"İranın Qətərdəki ABŞ bazasını vurması İsraildə sülhə səbəb olmayıb" - Turan Rzayev

"İranın Qətərdəki ABŞ bazasını vurması İsraildə sülhə səbəb olmayıb" - Turan Rzayevİran Qətərdəki ABŞ bazalarına 6 raket atıb. Daha sonra İran və İsrail arasında atəşkəs rejimi qüvvəyə minib.

Politoloq Turan Rzayev BiG.AZ-a bildirib ki, İranın Qətərdəki ABŞ bazasını vurması İsraildə sülhə səbəb olmayıb. Bu, yalnız regional gərginliyin yeni bir mərhələyə keçdiyini göstərən hadisədir. Sülh üçün raketlər yox, razılaşmalar və danışıqlar lazımdır:

"İsrail tərəfi artıq İranla atəşkəsin əldə olunduğunu elan edib. İsrail Baş nazirinin ofisi bəyanat yayıb. Bildirilib ki, əməliyyat məqsədlərinə nail olduqdan sonra ABŞ Prezidenti Donald Trampla tam koordinasiya əsasında İranla ikitərəfli atəşkəsə razılaşıb.
Bu atəşkəsin İranın Qətərdəki ABŞ bazasını vurması, fonunda baş verməsi diqqət çəkir. Təbii ki, atəşkəsin birdən birə baş verməsi İranın hücumları fonunda baş verdiyi ehtimalını aktuallaşdırır. Müəyyən mənada bu belədir. İran daha çox ABŞ-a mesaj vermək, gücünü göstərmək daxili ictimaiyyətdə güc nümayiş etdirmək üçün belə bir addım atdı. Müəyyən mənada effektiv də oldu.
Lakin yenə İsrail üçün "sülh" anlayışı bu gün daha çox onun regional təhlükəsizliyini təmin etmək və İranın nüvə proqramını tam dayandırmaqdır. İranın hücumu və bunun fonunda atəşkəsin əldə olunması uğur kimi görünə bilər lakin digər tərəfdən İsrailin təhlükəsizlik narahatlıqlarını da artımış ola bilər. Hərbi gərginliyin artması sülhə aparan yol deyil, əksinə, müdafiə planlarının sərtləşdirilməsinə səbəb olur. Təsadüfi deyil ki, B. Netanyahu "İsrail atəşkəsin istənilən pozulmasına güclə cavab verəcək" deyib.
Ona görə bu vəziyyət "İsrail sülhə gəldi" deyə qiymətləndirilə bilməz. İsrailin sülhə gəlməsi üçün İranla birbaşa və ya dolayı danışıqların başlaması lazımdır. Bu və digər şərtlər hələ tam formalaşmayıb.
Yəni nəticə etibarilə, İranın Qətərdəki ABŞ bazasını vurması İsraildə sülhə səbəb olmayıb. Bu, yalnız regional gərginliyin yeni bir mərhələyə keçdiyini göstərən hadisədir. Sülh üçün raketlər yox, razılaşmalar və danışıqlar lazımdır. Roketlər əsasında əldə edilən sülh olsa olsa daha ciddi qarşıdurmaya hazırlıq ola bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 591   Tarix: 24 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Reform UK"ə rekord məbləğdə ianə edilib

Sağ populist Böyük Britaniya partiyası "Reform UK", BitMEX kriptovalyuta platformasının həmtəsisçisi Ben Delodan 36 milyon funt (təxminən 48,7 milyon dollar) məbləğində ianə alıb. "Report" Britaniya mediasına istinadən xəbər verir ki, bu, Birləşmiş Krallığın siyasi partiyasına edilə

15:20 126
.

Səudiyyə Ərəbistanına dron hücumuna görə İraqda hərbi komandir işdən çıxarılıb

İraq ərazisindən Səudiyyə Ərəbistanındakı obyektlərə edilən hücumlardan sonra İraqın Meysan əyalətindəki əməliyyatlar komandanı vəzifəsindən kənarlaşdırılıb. "Report" xəbər verir ki, bu barədə İraq Baş nazirinin Əli əl-Zaidinin ofisi məlumat yayıb. Qərar yuxarıda qeyd olunan insidentdən sonr

16:20 113
.

Maaş, pensiya və sosial ödənişlərlə bağlı YENİ XƏBƏR

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. -a danışan iqtisadçı Xalid Kərimli deyib ki, büdcəyə yenidən baxılması ilə bağlı hər hansı qadağa yoxdur:. "Hökumə

00:07 433
.

Əlaqələrin qurulmasından bir il sonra: Pakistan Ermənistana səfir göndərdi

Diplomatik əlaqələrin yaranmasından bir il keçdikdən sonra Pakistan Ermənistana özünün ilk səfirini təyin edib. -ın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, diplomatik nümayəndəliyin rəhbəri Şövkət Əli Xan prezident Vaaqn Xaçaturyan tərəfindən qəbul edilib və səfir etimadnaməsini dövlə

12.09.2026 368
.

Gürcüstanın keçmiş dövlət naziri həbs edildi

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə keçmiş dövlət naziri, vətənə xəyanətdə təqsirləndirilən Georgi Baramidze barəsində həbs qətimkan tədbiri seçib. xəbər verir ki, bu barədə "İnterpressnews" agentliyi məlumat yayıb. Hüquq-mühafiz

14:00 136
.

Bəzi mağazalar niyə QR-kodla ödənişdən imtina edir? "Biz "m10"la ödəniş götürmürük" - VİDEO

Bakıda bəzi mağaza və ticarət obyektlərində "m10" tətbiqi üzərindən QR-kod vasitəsilə ödənişlərin qəbul edilmədiyi bildirilir. Baku TV məsələni yerində araşdırmaq üçün paytaxtdakı iri ticarət mərkəzlərindən birində müşahidə aparıb. Təxminən səkkiz geyim mağazasına müraciət edilərək "m10"

10:45 164
.

İstanbulda Pərakəndə Şousu, Ərzurumda Dolanışıq Mübarizəsi! İstanbulda Pərakəndə Zirvəsi Var, Ərzurumda Dolanışıq Dərdi!

İstanbulda pərakəndə satışın gələcəyi müzakirə edilərkən Ərzurumda və Şərqi Anadoluda istehsalçı, sahibkar və istehlakçı eyni sualı verir: Bu zirvənin bizə nə faydası var?. BİG.AZ xəbər verir ki, İstanbulda yenə böyük bir zirvə keçirildi. Pərakəndə sektorunun nümayəndələri bir araya gəldi. İqtisadiyyatda

16:44 101
.

Metroda gediş haqqı artırılacaq? - RƏSMİ AÇIQLAMA

Avqustun 15-dən etibarən "Bakı Metropoliteni"nin "yaşıl" və "qırmızı" xətlərinin ayrılması ilə bağlı işlərə başlanılmasından sonra bir sıra stansiyalara gediş məhdudlaşdırılıb. İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bəzi metro stansiyalarında tətbiq edilən məhdudiyyətlə

00:24 436
.

Britaniya siyasi tarixində ianə rekordu - Sahibkardan partiyaya görünməmiş dəstək

Birləşmiş Krallığın "Reform UK" partiyası ölkənin siyasi tarixinə ən irihəcmli ianə kimi düşəcək 36 milyon funt sterlinq məbləğində maliyyə dəstəyi əldə edəcək. -ın məlumatına görə, bunu "The Telegraph" qəzeti dərc edib. Nəşrin xəbərinə əsasən, "Brexit" hərəkatının rəhbərlərində

15:10 115
.