Ölkənin enerji siyasətində yeni mərhələnin başlanğıcı

Ölkənin enerji siyasətində yeni mərhələnin başlanğıcı2025-ci il iyunun 24-də Azərbaycanın enerji sektorunda mühüm və əhəmiyyətli hadisə baş vermişdir. Həmin gün Prezident İlham Əliyevin və bir sıra xarici şirkət rəhbərlərinin iştirakı ilə Mingəçevir şəhərində "8 Noyabr" Elektrik Stansiyasının açılışı keçirilib.
Ümumi gücü 1880 MVt olan bu stansiya Azərbaycanın müstəqillik dövründə inşa edilən ən iri elektrik enerjisi istehsal müəssisəsi kimi ölkənin enerji tarixində xüsusi yer tutur. Bu layihənin strateji əhəmiyyəti ondan ibarətdir ki, bu stansiya təkcə ölkənin daxili enerji tələbatının ödənilməsində deyil, həm də ixrac potensialının artırılmasında mühüm rol oynayacaq.
Mingəçevir şəhəri İkinci dünya müharibəsindən sonra yaradılan gənc sənaye şəhəridir. 1945-ci ildə Mingəçevirdə, Kür çayı üzərində Su Elektrik Stansiyasının inşası başlanılır və bu stansiya 1954-cü ildə işə salınır. Sonradan burada su tutumu 16 milyard 300 milyon kubmetr olan Mingəçevir su anbarı istifadəyə verilir. Bundan başqa Mingəçevirdə Cənibi Qafqazın ən böyük istilik elektrik stansiyası fəaliyyət göstərir. 8 bloklu bu Stansiyanın ümumi gücü 2400 meqavatdır. Beləliklə, "Nur şəhəri" adlandırılan Mingəçevir ölkənin əsas enerji mərkəzinə çevrilir.
İyunun 24-də Mingəçevirdə "8 Noyabr" Elektrik Stansiyası istifadəyə verildi. Prezident İlham Əliyevin 2022-ci ildə imzaladığı Sərəncama əsasən inşasına başlanan bu layihə rekord sayılacaq müddətdə - cəmi iki il ərzində uğurla başa çatdırılıb. Layihənin hazırlanması və icrasında Azərbaycanın mühəndisləri əsas rol oynayıb və texniki həllər dünya təcrübəsi ilə uzlaşdırılaraq, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə həyata keçirilib.
"8 Noyabr" Elektrik Stansiyasının açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev deyib ki, "8 Noyabr" Elektrik Stansiyasının açılışı çox gözəl hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək. Dövlətimizin başçısı qeyd edib: "Ümumilikdə bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir. Bu gün 8 Noyabr elektrik stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır".
Bu stansiyada tətbiq olunan ən son texnoloji həllər və dünyanın aparıcı enerji istehsalı avadanlıqları sayəsində yanacaq sərfiyyatı əhəmiyyətli dərəcədə azaldılıb, faydalı iş əmsalı artırılıb və ətraf mühitə təsir minimuma endirilib. Bu baxımdan "8 Noyabr" Elektrik Stansiyası həm ekoloji, həm də iqtisadi səmərəliliyi ilə seçilən nümunəvi enerji layihəsi hesab olunur və ölkənin enerji siyasətində yeni mərhələnin başlanğıcını simvolizə edir.
Bildirilib ki, "8 Noyabr" elektrik stansiyası ölkənin enerji potensialını təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi statusunu daha da gücləndirəcək. Hazırda Mingəçevirdə elektrik enerjimizin 40 faizdən çoxunun istehsal olunduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib ki, görülmüş bütün bu işlər bir daha Azərbaycanın doğru yolda olduğunu göstərir.
Stansiyanın tikintisində İtaliyanın "Ansaldo Energia" və Çinin "Dongfang" şirkətləri ilə yanaşı, yerli ixtisaslaşmış BCC Group da iştirak edib ki, bu da Azərbaycanın enerji sektorunda milli kadr potensialının və sənaye imkanlarının sürətlə inkişaf etdiyini təsdiqləyən əhəmiyyətli göstəricidir. Mərasimdəki çıxışında ölkə başçısı həm İtaliya, həm də Çinin Azərbaycanın strateji tərəfdaşları olduğunu bildirib. İtaliya və Çinlə strateji tərəfdaşlıq haqqında bəyannamələrin imzalandığını deyən dövlətimizin başçısı vurğulayıb ki, onun həmin ölkələrə çoxsaylı səfərləri nəticəsində bir çox istiqamətlər üzrə çox gözəl nəticələr əldə edilmişdir. İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğunu söyləyən Prezident İlham Əliyev Çinin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdə olduğunu diqqətə çatdırıb.
Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır və təsadüfi deyil ki, Avropa İttifaqı Azərbaycanı etibarlı tərəfdaş və pan-Avropa qaz təchizatçısı adlandırır. Hazırda Azərbaycan qazının kəmərlər vasitəsilə 12 ölkəyə ixrac edildiyini diqqətə çatdıran dövlətimizin başçısı bildirib: "Məhz bu göstəriciyə, qaz təchizatımızın coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir. Əlbəttə ki, bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir".
Bu gün Azərbaycan enerji siyasətində yeni mərhələyə qədəm qoyur. Bərpaolunan enerji layihələri ilə yanaşı, "8 Noyabr" kimi müasir və səmərəli stansiyalar enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, enerji ixrac imkanlarının genişləndirilməsinə, ətraf mühitin mühafizəsinə və regionda iqtisadi əməkdaşlığın güclənməsinə xidmət edir. Beləliklə, ölkəmizin enerji siyasəti təkcə iqtisadi inkişaf deyil, həm də qlobal enerji keçidinə və regional sabitliyə töhfə verən strateji model kimi nümunə göstərilir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ölkənin enerji siyasətində yeni mərhələnin başlanğıcı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 653   Tarix: 24 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Reform UK"ə rekord məbləğdə ianə edilib

Sağ populist Böyük Britaniya partiyası "Reform UK", BitMEX kriptovalyuta platformasının həmtəsisçisi Ben Delodan 36 milyon funt (təxminən 48,7 milyon dollar) məbləğində ianə alıb. "Report" Britaniya mediasına istinadən xəbər verir ki, bu, Birləşmiş Krallığın siyasi partiyasına edilə

15:20 126
.

Səudiyyə Ərəbistanına dron hücumuna görə İraqda hərbi komandir işdən çıxarılıb

İraq ərazisindən Səudiyyə Ərəbistanındakı obyektlərə edilən hücumlardan sonra İraqın Meysan əyalətindəki əməliyyatlar komandanı vəzifəsindən kənarlaşdırılıb. "Report" xəbər verir ki, bu barədə İraq Baş nazirinin Əli əl-Zaidinin ofisi məlumat yayıb. Qərar yuxarıda qeyd olunan insidentdən sonr

16:20 113
.

Maaş, pensiya və sosial ödənişlərlə bağlı YENİ XƏBƏR

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. -a danışan iqtisadçı Xalid Kərimli deyib ki, büdcəyə yenidən baxılması ilə bağlı hər hansı qadağa yoxdur:. "Hökumə

00:07 433
.

Əlaqələrin qurulmasından bir il sonra: Pakistan Ermənistana səfir göndərdi

Diplomatik əlaqələrin yaranmasından bir il keçdikdən sonra Pakistan Ermənistana özünün ilk səfirini təyin edib. -ın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, diplomatik nümayəndəliyin rəhbəri Şövkət Əli Xan prezident Vaaqn Xaçaturyan tərəfindən qəbul edilib və səfir etimadnaməsini dövlə

12.09.2026 368
.

Gürcüstanın keçmiş dövlət naziri həbs edildi

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə keçmiş dövlət naziri, vətənə xəyanətdə təqsirləndirilən Georgi Baramidze barəsində həbs qətimkan tədbiri seçib. xəbər verir ki, bu barədə "İnterpressnews" agentliyi məlumat yayıb. Hüquq-mühafiz

14:00 136
.

Bəzi mağazalar niyə QR-kodla ödənişdən imtina edir? "Biz "m10"la ödəniş götürmürük" - VİDEO

Bakıda bəzi mağaza və ticarət obyektlərində "m10" tətbiqi üzərindən QR-kod vasitəsilə ödənişlərin qəbul edilmədiyi bildirilir. Baku TV məsələni yerində araşdırmaq üçün paytaxtdakı iri ticarət mərkəzlərindən birində müşahidə aparıb. Təxminən səkkiz geyim mağazasına müraciət edilərək "m10"

10:45 164
.

İstanbulda Pərakəndə Şousu, Ərzurumda Dolanışıq Mübarizəsi! İstanbulda Pərakəndə Zirvəsi Var, Ərzurumda Dolanışıq Dərdi!

İstanbulda pərakəndə satışın gələcəyi müzakirə edilərkən Ərzurumda və Şərqi Anadoluda istehsalçı, sahibkar və istehlakçı eyni sualı verir: Bu zirvənin bizə nə faydası var?. BİG.AZ xəbər verir ki, İstanbulda yenə böyük bir zirvə keçirildi. Pərakəndə sektorunun nümayəndələri bir araya gəldi. İqtisadiyyatda

16:44 101
.

Metroda gediş haqqı artırılacaq? - RƏSMİ AÇIQLAMA

Avqustun 15-dən etibarən "Bakı Metropoliteni"nin "yaşıl" və "qırmızı" xətlərinin ayrılması ilə bağlı işlərə başlanılmasından sonra bir sıra stansiyalara gediş məhdudlaşdırılıb. İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bəzi metro stansiyalarında tətbiq edilən məhdudiyyətlə

00:24 436
.

Britaniya siyasi tarixində ianə rekordu - Sahibkardan partiyaya görünməmiş dəstək

Birləşmiş Krallığın "Reform UK" partiyası ölkənin siyasi tarixinə ən irihəcmli ianə kimi düşəcək 36 milyon funt sterlinq məbləğində maliyyə dəstəyi əldə edəcək. -ın məlumatına görə, bunu "The Telegraph" qəzeti dərc edib. Nəşrin xəbərinə əsasən, "Brexit" hərəkatının rəhbərlərində

15:10 115
.