"İran məhsullarının rəqabət apardığı bazarda qiymət artımı qaçılmaz olacaq" - İqtisadçı ekspert
İran-İsrail müharibəsi davam edir. Qonşu ölkədən idxal olunan mallara müharibə necə təsir edəcək.
İqtisadçı ekspert Xalid Kərimli BiG.AZ-a bildirib ki, müharibə İranla ticarət əlaqələrinə mənfi təsir göstərəcək və bu məhsulların ya gəlişi bahalaşacaq, ya gəlməyəcək və nəticə etibarilə İran məhsullarının rəqabət apardığı bazarda qiymət artımı qaçılmaz olacaq:
"2024-cü ildə Azərbaycan İrandan 180 milyon dollarlıq mal idxal edib və bu mallar əhalinin gündəlik istehlak məhsullarında xüsusi yer tutur. İdxalın strukturuna baxanda görürük ki, 180 milyon dolların təqribən 21-22 faizi heyvandarlıq, 13 faizi meyvə tərəvəz və 5 faizi isə ərzaq məhsullarıdır".
İrandan idxalın 40 faizdən çoxu birbaşa ərzaq və ərzaqla əlaqədar məhsullar təşkil edir:
Yerdə qalan hissə əhalinin xərcləmələrində mühüm yer alan məhsullara aiddir. Bundan başqa, sənayenin idxal etdiyi məhsullar da var ki, bu, dolayısı ilə sonradan uzunmüddətli əşyalar və məişət avadanlıqları bazarlarında, eyni zamanda yerli istehsalda istifadə olunan resursların mühüm hissələrini təşkil edir. İrandan gələn məhsulların bir xüsusiyyəti də var idi ki, İran qonşu ölkə olduğuna görə logistika xərcləri də az idi. Bu ölkədən gələn məhsullar digərləri ilə müqayisədə həm də ucuzluğu və əlverişli olması ilə seçilirdi. Çünki İran məhsulları adətən yüksək keyfiyyəti ilə yox, daha çox əlçatanlığı ilə digər rəqib məhsulları üstələyirdi.
Təbii ki, müharibə İranla ticarət əlaqələrinə mənfi təsir göstərəcək və bu məhsulların ya gəlişi bahalaşacaq, ya gəlməyəcək və nəticə etibarilə İran məhsullarının rəqabət apardığı bazarda qiymət artımı qaçılmaz olacaq. Çünki ucuz məhsulların piştaxtalardan çıxması, həm də digər məhsullara tələbatın artması qiymət artımını qaçılmaz edəcək.
İran üzərindən həmçinin logistik tranzit məqsədləri ilə istifadə olunurdu: "Bəndər Abbas limanı vasitəsilə biz Şərqdən gələn, xüsusən də Çindən gələn məhsulları daha əlverişli qiymətlə ölkəyə çatdıra bilirdik. Baxmayaraq ki, alternativ yollar var, dəmiryol daşımaçılığı var, Gürcüstan limanları vasitəsilə daşımaçılıq var, amma bunların hər birisi İran üzərindən daşımadan ən azı iki dəfə bahadır.
Bu baxımdan təkcə İrandan aldığımız mallar yox, həm də Şərqdən idxal etdiyimiz malların daşıma xərcində və onların gətirilmə xərcində artım olacaq və bu nəticə etibarilə yenə də qiymət bahalaşmasına gətirib çıxaracaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 782 Tarix: 23 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZelenski G20 sammitində Putinlə görüşməyi təklif edir
Ukrayna Prezidenti Volodimir Zelenski dekabrda Mayamidə keçirilməsi planlaşdırılan "Böyük İyirmilik" (G20) liderlərinin sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi təklif edir. "Report" xəbər verir ki, bu barədə Prezident Zelenski DW-yə müsahibəsində bildirib
12.09.2026 370 Bəşər Əsədin qohumu Livanda saxlanılıb: Dəməşq onun ekstradisiyasını istəyir
Suriya rəhbərliyi Livandakı məhkəmə orqanlarına müraciət edərək, sabiq prezident Bəşər Əsədin əmisi oğlunun övladı, hazırda həbsdə olan Süleyman Hilal Əsədin ekstradisiyasını tələb edib. -ın "L'Orient-Le Jour" nəşrinə istinadən verdiyi məlumatına görə, o, sentyabrın 11-də Bekaa vadisind
17:10 0 Azərbaycanın kürü istehsalı təcrübəsi Türkiyədə öyrənilir
Azərbaycanın kürü istehsalı təcrübəsi Türkiyədə öyrənilir. Bu barədə "Report"un Türkiyə bürosuna ölkənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nəzdindəki Kənd Təsərrüfatı Tədqiqatları və Siyasətləri Baş İdarəsinin (TAGEM) Trabzon şəhərində yerləşən Mərkəzi Balıqçılıq Tədqiqat İnstitutunu
12.09.2026 343 Maaş, pensiya və sosial ödənişlərlə bağlı YENİ XƏBƏR
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. -a danışan iqtisadçı Xalid Kərimli deyib ki, büdcəyə yenidən baxılması ilə bağlı hər hansı qadağa yoxdur:. "Hökumə
00:07 429 Rektor Hacımüftüoğlu Qlazqoda Atatürk Universitetinin qlobal vizyonunu gücləndirdi
Atatürk Universitetinin rektoru Prof. Dr. Ahmet Hacımüftüoğlu Qlazqoda keçirilən EAIE Konfransında universitetin beynəlmiləlləşmə vizyonunu dünyaya çatdırdı. BİG.AZ xəbər verir ki, Atatürk Universiteti Ərzurumdan dünyaya uzanan akademik yolçuluğunu beynəlxalq platformalarda gücləndirməyə davam edir
12.09.2026 580 Azərbaycanda YENİ QAYDA - Bu şəxslərə 300 MANAT VERİLƏCƏK
Pambıqda damcı suvarmadan istifadə edən fermerlərə əlavə dəstək veriləcək. xəbər verir ki, pambıq üzrə məhsul subsidiyası istifadə olunan suvarma texnologiyasına uyğun olaraq diferensiallaşdırılıb. Belə ki, ənənəvi suvarmada hər ton pambığa görə 200 manat, sprinkler və pivot suvarmada 215 manat, damc
00:32 498 "Fars": ABŞ səhranın dərinliklərinə geri çəkilməyə məcbur qalıb
İran ordusu ABŞ və İsrailə qarşı 40 günlük müharibə zamanı Birləşmiş Ştatların regiondakı bazalarını atəşə tutub və nəticədə Amerika səhranın dərinliklərinə geri çəkilməyə məcbur olub. "Report" xəbər verir ki, bu barədə "Fars" agentliyində dərc olunan hesabatda bildirilib. "İranı
13:30 132 Əlaqələrin qurulmasından bir il sonra: Pakistan Ermənistana səfir göndərdi
Diplomatik əlaqələrin yaranmasından bir il keçdikdən sonra Pakistan Ermənistana özünün ilk səfirini təyin edib. -ın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, diplomatik nümayəndəliyin rəhbəri Şövkət Əli Xan prezident Vaaqn Xaçaturyan tərəfindən qəbul edilib və səfir etimadnaməsini dövlə
12.09.2026 364 Tramp Çin avtomobillərinin ABŞ-də istehsalına münasibət bildirib
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Çin müəssisələrinin ölkə ərazisində avtomobil istehsalı zavodları inşa etməsinə qarşı olmadığını vurğulayıb. xəbər verir ki, bu barədə dövlət başçısı "Fox News" televiziyasına verdiyi müsahibə zamanı danışıb. "Əgər Çin bura gələrə
16:10 71