Fransa Ukrayna ərazisində PUA istehsal edəcək

Fransa Ukrayna ərazisində PUA istehsal edəcəkFransa şirkətləri Ukrayna ərazisində PUA istehsalına başlayacaqlar.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Parisin "Le Monde" nəşri Fransanın müdafiə naziri Sebastyan Lekornyuya istinadən məlumat verib.

Nazirin sözlərinə görə, Fransanın aparıcı avtomobil istehsalçılarından biri (adını açıqlamayıb) ilə müdafiə sektorunda kiçik və ya orta ölçülü ixtisaslaşmış müəssisə arasında əməkdaşlıqdan söhbət gedir.

"Birgə səylər nəticəsində onlar Ukraynada dronların yığılacağı istehsal müəssisələri yaradacaqlar", - deyə Lekornyu bildirib.

Nazir layihəni "uğurlu tərəfdaşlıq" adlandırıb.

Sebastyan Lekornyu pilotsuz təyyarələrin növlərini və konkret təyinatını açıqlamayıb, lakin qeyd edib ki, məhsulların bir hissəsi Ukrayna hərbçilərinə veriləcək, qalanları isə Fransanın özündə istifadə üçün nəzərdə tutulub. Onun sözlərinə görə, Fransa hərbçiləri bu PUA-lardan Ukraynanın bu gün döyüşdüyü şəraitə mümkün qədər yaxın şərtlərdə təlimlər zamanı müntəzəm istifadə edə biləcəklər.

Sebastyan Lekornyu xüsusilə vurğulayıb ki, Ukrayna zavodlarında ukraynalı mütəxəssislər çalışacaqlar. Onun fikrincə, Ukrayna dronların hazırlanmasında və onlardan istifadəyə praktiki hazırlığında yüksək səviyyəli səriştə nümayiş etdirib.

"Ukraynalılar təkcə pilotsuz təyyarələrin layihələndirilməsində deyil, həm də onların əsasında müasir döyüş doktrinalarının hazırlanmasında bizdən üstündürlər", - deyə o vurğulayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 430   Tarix: 07 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda 5G texnologiyası üçün tezlik zolaqları müəyyənləşdiriləcək

Azərbaycanda 5G texnologiyasının tətbiqi ilə bağlı Lisenziya Müqaviləsinə müvafiq əlavələr hazırlanacaq. "APA-Economics"in əldə etdiyi məlumata görə, ölkədə 5G texnologiyası üçün tezlik zolaqları müəyyənləşdiriləcək. Eyni zamanda bu zolaqların digər xidmətlərdən boşaldılması və operatorlar

09.04.2026 176
.

"Qızımın öldüyü yanğında bu şirkətin də təqsiri müəyyən edilib"

Yasamalda 3 nəfərin ölümünə səbəb olan yanğında daha bir şirkətin təqsiri müəyyən edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə sözügedən faciədə həyatını itirən 7 yaşlı Arzu Qəmbərlinin atası, tanınmış vəkil Əli Qəmbərov məlumat yayıb. Vəkil qeyd edib ki, qızının ölümü ilə bağlı ekspertizanı

09.04.2026 465
.

Ali təhsildə ödənişlərin artımı yalnız keyfiyyət təminatı ilə mümkündür

"Ali təhsil müəssisələrində təhsil ödənişlərinin artırılması yalnız universitetin texniki imkanları və sistemi gücləndirilmiş olduqda mümkündür. Əgər əlavə müəllim və professor heyəti cəlb edilirsə və tələbələrə daha keyfiyyətli təhsil təqdim olunursa, təhsil haqqının artırılması əsaslı hesab olun

09.04.2026 302
.

Dəhşətli TƏYYARƏ QƏZASI baş verdi - Ölənlər var

Amerika Birləşmiş Ştatlarının Arizona ştatından gələn son dəqiqə xəbəri beynəlxalq medianın diqqət mərkəzinə çevrilib. Yerli hava limanlarından birinin ərazisində baş verən gözlənilməz və dəhşətli təyyarə qəzası iki nəfərin həyatına son qoyub. xəbər verir ki, hadisə günorta saatlarında, kiçikmühərrikl

09.04.2026 288
.

Atəşkəsə baxmayaraq qlobal böhran təhlükəsi qalır - İQTİSADÇIDAN AÇIQLAMA

ABŞ-İran arasında əldə olunan müvəqqəti atəşkəs qlobal bazarlarda ilk baxışdan rahatlama effekti yaradıb. Xüsusilə enerji bazarında kəskin reaksiya müşahidə olunub - "Brent" markalı neftin qiyməti bir neçə saat ərzində təxminən 13% ucuzlaşaraq 95 dollar ətrafına enib. Bununla belə, aparıc

09.04.2026 283
.

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüş ucuzlaşıb. xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.69% azalaraq 4,744 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.52% ucuzlaşaraq 74.24 ABŞ dolları təşkil edib

09.04.2026 214
.

Dəm qazından zəhərlənən iki uşaq ailədən alındı

Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaqdan ikisi müalicədən sonra ailədən alınaraq dövlət uşaq müəssisəsinə yerləşdirilib. xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov "Yeni Sabah"a bildirib. Onun sözlərinə görə, uşaqlar nəzarət altınd

09.04.2026 463
.

"Paylaşımlardan sonra aktyorlara 500 manat verdilər"

Xəbər verdiyimiz kimi, bir müddətdir Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəzi aktyorlar direktor, Xalq artisti Yusif Eyvazovdan şikayət ediblər. Axşam.az-ın məlumatına görə, Xalq artisti Əvəz Abdullayev işdən çıxarıldığını və kollektivin Oman səfəri zamanı heç kimə qonorar ödənilmədiyin

09.04.2026 345
.

22° isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacağı bildirilir. Havanı

09.04.2026 327
.

TOP MP3