faciəsi kimi qara səhifələri yada salır.

35 il əvvəl Bakıda baş verən 20 Yanvar hadisəsində Sovet ordusu silahsız mülki əhalini amansızcasına gülləbaran etmişdi. Bu gün isə Rusiya rejiminin davranışları həmin tarixdə baş verən qəddarlıqları bir daha gündəmə gətirir.

Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Turan Rzayev bildirib ki, Rusiya həm regional, həm də beynəlxalq səviyyədə nüfuzunu itirməkdədir. Xüsusilə Ukrayna müharibəsi Moskvanın siyasi, iqtisadi və hərbi imkanlarını ciddi şəkildə məhdudlaşdırıb. Bu səbəbdən Kreml ictimai narazılığı gizlətmək və diqqəti yayındırmaq üçün xarici düşmən obrazları formalaşdırmağa çalışır. Azərbaycan isə bu "düşmənlər" sırasında əsas hədəflərdən biridir:
Politoloqdan açıqlama: Rusiya mövqeyini itirir, Azərbaycanı hədəfə alınır"Birincisi, Azərbaycan postsovet məkanında Rusiya hegemonluğuna qarşı açıq və müstəqil siyasət yürüdən nadir ölkələrdəndir. Qərb və digər regional güclərlə əlaqələrini aktiv şəkildə inkişaf etdirir.

İkincisi, Qarabağ müharibəsi və onun nəticələri ilə Azərbaycanın regionda artan siyasi və hərbi gücü Moskva üçün ciddi təhlükə kimi qəbul olunur.

Bu iki amil göstərir ki, Yekaterinburqdakı hadisələr təkcə bir qrup azərbaycanlının cəzalandırılması deyil, bütövlükdə Azərbaycan cəmiyyətinə yönəlmiş psixoloji təzyiqdir. Rusiya bu zorakılıq vasitəsilə "hər kəs üçün təhlükə var" mesajı verməyə çalışır və Azərbaycanın regional nüfuzuna kölgə salmaq niyyətindədir".

Bakıdan Rusiyaya sərt siqnallar

Turan Rzayev hesab edir ki, Rusiya bundan sonra da Azərbaycana qarşı təzyiq siyasətini etnik, dini və sosial zəminlərdə davam etdirəcək. Lakin Azərbaycan da buna cavabsız qalmayacaq:

"Sputnik Azərbaycan" ofisində keçirilən əməliyyat zamanı iki FTX agentinin saxlanılması, Bakının Rusiya kəşfiyyatına qarşı sərt mövqe tutduğunu göstərdi. Bu, Kremlin Azərbaycandakı fəaliyyətlərinin ifşa ediləcəyi və cavab tədbirlərinin davam edəcəyi barədə açıq mesajdır.

Geosiyasi istiqamətdə mümkün addımlar

Rzayevin fikrincə, Azərbaycan Rusiyanın təzyiqlərinə qarşı geosiyasi müstəvidə addımlar ata bilər:

"Türkiyə ilə strateji inteqrasiya daha da dərinləşdirilə, Avropa İttifaqı, ABŞ və Çinlə əlaqələr gücləndirilə bilər. Bu güclərin Azərbaycana marağının artması və Bakının buna "yaşıl işıq" yandırması Kremlin təzyiqlərinə ciddi cavab olacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 718   Tarix: 01 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?

Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki

19:50 0
.

Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir

ABŞ administrasiyası İran xalqının təslim olmasını istəyir. "Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib. "Amerika zor gücü ilə İran xalqını təslim olmağa məcbur edə bilmədiyi üçün elə etmək istəyir ki, xalq dolanışıq və imkanları

18:30 107
.

WSJ: Kanada Aİ-nin assosiativ üzvü olmaq imkanını nəzərdən keçirir

Kanadanın Baş naziri Mark Karni ölkənin Avropa İttifaqının (Aİ) assosiativ üzvü statusunu əldə etməsi imkanını nəzərdən keçirir. Belə bir format Ottavaya ittifaqa tam üzv olmadan Aİ ilə iqtisadi və siyasi əməkdaşlığı genişləndirməyə imkan verə bilər. "Report"un verdiyi məlumata görə, bu barəd

22:00 0
.

"Yanında ola bilməsəm də, ürəyim həmişə səninlədir"

Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova qızı Sude ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa övladının fotosunu yayımlayaraq bunları yazıb:. "Canım qızım, dünən konsertdə yanında ola bilmədim. Uzaqda olsaq da, ürəyim həmişə səninlədir. Həmçinin Almaniya mətbuatında yer almağı

12:50 197
.

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin 2-ci günü ilə bağlı icmal video

Sentyabrın 11-12-də Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfəri baş tutub. Səfərin ikinci gün

18:56 101
.

Tramp Çin avtomobillərinin ABŞ-də istehsalına münasibət bildirib

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Çin müəssisələrinin ölkə ərazisində avtomobil istehsalı zavodları inşa etməsinə qarşı olmadığını vurğulayıb. xəbər verir ki, bu barədə dövlət başçısı "Fox News" televiziyasına verdiyi müsahibə zamanı danışıb. "Əgər Çin bura gələrə

16:10 139
.

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 7 mini ötüb

Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 7 022-yə çatıb. "Report"un xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu barədə KDR hakimiyyəti məlumat yayıb. Qeyd olunur ki, mayın ortalarında "Bundibugyo" virusunun nadir ştammını

20:30 0
.

Bakıda skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək"

Son vaxtlar skuterlərin iştirakı ilə baş verən qəzaların artması təhlükəsizlik məsələsini yenidən gündəmə gətirir. Sirr deyil ki, skuterdən istifadə edənlər arasında yeniyetmə və gənclər kifayət qədər çoxdur. Yeni tədris ilinin başlaması ilə skuterlərdən istifadənin də artacağı ehtimal olunur. Bəs arta

12:00 165
.

Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yenilik

Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yeni layihənin icrasına başlanacaq. Bu barədə -a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov bildirib. O qeyd edib ki, metro stansiyalarında platformalarda mühafiz

15:00 148
.