Hörmüz boğazının bağlanması qlobal enerji böhranı yarada bilər — Eldəniz Əmirovdan açıqlama
İran parlamenti Hörmüz boğazının bağlanması barədə qərar qəbul edib. Lakin yekun qərarı Ali Milli Təhlükəsizlik Şurası verməlidir. Bu bəyanat ABŞ-nin İrandakı üç nüvə obyektinə aviazərbələr endirməsindən az sonra səsləndirilib. Həmin zərbələr nəticəsində təsirə məruz qalan ərazilərdə infrastrukturun tamamilə məhv edildiyi bildirilir.
İsrail və İran arasında artan gərginlik, eləcə də enerji obyektlərinə hücumlar fonunda Hörmüz boğazının bağlanması təhlükəsi potensial ssenaridən real geosiyasi riskə çevrilib. Enerji bazarları və maliyyə institutları vəziyyəti yaxından izləyir, çünki hətta Hörmüzün qısamüddətli blokadası belə qlobal miqyasda enerji şokuna səbəb ola bilər.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirib ki, Hörmüz boğazının uzunmüddətli bağlanması praktiki olaraq mümkün deyil:
"Qaz satışının 20%-i, neft ticarətinin isə 19%-i məhz Hörmüz boğazı vasitəsilə həyata keçirilir. Qlobal ticarətin dövr etməsində də Hörmüz boğazının rolu böyükdür. İran boğazı bağlayarsa, bu, dünyanın bütün ölkələrinə qarşı mübarizə aparmaq demək olacaq. İranın bu bəyanatları əsasən daxili auditoriyaya hesablanıb. Amerika nüvə bazalarını vurmazdan əvvəl İran əsas resurslarını təhlükəsiz ərazilərə köçürdüyünü bəyan etdi. Hörmüz boğazının bağlanması ilə təhdidlər də məhz İranın məğlub olmadığını göstərmək məqsədi daşıyır", – deyə iqtisadçı bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 664 Tarix: 23 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZelenski G20 sammitində Putinlə görüşməyi təklif edir
Ukrayna Prezidenti Volodimir Zelenski dekabrda Mayamidə keçirilməsi planlaşdırılan "Böyük İyirmilik" (G20) liderlərinin sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi təklif edir. "Report" xəbər verir ki, bu barədə Prezident Zelenski DW-yə müsahibəsində bildirib
12.09.2026 370 Bəşər Əsədin qohumu Livanda saxlanılıb: Dəməşq onun ekstradisiyasını istəyir
Suriya rəhbərliyi Livandakı məhkəmə orqanlarına müraciət edərək, sabiq prezident Bəşər Əsədin əmisi oğlunun övladı, hazırda həbsdə olan Süleyman Hilal Əsədin ekstradisiyasını tələb edib. -ın "L'Orient-Le Jour" nəşrinə istinadən verdiyi məlumatına görə, o, sentyabrın 11-də Bekaa vadisind
17:10 0 Azərbaycanın kürü istehsalı təcrübəsi Türkiyədə öyrənilir
Azərbaycanın kürü istehsalı təcrübəsi Türkiyədə öyrənilir. Bu barədə "Report"un Türkiyə bürosuna ölkənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nəzdindəki Kənd Təsərrüfatı Tədqiqatları və Siyasətləri Baş İdarəsinin (TAGEM) Trabzon şəhərində yerləşən Mərkəzi Balıqçılıq Tədqiqat İnstitutunu
12.09.2026 343 Maaş, pensiya və sosial ödənişlərlə bağlı YENİ XƏBƏR
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. -a danışan iqtisadçı Xalid Kərimli deyib ki, büdcəyə yenidən baxılması ilə bağlı hər hansı qadağa yoxdur:. "Hökumə
00:07 429 Rektor Hacımüftüoğlu Qlazqoda Atatürk Universitetinin qlobal vizyonunu gücləndirdi
Atatürk Universitetinin rektoru Prof. Dr. Ahmet Hacımüftüoğlu Qlazqoda keçirilən EAIE Konfransında universitetin beynəlmiləlləşmə vizyonunu dünyaya çatdırdı. BİG.AZ xəbər verir ki, Atatürk Universiteti Ərzurumdan dünyaya uzanan akademik yolçuluğunu beynəlxalq platformalarda gücləndirməyə davam edir
12.09.2026 580 Azərbaycanda YENİ QAYDA - Bu şəxslərə 300 MANAT VERİLƏCƏK
Pambıqda damcı suvarmadan istifadə edən fermerlərə əlavə dəstək veriləcək. xəbər verir ki, pambıq üzrə məhsul subsidiyası istifadə olunan suvarma texnologiyasına uyğun olaraq diferensiallaşdırılıb. Belə ki, ənənəvi suvarmada hər ton pambığa görə 200 manat, sprinkler və pivot suvarmada 215 manat, damc
00:32 498 "Fars": ABŞ səhranın dərinliklərinə geri çəkilməyə məcbur qalıb
İran ordusu ABŞ və İsrailə qarşı 40 günlük müharibə zamanı Birləşmiş Ştatların regiondakı bazalarını atəşə tutub və nəticədə Amerika səhranın dərinliklərinə geri çəkilməyə məcbur olub. "Report" xəbər verir ki, bu barədə "Fars" agentliyində dərc olunan hesabatda bildirilib. "İranı
13:30 132 Əlaqələrin qurulmasından bir il sonra: Pakistan Ermənistana səfir göndərdi
Diplomatik əlaqələrin yaranmasından bir il keçdikdən sonra Pakistan Ermənistana özünün ilk səfirini təyin edib. -ın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, diplomatik nümayəndəliyin rəhbəri Şövkət Əli Xan prezident Vaaqn Xaçaturyan tərəfindən qəbul edilib və səfir etimadnaməsini dövlə
12.09.2026 364 Tramp Çin avtomobillərinin ABŞ-də istehsalına münasibət bildirib
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Çin müəssisələrinin ölkə ərazisində avtomobil istehsalı zavodları inşa etməsinə qarşı olmadığını vurğulayıb. xəbər verir ki, bu barədə dövlət başçısı "Fox News" televiziyasına verdiyi müsahibə zamanı danışıb. "Əgər Çin bura gələrə
16:10 71