Qətərdən İranın hücumu ilə bağlı - İlk açıqlama

Qətərdən İranın hücumu ilə bağlı - İlk açıqlamaQətər İranın bu ölkədəki ABŞ-nin hərbi bazalarına raket hücumu etməsinə reaksiya verib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Qətər XİN-in rəsmisi Məcid Əl Ənsari bildirib:

"Qətər Dövləti İran İnqilabı Keşikçiləri Korpusu tərəfindən "Əl-Udeyd" Hava Bazasını hədəf alan hücumu qətiyyətlə pisləyir. Biz bunu Qətər Dövlətinin suverenliyinin, hava məkanının, beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin kobud şəkildə pozulması hesab edirik.

Biz təsdiq edirik ki, Qətər beynəlxalq hüquqa uyğun olaraq, bu həyasız təcavüzün təbiəti və miqyasına uyğun birbaşa cavab vermək hüququnu özündə saxlayır.

Biz əmin edirik ki, Qətərin hava hücumundan müdafiə qüvvələri hücumu uğurla dəf edib və İran raketlərini ələ keçirib. Hücumun şəraiti ilə bağlı ətraflı açıqlama daha sonra Müdafiə Nazirliyi tərəfindən veriləcək.

Biz həmçinin vurğulayırıq ki, bu cür gərginləşdirici hərbi əməliyyatların davam etdirilməsi regionda təhlükəsizlik və sabitliyə xələl gətirəcək, onu beynəlxalq sülh və təhlükəsizlik üçün fəlakətli nəticələrə səbəb ola biləcək vəziyyətlərə sürükləyəcək.

Biz bütün hərbi əməliyyatları dərhal dayandırmağa və danışıqlar masasına və dialoqa ciddi qayıtmağa çağırırıq.

Bundan əlavə, Qətər Dövləti İsrailin regionda eskalasiyasının təhlükələri barədə xəbərdarlıq edən ilk ölkələrdən biri olub. Biz ardıcıl olaraq diplomatik həll yollarının prioritetləşdirilməsinə çağırmışıq və mehriban qonşuluğun və gərginliyin qarşısının alınmasının vacibliyini vurğulamışıq.

Biz bir daha təsdiq edirik ki, dialoq mövcud böhranları aradan qaldırmağın və regionun təhlükəsizliyini və xalqının sülhünü təmin etməyin yeganə yoludur.

Bölgədəki gərginliyi nəzərə alaraq, müəyyən edilmiş təhlükəsizlik və qabaqlayıcı tədbirlərdən sonra baza daha əvvəl boşaldılmışdı. Bazadakı şəxsi heyətin, o cümlədən Qətər Silahlı Qüvvələrinin üzvləri, dost qüvvələr və digərlərinin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi addımlar atılıb. Hücum nəticəsində xəsarət alan və ya insan tələfatının olmadığını təsdiq edirik".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 915   Tarix: 23 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident İlham Əliyevin müraciəti milli medianın qarşısında duran strateji vəzifələri bir daha müəyyənləşdirir

Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin televiziya və radio işçilərinə ünvanladığı müraciət milli informasiya məkanının keçdiyi inkişaf yoluna verilən yüksək qiymət olmaqla yanaşı, müasir dövrdə medianın dövlətçilik, milli kimlik v

11:20 127
.

Maksim Qalkin Bakıda toyda - Foto

Rusiyalı şoumen Maksim Qalkin Bakıda toy məclisinə qatılıb. Axşam.az xəbər verir ki, onun Bakıdan fotosunu aparıcı Leyla Quliyeva paylaşıb. Leylanın məclislərdən birində lentə aldığı görüntüdə Əməkdar artist Abbas Bağırov da yer alıb. Aparıcı paylaşımında "Çətin gün idi. Hərtərəfli çətin idi. Amm

11:36 157
.

Ağdamın əvvəlki şöhrəti bu rayona qaytarılır

Ağdam rayonunun işğaldan azad olunması 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatın nəticəsidir: Bəyanatın şərtlərinə müvadiq olaraq Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı və bu olduqca böyük uğurdur və tarixi bi

11:35 152
.

Prezident İlham Əliyevin müraciəti milli teleradio məkanının gələcək inkişafı üçün mühüm çağırışdır

Azərbaycan Prezidenti İlham Əliyevin radio və televiziya sahəsi ilə bağlı müraciəti ölkəmizin informasiya siyasətinin prioritetlərini, milli medianın cəmiyyət və dövlət qarşısındakı məsuliyyətini bir daha gündəmə gətirir. Müasir dünyada informasiya yalnız xəbər ötürülməsi vasitəsi deyil, həm də dövlətləri

11:09 135
.

Məşhur aparıcı 15 il çalışdığı kanaldan getdi

Aparıcı Günel Qədimova uzun illərdir çalışdığı "Xəzər TV" ilə yollarını ayırıb. xəbər verir ki, o, bu barədə sosial şəbəkədə bildirib. Aparıcı iş yerindən öz razılığı ilə ayrıldığını qeyd edib:. "Bu gün 15 ilə yaxındır bir parçası olduğum Xəzər TV-dən öz istəyimlə ayrıldım. Bura məni

11:42 145
.

Qara dənizdə üç gəmi vuruldu, iki "F-16" havaya qaldırıldı

Noyabrın 13-ü və 14-də Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. "Digi24"ə istinadən xəbər verir ki, nəticədə Ukraynaya doğru hərəkət edən yük gəmisinə ziyan dəyib, digər iki gəmidə isə yanğın baş verib. Rumıniyanı

15.11.2026 261
.

Hökumət üzvləri parlamentdədir

Milli Məclisin növbəti plenar iclası keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, parlamentdə növbəti ilin büdcə zərfi müzakirə ediləcək. İclasda Baş nazir Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Sahil Babayev və hökumət üzvləri iştirak edirlər

10:59 149
.

Böyük Qələbə tarixi ədaləti bərpa etdi

1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal etmişdir. İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayonlardan biri sayılırdı. Ermənistan Silahlı Qüvvələri 2020-ci il sentyabrın 27-də yenidən Azərbaycana qarş

11:50 121
.

Milli media dövlətçilik ənənələrinin və Azərbaycan həqiqətlərinin qoruyucusudur

Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin televiziya və radio işçilərinə ünvanladığı müraciət ölkəmizin informasiya tarixinin mühüm mərhələlərinə verilən yüksək qiymət olmaqla yanaşı, müasir dövrdə milli medianın qarşısında duran stratej

10:59 138
.