Alimlər izah etdi: Biz niyə xoşbəxtlikdən ağlayırıq?

Alimlər izah etdi: Biz niyə xoşbəxtlikdən ağlayırıq?Britaniyanın Bristol Universitetindən olan neyrobioloqlar sevinc, kədər və digər güclü hisslər zamanı yaranan göz yaşlarının səbəbini araşdıraraq, insan beyninin emosional yüklənməni bu yolla tənzimlədiyini müəyyən ediblər.

Qaynarinfo xəbər verir ki, "The Conversation" platformasında dərc olunan araşdırmaya əsasən, ağlama beynin "emal gücünü aşan" duyğulara verdiyi bir cavabdır.

Göz yaşları - bu, beynin, xüsusilə limbik sistemin, emosiya ilə yükləndiyi zaman verdiyi bioloji reaksiyadır. Emosional reaksiyalara cavabdeh olan amigdala, hipotalamus və ön singulat girus (ACC) birgə işləyərək göz yaşının ifrazını başladır. Alimlərin sözlərinə görə, göz yaşları beynin "Artıq bunu emal edə bilmirəm" demə üsuludur.

Sevinc və ya kədər pik həddə çatanda, bədən "fövqəladə boşaltma klapını" olan ağlama refleksini işə salır. Bu zaman parasimpatik sinir sistemi aktivləşir, ürək döyüntüsü yavaşıyır və bədən tarazlıq vəziyyətinə qayıdır.

Araşdırmalar göstərir ki, "xoşbəxtlikdən ağlama" çox zaman təkcə sevinclə bağlı olmur. Bu göz yaşları tez-tez qürur, nostalgiya, rahatlıq və bəzən hətta incə kədərin qarışımından yaranır. Məsələn, valideynin övladının məzuniyyət mərasimində hiss etdiyi sevinc və keçmişə həsrət bir araya gələrək güclü emosional reaksiya doğura bilər.

Beynin yaddaşla əlaqəli hissəsi olan hipokamp bu emosiyaları gücləndirir - keçmiş çətinlikləri və itkiləri yaddaşa qaytararaq indiki hisslərə əlavə dərinlik qatır. Məhz buna görə təsiredici anlarda insanın boğazında "düyün" yaranır - beyin bu anı keçmiş emosional təcrübələrlə əlaqələndirir.

Alimlər vurğulayıb ki, göz yaşlarını saxlaya bilməmək təkcə bioloji deyil, həm də sosial alət kimi formalaşıb. İnsanın ağlaması ətrafdakılarda empatiya oyadır və bu da sosial əlaqələri gücləndirir. Tədqiqatlar göstərir ki, insanlar səbəbi nə olursa olsun, ağlayan birinə daha çox yardım göstərməyə meyillidirlər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 784   Tarix: 24 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident İlham Əliyevin müraciəti milli medianın qarşısında duran strateji vəzifələri bir daha müəyyənləşdirir

Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin televiziya və radio işçilərinə ünvanladığı müraciət milli informasiya məkanının keçdiyi inkişaf yoluna verilən yüksək qiymət olmaqla yanaşı, müasir dövrdə medianın dövlətçilik, milli kimlik v

11:20 127
.

Maksim Qalkin Bakıda toyda - Foto

Rusiyalı şoumen Maksim Qalkin Bakıda toy məclisinə qatılıb. Axşam.az xəbər verir ki, onun Bakıdan fotosunu aparıcı Leyla Quliyeva paylaşıb. Leylanın məclislərdən birində lentə aldığı görüntüdə Əməkdar artist Abbas Bağırov da yer alıb. Aparıcı paylaşımında "Çətin gün idi. Hərtərəfli çətin idi. Amm

11:36 157
.

Ağdamın əvvəlki şöhrəti bu rayona qaytarılır

Ağdam rayonunun işğaldan azad olunması 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatın nəticəsidir: Bəyanatın şərtlərinə müvadiq olaraq Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı və bu olduqca böyük uğurdur və tarixi bi

11:35 152
.

Prezident İlham Əliyevin müraciəti milli teleradio məkanının gələcək inkişafı üçün mühüm çağırışdır

Azərbaycan Prezidenti İlham Əliyevin radio və televiziya sahəsi ilə bağlı müraciəti ölkəmizin informasiya siyasətinin prioritetlərini, milli medianın cəmiyyət və dövlət qarşısındakı məsuliyyətini bir daha gündəmə gətirir. Müasir dünyada informasiya yalnız xəbər ötürülməsi vasitəsi deyil, həm də dövlətləri

11:09 135
.

Məşhur aparıcı 15 il çalışdığı kanaldan getdi

Aparıcı Günel Qədimova uzun illərdir çalışdığı "Xəzər TV" ilə yollarını ayırıb. xəbər verir ki, o, bu barədə sosial şəbəkədə bildirib. Aparıcı iş yerindən öz razılığı ilə ayrıldığını qeyd edib:. "Bu gün 15 ilə yaxındır bir parçası olduğum Xəzər TV-dən öz istəyimlə ayrıldım. Bura məni

11:42 145
.

Qara dənizdə üç gəmi vuruldu, iki "F-16" havaya qaldırıldı

Noyabrın 13-ü və 14-də Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. "Digi24"ə istinadən xəbər verir ki, nəticədə Ukraynaya doğru hərəkət edən yük gəmisinə ziyan dəyib, digər iki gəmidə isə yanğın baş verib. Rumıniyanı

15.11.2026 261
.

Hökumət üzvləri parlamentdədir

Milli Məclisin növbəti plenar iclası keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, parlamentdə növbəti ilin büdcə zərfi müzakirə ediləcək. İclasda Baş nazir Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Sahil Babayev və hökumət üzvləri iştirak edirlər

10:59 149
.

Böyük Qələbə tarixi ədaləti bərpa etdi

1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal etmişdir. İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayonlardan biri sayılırdı. Ermənistan Silahlı Qüvvələri 2020-ci il sentyabrın 27-də yenidən Azərbaycana qarş

11:50 121
.

Milli media dövlətçilik ənənələrinin və Azərbaycan həqiqətlərinin qoruyucusudur

Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin televiziya və radio işçilərinə ünvanladığı müraciət ölkəmizin informasiya tarixinin mühüm mərhələlərinə verilən yüksək qiymət olmaqla yanaşı, müasir dövrdə milli medianın qarşısında duran stratej

10:59 138
.