Rusiyada azərbaycanlılara qarşı zorakılıq diplomatik gərginliyə səbəb olub – politoloqdan açıqlama

Rusiyada azərbaycanlılara qarşı zorakılıq diplomatik gərginliyə səbəb olub – politoloqdan açıqlamaİyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən vəhşiliklər, o cümlədən işgəncələr, qətllər, diaspor nümayəndələrinə qarşı təzyiqlər və təqiblər iki ölkə arasında növbəti diplomatik gərginliyə səbəb olub.

BiG.AZ-a mövzu ilə bağlı açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, son günlər Rusiyada azərbaycanlılara qarşı törədilən zorakılıq hadisələri Azərbaycan–Rusiya münasibətlərinə neqativ təsir göstərir:

"Rəsmi Bakı öz həmvətənlilərinin, xüsusilə də Rusiyada sıxışdırılmasına və qətliamlara göz yuma bilməz. Bu səbəbdən Azərbaycan bu hadisələrə birmənalı şəkildə sərt reaksiya verdi. Kreml isə bu sərt reaksiyanı nəzərə almağa məcburdur.

Rusiyada artıq anlamalıdırlar ki, Azərbaycana təsir göstərmək üçün azərbaycanlılara qarşı zorakılıq taktikasını seçmək uğursuz yanaşmadır. Rusiya tərəfinin Azərbaycana qarşı artıq heç bir real təzyiq mexanizmi qalmayıb. Sonuncu təsir vasitəsi Azərbaycanın ərazisində yerləşən Rusiya sülhməramlı qüvvələri idi, bu da artıq mövcud deyil.
Rusiyada azərbaycanlılara qarşı zorakılıq diplomatik gərginliyə səbəb olub – politoloqdan açıqlamaKreml anlamalıdır ki, Azərbaycan əlçatmaz bir dövlətdir və Rusiya Azərbaycanın müstəqil xarici siyasət yürütməsi ilə barışmalıdır. Artıq Azərbaycan Cənubi Qafqazın geopolitik iradə sahibidir və qlobal məkanda nüfuzu getdikcə artır. Belə olan halda Rusiya Azərbaycana təzyiqlərlə öz maraqlarını diktə edə bilməz. Kreml bu reallığı qəbul etməlidir: Azərbaycan hər hansı bir dövlətin maraqlarının təmsilçisinə çevrilə bilməz.

Əgər Rusiya Azərbaycanla normal münasibət qurmaq istəyirsə, qarşılıqlı əməkdaşlıq sahələrində əlaqələri inkişaf etdirmək daha doğru addım olar. İndiki yanaşmalar yalnız Azərbaycan–Rusiya münasibətlərini gərginləşdirir. Nəticədə Kreml Azərbaycanı olduğu kimi qəbul etməyə məcbur qalacaq."


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 647   Tarix: 30 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Finlandiya prezidenti Danimarkaya dəstəyini bir daha təsdiqlədi

Finlandiya Prezidenti Aleksandr Stubb Qrenlandiya ilə bağlı məsələlərin "yalnız Danimarka Krallığının əlində olduğunu" bir daha təsdiqləyib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, o, NATO-nun bütöv qalmasının vacib olduğunu bildirib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

08.07.2026 208
.

Topa başla vurmaq beyində dəyişiklik yaradır

Futbol zamanı topa başla zərbə vurmaq beyində Altsheymer xəstəliyi ilə əlaqəli olan tau zülalının səviyyəsini qısamüddətli də olsa yüksəldir. Axşam.az xəbər verir ki, Amsterdam Universiteti Tibb Mərkəzinin alimləri 400-ə yaxın həvəskar futbolçu üzərində araşdırma aparıb. Oyunçulardan matçdan əvvəl v

08.07.2026 237
.

"Tərəflər danışıqlardan tam imtina etməsələr də, hər biri masaya daha güclü mövqedən oturmağa çalışır" - BƏHRUZ QULİYEV

"ABŞ ilə İran arasında son günlər baş verən qarşılıqlı hərbi əməliyyatlar göstərir ki, region yenidən təhlükəli mərhələyə qədəm qoyur. Bir tərəfdən diplomatik danışıqların davam etdirilməsi ilə bağlı mesajlar verilir, digər tərəfdən isə raket zərbələri, hərbi bazalara hücumlar və qarşılıqlı ultimatumla

08.07.2026 219
.

Maskalı vandal İsrailin Kanal 12 televiziyasına bənzər hücumdan bir neçə gün sonra Haaretz qəzetinin ofisinin girişini dağıdıb

Təhlükəsizlik görüntülərində şəxsin giriş barmaqlıqlarından keçərək şüşə qapıya iki kərpic atdığı və şüşə qapının girişdə dəlik açdığı görünür. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, qəzet təsdiqləyib ki, Haaretz-in Tel-Əviv ofisinin əsas girişi çərşənbə günü səhər maskalı vandal tərəfində

08.07.2026 202
.

ABŞ-ın PUA hücumu nəticəsində SEPAH-ın əməkdaşı həlak olub

SEPAH-ın bir əməkdaşı Mahşəhrdə ABŞ-ın PUA hücumu zamanı qəlpə yarasından həlak olub. -ın məlumatına görə, İranın cənubunda yerləşən Bəndər-Mahşəhr şəhərindəki SEPAH-ın 3-cü Dəniz Bölgəsinin İctimaiyyətlə Əlaqələr İdarəsi bu barədə məlumat yayıb. Məlumatda bildirilib ki, hadisə bu gün səhər saatlarınd

08.07.2026 163
.

Peruda indiyədək məlum olmayan kakao növləri aşkar edilib

Peru kakaosu ilə bağlı yeni araşdırma dünyada ən sevilən şirniyyatlardan biri olan şokoladın mənşəyi haqqında təsəvvürləri dəyişdirib. Tədqiqat zamanı alimlər əvvəllər məlum olmayan dörd yeni kakao növü aşkar ediblər. Onlardan ikisinin gələcəkdə yüksəkkeyfiyyətli şokolad istehsalı üçün xüsusilə perspektivl

08.07.2026 147
.

400 qızıl sikkənin sirri 30 ildən sonra açıldı

30 il əvvəl İngiltərə sahillərində aşkar edilən xəzinənin hansı gəmiyə məxsus olduğu müəyyənləşdirilib. xəbər verir ki, bu barədə Popular Mechanics nəşri məlumat yayıb. Məlumata görə, 1995-ci ildə dalğıclar İngiltərə sahillərində, 18 metr dərinlikdə təxminən 400 qızıl sikkə aşkar ediblər. Dəniz dibind

08.07.2026 215
.

İmtahan sistemində dəyişiklik: Üstünlüklər və risklər

"İmtahan ballarının artırılması məsələsi həm təhsil ekspertləri, həm valideynlər, həm də şagirdlər arasında daim geniş müzakirə olunan və kifayət qədər həssas mövzulardan biridir. Bu addımın nə dərəcədə doğru olduğunu birmənalı şəkildə "bəli" və ya "xeyr" cavabı ilə qiymətləndirmə

08.07.2026 278
.

Masallıda restoran rəhbərliyi ağacların kökündən çıxarılmasına görə CƏRİMƏLƏNDİ - FOTO

Masallı rayonu, Qəriblər kəndi ərazisində yerləşən "Park Masallı" restoranının ərazisində ağacların kökündən çıxarılması sakinlərin narazılığına səbəb olub. -ın qaynar xəttinə daxil olan şikayətdə bildirilib ki, ağacların kəsilməsinə səbəb restoran ərazisinin genişləndirilməsidir. -ın sorğusun

08.07.2026 256
.

TOP MP3