Silkələnmələr, səs-küy, sızmalar: Ötürmə qutusunda problemləri vaxtında aşkar etməyin üsulları
"Sürət qutusunun tezliklə sıradan çıxacağını öncədən göstərən əlamətləri vaxtında görmək mümkündür".
Oxu.Az-ın Gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı avtomobil eksperti Vadim Strelbitski danışıb.
Mütəxəssisin sözlərinə görə, mexaniki sürət qutuları üçün ilk xəbərdarlıq siqnalı ötürmələrdəki dəyişikliklər zamanı yaranan problemlərdir.
"Əgər ötürücü qolu çətinliklə hərəkət edirsə, xırçıldama və ya metal sürtünməsi səsləri eşidilirsə, sürətlər dəqiq keçmirsə - bu, artıq nasazlığın aydın göstəricisidir. Robotlaşdırılmış qutularda isə bu cür nasazlıqlar ötürmələr arasında gecikmələr, tullanma və ya "boşluq" şəklində üzə çıxır. Bu, əksər hallarda muftanın sıradan çıxması, sinxronizatorların köhnəlməsi və ya ötürmə mayesinin azlığı ilə bağlı olur.
Avtomatik sürət qutuları və variatorlar isə adətən nasazlıq zamanı sürətlənmə zamanı sarsıntılar, sürüşmə (slip) və ya hərəkətə keçmədə gecikmə ilə siqnal verir".
Ekspert bildirib ki, ən narahatedici əlamət sürət dəyişərkən avtomobilin silkələnməsidir.
Strelbitski əlavə edib ki, sürət qutusu tərəfindən gələn istənilən qeyri-adi səslər sürücünü narahat etməlidir.
"Sürət yığdıqca artan uğultu, metal sürtünməsi və ya titrəyiş, neytral ötürmədə (xüsusən mexaniki qutularda) metal zərbə səsləri - bütün bunlar diyircəklərdə, dişli çarxlarda köhnəlmə və ya yağlamanın çatışmazlığından xəbər verir. Nasazlıq barədə vizual əlamət də, məsələn ötürmə mayesinin sızması ola bilər. Avtomobilin altında qırmızımtıl və ya qəhvəyi rəngdə ləkələrin görünməsi, eyni zamanda yağ səviyyəsinin tədricən aşağı düşməsi ciddi narahatlıq üçün əsasdır. Yağ çatışmazlığı tez bir zamanda detal aşınmasını artırır. İlk əlamətlər meydana çıxan kimi peşəkar servisdə yoxlama aparılması tövsiyə olunur. Təmirin gecikdirilməsi sürət qutusunun tam sıradan çıxmasına səbəb ola bilər".
Vadim Strelbitski qeyd edir ki, ötürmə mayesinin planlı şəkildə dəyişdirilməsi vacib şərtdir: avtomatik qutular hər 60-100 min km-dən bir, mexaniki qutular isə 80-120 min km-dən bir dəyişdirilməlidir: "Bundan əlavə, xüsusən qızmamış sürət qutusunda kəskin startlardan və həddindən artıq yükləmədən çəkinmək tövsiyə olunur", - deyə o bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 614 Tarix: 29 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Fars": ABŞ səhranın dərinliklərinə geri çəkilməyə məcbur qalıb
İran ordusu ABŞ və İsrailə qarşı 40 günlük müharibə zamanı Birləşmiş Ştatların regiondakı bazalarını atəşə tutub və nəticədə Amerika səhranın dərinliklərinə geri çəkilməyə məcbur olub. "Report" xəbər verir ki, bu barədə "Fars" agentliyində dərc olunan hesabatda bildirilib. "İranı
13:30 152 Bu şəxslər PENSİYA ALA BİLMƏYƏCƏKLƏR - Nazirlikdən XƏBƏRDARLIQ
Əmək müqaviləsi ilə çalışan işçilər əmək və gələcək pensiya hüquqlarına sahib olurlar. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qanunvericiliyə əsasən, işçi ilə işəgötürən arasında bağlanan əmək müqaviləsi əmək münasibətlərinin hüquqi əsasını təşkil edir. Əmək müqaviləsi il
00:18 451 Dəhşətli bir qış gəlir - Havalar...
"Həm payızda, həm də qışın əvvəlində dünyanın orta temperaturu normadan bir qədər yüksək olacaq". Bu sözləri Ölkə.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi Coğtafiya İnstititunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov bu il payız mövsümünü
00:22 686 Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 7 mini ötüb
Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 7 022-yə çatıb. "Report"un xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu barədə KDR hakimiyyəti məlumat yayıb. Qeyd olunur ki, mayın ortalarında "Bundibugyo" virusunun nadir ştammını
20:30 0 Tramp Çin avtomobillərinin ABŞ-də istehsalına münasibət bildirib
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Çin müəssisələrinin ölkə ərazisində avtomobil istehsalı zavodları inşa etməsinə qarşı olmadığını vurğulayıb. xəbər verir ki, bu barədə dövlət başçısı "Fox News" televiziyasına verdiyi müsahibə zamanı danışıb. "Əgər Çin bura gələrə
16:10 139 Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin 2-ci günü ilə bağlı icmal video
Sentyabrın 11-12-də Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfəri baş tutub. Səfərin ikinci gün
18:56 101 Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 45 nəfər ötən gün saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Poli
13:00 148 Filippində baş verən yanğın zamanı ölənlərin sayı 76-ya çatıb
Filippinin Palavan əyalətində "MV June Aster" bərəsinin göyərtəsində baş verən yanğın nəticəsində ölənlərin sayı 76 nəfərə çatıb. "Report" Filippin mediasına istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizəsinin məlumatında deyilir. Məlumata görə, 13 nəfər itkin düşüb. Hadisə yerind
10:00 162 NYT: Alimlər süni intellektlə bağlı narahatlıqları "həddindən artıq şişirdilmiş" hesab edirlər
Dünyanın bir sıra alimləri hesab edirlər ki, süni intellekt texnologiyasının gələcəkdə bəşəriyyəti məhv edəcəyi ilə bağlı narahatlıqlar "həddindən artıq şişirdilib". "Report" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti yazıb. Nəşr qeyd edib ki, texnologiy
17:20 125