Ukrayna təbii ehtiyatlar haqqında məlumatların məxfiliyini ləğv edir
Ukrayna sovet dövründən qalan kritik minerallar da daxil olmaqla müəyyən faydalı qazıntıların siyahısı ilə bağlı məxfiliyi ləğv edir.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Svetlana Qrinçuk "Hökumət və Biznes Forumu: Dialoqdan Tərəfdaşlığa" konfransında bildirib.
"Qrif ləğv olundu. Biz indi bütün bürokratik prosedurları tamamlayırıq ki, investorlarla və bizneslərlə maneə olmadan tam işləməyə davam edə bilək", - o söyləyib.
Qrinçuk qeyd edib ki, Avropa Yenidənqurma və İnkişaf Bankının köməyi ilə geoloji məlumatların rəqəmsallaşdırılması istiqamətində də fəal iş aparılır, çünki onun böyük bir hissəsi kağız formasındadır: "Hazırda biz bu layihəni genişləndirmək üçün DFC ilə əlavə danışıqlar aparırıq. Altı min geoloji hesabatı rəqəmsallaşdırmışıq. Bir həftə əvvəl ikinci mərhələ üzrə saziş imzalanıb və yaxın gələcəkdə geoloji məlumatı əks etdirən növbəti 60 min kitab rəqəmsallaşdırılacaq".
O, həmçinin xatırladıb ki, İqtisadiyyat Nazirliyi ilə birlikdə bu cür mineral ehtiyatların milli siyahıları Əhəmiyyətli Xammallar haqqında Avropa Aktı, ABŞ Müdafiə İstehsalı Aktı və Prezident Trampın Sərəncamında müəyyən edilmiş strateji və kritik xammal siyahıları əsasında formalaşdırılıb: "Biz həmçinin faydalı qazıntıların siyahılarını hazırlamışıq, onlar üzrə əməliyyatlar hərraclar və ya hasilatın pay bölgüsü sazişləri vasitəsilə həyata keçiriləcək. Mən, həqiqətən, ümid edirəm ki, yaxın iki həftə ərzində hökumətdən bu çox vacib sənədlərlə bağlı qərar alacağıq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 471 Tarix: 29 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMilli media dövlətçilik ənənələrinin və Azərbaycan həqiqətlərinin qoruyucusudur
Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin televiziya və radio işçilərinə ünvanladığı müraciət ölkəmizin informasiya tarixinin mühüm mərhələlərinə verilən yüksək qiymət olmaqla yanaşı, müasir dövrdə milli medianın qarşısında duran stratej
10:59 137 Qədəşovun kürəkəninə 11 il həbs - "Atland" müsadirə edildi
"Təbriz" MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsind
12:17 82 Qazaxıstanda yeni kəpənək növü aşkar edilib
Şərqi Qazaxıstandakı Arkalık dağlarında elmə əvvəllər məlum olmayan gecə kəpənəyi növü aşkar edilib. "Report" xəbər verir ki, bu barədə Şimali Qazaxıstan Universitetinə istinadən ölkənin mediası məlumat yayıb. Kəpənəyə tanınmış Qazaxıstan tarixçisi, akademik və tədqiqatçı Manaş Kozıbayevi
15.11.2026 294 Macarıstanın Baş naziri şantaj və məişət zorakılığında ittiham olunub
Macarıstanın keçmiş ədliyyə naziri Yudit Varqanın keçmiş həyat yoldaşı, Baş nazir Peter Madyarın təhdidləri ilə bağlı ifadəsindən sonra ona qarşı şantaj və məişət zorakılığı şübhəsi ilə iki cinayət ərizəsi verilib. "Report" xəbər verir ki, bu barədə "Magyar Nemzet" nəşri məlumat yayıb
15.11.2026 259 Ağstafada sursatın partlaması nəticəsində həlak olan şəxsin fotosu
Ağstafada sursatın partlaması nəticəsində 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov həlak olub. sözügedən şəxsin fotosunu əldə edib:
15.11.2026 289 Artıq azad Ağdamda Şəhər Günü keçirilir
Noyabrın 20-də Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin 6-cı ili tamam olur. Ağdam rayonu Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanat
10:50 139 Strateji tərəfdaşlıq bəyannaməsində müdafiə və təhlükəsizlik məsələləri - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Prezident İlham Əliyevin Türkiyəyə və Avropaya səfərləri Azərbaycanın beynəlxalq mövqeyi və strateji tərəfdaşlıqları baxımından hansı mesajları verdi?. COP31 çərçivəsində iqlim öhdəliklərinin icrası, qlobal istiləşmə və inkişa
15.11.2026 248 "Empire State Building"ə qalxan cütlüyün işi ağırlaşdı
ABŞ prokurorluğu Nyu-Yorkdakı "Empire State Building" göydələninə dırmaşan rusiyalı ruferlər İvan Kuznetsov və Ancelina Nikolau ilə bağlı ittiham razılaşmasından imtina edib. Axşam.az xəbər verir ki, bu barədə onların vəkili Noem Biel TASS-a açıqlamasında bildirib. Vəkilin sözlərinə görə, prokurorlu
15.11.2026 265 Aleks Qrimaldo xəstəlik səbəbindən İspaniya millisindən ayrılıb
"Atletiko"nun müdafiəçisi Aleks Qrimaldo səhhətində yaranan problemə görə İspaniya yığmasının düşərgəsini tərk edib. "Report" xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb. 31 yaşlı futbolçunun hərarəti yüksəldiyi üçün o, Millətlə
15.11.2026 285