Cümşüdün öldüyü yolun məsuliyyətini kim daşıyır?
Bir neçə gün öncə "Baksol" yolu ərazisində yolun çökməsi səbəbilə baş verən bədbəxt hadisə ilə bağlı aidiyyəti qurumlar açıqlama veriblər.
Milli.Az xəbər verir ki, bədbəxt hadisə ilsə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bildirir ki, hadisə agentliyin xidməti sahəsinə daxil olmayan, piyadalar üçün nəzərdə tutulmuş ərazidə qeydə alınıb:
"Qeyd etmək istərdik ki, Bakı şəhərində yolun hərəkət hissəsindən kənarda yerləşən ərazilər, o cümlədən piyadalar üçün nəzərdə tutulmuş sahələr agentliyin balansında deyil və xidmət göstərdiyimiz sahələrə aid olunmur.
Təəssüf doğuran məqam isə odur ki, bəzi şəxslər hadisənin baş vermə səbəbləri ilə bağlı mütəxəssis rəyi olmadan əsassız iddialar irəli sürərək, hadisəni guya yolun və ya yol infrastrukturu elementlərinin qüsurları ilə əlaqələndirməyə çalışırlar.
Bildirmək istərdik ki, bu kimi hadisələrin yolun konstruktiv quruluşu və ya tikintisi zamanı buraxılmış hər hansı nöqsanla heç bir əlaqəsi yoxdur. Belə halların baş verməsinin əsas səbəbi, yolun altından keçən kommunikasiya xətlərində yaranan texniki nasazlıqlardır. Bu səbəbdən, həmin xətlərdə baş verən nasazlıqların aradan qaldırılması birbaşa olaraq müvafiq sahə üzrə xidmət göstərən aidiyyəti qurumların səlahiyyətindədir".
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi isə bildirir ki, hadisənin hansı səbəblərdən baş verməsi haqqında araşdırma aparılır.
Xatırladaq ki, bir neçə gün öncə "Baksol" yolu adlanan ərazidə yolun çökməsi səbəbilə 27 yaşlı Cümşüd Cümşüdlü kanalizasiya quyusuna yıxılıb. Axtarışlardan sonra gəncin meyiti Hövsanda kanalizasiya kollektorundan tapılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 909 Tarix: 29 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşWSJ: Kanada Aİ-nin assosiativ üzvü olmaq imkanını nəzərdən keçirir
Kanadanın Baş naziri Mark Karni ölkənin Avropa İttifaqının (Aİ) assosiativ üzvü statusunu əldə etməsi imkanını nəzərdən keçirir. Belə bir format Ottavaya ittifaqa tam üzv olmadan Aİ ilə iqtisadi və siyasi əməkdaşlığı genişləndirməyə imkan verə bilər. "Report"un verdiyi məlumata görə, bu barəd
22:00 0 Bəzi mağazalar niyə QR-kodla ödənişdən imtina edir? "Biz "m10"la ödəniş götürmürük" - VİDEO
Bakıda bəzi mağaza və ticarət obyektlərində "m10" tətbiqi üzərindən QR-kod vasitəsilə ödənişlərin qəbul edilmədiyi bildirilir. Baku TV məsələni yerində araşdırmaq üçün paytaxtdakı iri ticarət mərkəzlərindən birində müşahidə aparıb. Təxminən səkkiz geyim mağazasına müraciət edilərək "m10"
10:45 169 Azərbaycanda YENİ QAYDA - Bu şəxslərə 300 MANAT VERİLƏCƏK
Pambıqda damcı suvarmadan istifadə edən fermerlərə əlavə dəstək veriləcək. xəbər verir ki, pambıq üzrə məhsul subsidiyası istifadə olunan suvarma texnologiyasına uyğun olaraq diferensiallaşdırılıb. Belə ki, ənənəvi suvarmada hər ton pambığa görə 200 manat, sprinkler və pivot suvarmada 215 manat, damc
00:32 515 "Axios": İsrail-Livan danışıqlarının növbəti raundu təxirə salınıb
Gələn həftə Romada keçirilməli olan İsrail və Livan arasında növbəti danışıqlar raundu təxirə salınıb. "Report" xəbər verir ki, bu barədə "Axios" portalının jurnalisti Barak Ravid məlumat yayıb. "İsrail və Livan arasında gələn həftə Romada planlaşdırılan növbəti danışıqlar raund
15:30 145 Əməliyyatsız sinə böyütmək istəyənlərin diqqətinə: Dolğularla bağlı mühüm xəbərdarlıq - VIDEO
Sosial şəbəkələrdə son vaxtlar qarşımıza çıxan yeni prosedurlardan biri də sinə dolğusudur. Kiçik süd vəzilərinə sahib qadınlara əməliyyata ehtiyac olmadan sinə həcminin artırılması təklif edilir. Proseduru həyata keçirən kosmetoloqlar isə bunun qısa müddətdə nəticə verdiyini və gələcəkdə insan sağlamlığ
19:39 33 Azərbaycanda minimum əməkhaqqı BU QƏDƏR ARTA BİLƏR
"Maaş artımlarının olması gözlənilir. Amma bu artımların 2027-ci ilin yanvarın ayından olacağını gözləyirəm. Xüsusilə, minimum əməkhaqqı artanda, minimum əməkhaqqına bağlı bütün əməkhaqqılar yüksəlmiş olacaq". Bunu "Unikal"a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. O bildiri
00:30 532 Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yenilik
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yeni layihənin icrasına başlanacaq. Bu barədə -a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov bildirib. O qeyd edib ki, metro stansiyalarında platformalarda mühafiz
15:00 148 Yumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?
Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki
19:50 0 Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb
Türkiyədə 2027-2029-cu illər dövrü Dövlət İnvestisiya Proqramının hazırlanmasına dair sirkulyar (rəsmi məktub) dərc olunub. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə yayımlanan sənəddə makroiqtisadi sabitliyin qorunması, inflyasiyanı
16:30 130