Z nəslinin nümayəndələrini ofisdə işlətmək olmur, yataq otağı tələb edirlər - Araşdırma
ABŞ-da fəaliyyət göstərən onlayn CV hazırlama platforması olan "Resume.io" yeni nəslin iş yerindən gözləntilərini müəyyən edən araşdırma aparıb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb işəgötürənlərin Z nəslini ofislərə cəlb etməkdə çətinlik çəkməsidir.
Bir çox sektorlarda gənc işçi qüvvəsi itkisi var. Araşdırmaya görə, yaşı 28-dən aşağı olan hər 6 nəfərdən birinin ofisdən işləmək üçün əsas şərti iş yerində yataq otağının olmasıdır.
Onların 20% ofisdə stolüstü tennis kimi oyunların, 20%-isə iş yerlərinin ev heyvanları üçün əlverişli olmasını istəyir.
Gənc işçilərin 33%-i pulsuz qəlyanaltı və yemək gözləyir.
Hər üç nəfərdən biri həftədə yalnız 4 gün işləməyi qəbul edir.
25% şəxsi inkişafa diqqət yetirmək və ya səyahət edə bilmək üçün uzunmüddətli ödənişli məzuniyyətlərin müqavilədə müəyyən edilməsini istəyir.
Mütəxəssislər yeni nəslin iş və şəxsi həyat arasında tarazlığı nəzərə alan bir iş sistemi istədiklərini və şəxsi hüquqlarından daha çox kənar faydalara önəm verdiklərini bildirirlər. Onlar qeyd edirlər ki, şirkətlər gənc və istedadlı işçi qüvvəsi üçün "daimi iş" modelini dəyişdirərək bu dəyişikliyə uyğunlaşmalıdırlar.
Odur ki, Z nəslinin iş yerlərindən tələblərini təqdim edirik:
76% iş vaxtından artıq işləməyə görə əlavə ödəniş,
75% ödənişli xəstəlik məzuniyyəti,
73% əhatəli tibbi sığorta,
67% pensiya paketi,
59% kompleks stomatoloji paket,
53% göz sağlamlığı dəstəyi,
48% performansa əsaslanan bonuslar,
39% dəyişkən iş saatları,
37% pulsuz parkinq və ya nəqliyyat xərclərində endirim,
31% analıq məzuniyyəti və valideyn dəstəyi paketləri,
28% əlavə illik məzuniyyət,
28% erqonomik iş yerləri və daha yaxşı texnologiya,
27% rüblük əmək haqqının qiymətləndirilməsi və performansa əsasən düzəliş,
26% ofisdə rahat geyinmək.
Qeyd edək ki,1946–1964-cü illərdə doğulanlar beybi bumerlər, 1965-80-ci illər X nəsli, 1981-96 Y nəsli, 1997-2012-ci illər isə Z nəslidir.
Alfa nəsli isə 2013-cü ildən bu günə qədər doğulan uşaqlardır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 646 Tarix: 23 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBalidə bloqerlərə qadağa
İndoneziya hakimiyyəti adi turist vizaları ilə Balidə işləyən xarici influenserlər və kontent yaradıcıları üçün viza qaydalarını sərtləşdirib. "Qafqazinfo" "SmartTraveller" portalına istinadən xəbər verir ki, hökumət bloqerlər üçün təcili xəbərdarlıq yayımlayaraq, səfərdən əvvəl viz
08.07.2026 281 Kosmosda qədim Kainata açılan "pəncərə" aşkarlandı
Beynəlxalq astronomlar qrupu ən qədim kvazarlar arasından 31-ni aşkar edib və onlardan ikisi dərhal yeni rekord müəyyən edib: onlar Kainatın cəmi 670 milyon yaşı olanda işıq saçmağa başlayıblar. Bu, onları Kainatın öz müasir görkəmini almağa başladığı dövrün ən parlaq obyektlərinə çevirib, tədqiqat is
08.07.2026 217 Azərbaycanda qeyri-adi təbiət hadisəsi - VİDEO
Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində güclü qum burulğanı müşahidə olunub. təbiət hadisəsinin görüntülərini təqdim edir:
08.07.2026 326 Niyə soyuducunuza çoxlu maqnit asmamalısınız?
Soyuducunun üzərinə yapışdırılan maqnitlər uzun illərdir mətbəxin ayrılmaz hissəsinə çevrilib. Kimisi onları səyahətlərdən xatirə kimi gətirir, kimisi isə qeydləri, alış-veriş siyahısını və ya uşaqların rəsmlərini bərkitmək üçün istifadə edir. Lakin mütəxəssislər bildirirlər ki, həddindən artıq çox maqni
08.07.2026 245 Təyyarədə sərnişinlərin bilmədiyi gizli otaqlar - Orada kimlər yatır?
Uzunməsafəli aviareyslərdə sərnişinlər saatlarla narahat oturacaqlarda istirahət etməyə çalışarkən, təyyarənin sərnişinlərə görünməyən hissəsində ekipaj üçün xüsusi yataq bölmələri yerləşir. Bu gizli otaqların mövcudluğundan əksər sərnişinlərin xəbəri olmur. Bu barədə britaniyalı stüardessa Kris Meyco
08.07.2026 247 Sülh prosesinə kölgə salan qərar: Regionda yeni risklər
İsrailin nüfuzlu "Ynet" nəşrində "İsrail qırmızı xətti keçdi: "Erməni soyqırımı"nı tanımasından sonra Azərbaycanla böhran daha da dərinləşdi" başlıqlı məqalənin dərc olunması regionda yeni müzakirələrə səbəb olub. Məqalədə iki ölkə arasındakı münasibətlərdən məlumatlı olduğ
08.07.2026 302 Şuşadakı abidələrin korlanması - Qadağan edildi
"Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Qanuna dəyişiklik təsdiqlənib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Qanuna əsasən, Şuşa şəhərinin ərazisində yerləşən abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyət
08.07.2026 336 Sabah 35 dərəcə isti olacaq
Azərbaycanda iyulun 9-da 35 dərəcə isti olacaq. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı
08.07.2026 241 "Reuters": Tramp NATO liderləri ilə qapalı görüşlərdə ABŞ-ı ittifaqda saxlamaq istədiyini deyib
ABŞ prezidenti Donald Tramp Ankarada NATO ölkələrinin liderləri ilə görüşdə onlara ABŞ-ı hərbi blokda saxlamaq niyyətində olduğunu deyib. Bu barədə görüşlərdən məlumatlı mənbə "Reuters"ə danışıb. Mənbənin sözlərinə görə, Tramp qapalı görüşlərdə ABŞ-ın NATO-ya silah satmağa davam etməyə hazı
08.07.2026 220