Ukrayna 6000 hərbçinin cəsədinin qaytarılmasını təxirə saldı
Rusiya tərəfi Ukraynanın hərbi məhbusların dəyişdirilməsi və həlak olan əsgərlərin cəsədlərinin təhvil verilməsi üzrə humanitar aksiyanı qeyri-müəyyən müddətə təxirə saldığını bildirib.
Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski məlumat verib.
"Ukrayna tərəfi gözlənilmədən həm cəsədlərin qəbulunu, həm də hərbi məhbusların mübadiləsini qeyri-müəyyən vaxta təxirə saldı", - Medinski deyib.
Onun sözlərinə görə, iyunun 6-da Rusiya artıq irimiqyaslı humanitar aksiyanı həyata keçirməyə başlayıb, bu aksiya çərçivəsində altı mindən çox hərbçinin cəsədinin Ukraynaya təhvil verilməsi, həmçinin yaralıların, ağır xəstələrin və digər kateqoriyadan olan əsirlərin dəyişdirilməsi planlaşdırılırdı.
Medinski vurğulayıb ki, həlak olan 1212 Ukrayna əsgərinin cəsədi soyuducu yük maşınlarında planlaşdırılan mübadilə zonasına çatdırılıb, qalanları isə "yoldadır". Rusiya tərəfi, həmçinin Ukrayna nümayəndələrinə yaralılar, ağır xəstələr və gənclər kateqoriyaları üzrə 640 hərbi məhbusdan ibarət ilk siyahını verib və yaxın vaxtlarda mübadilə proseduruna başlamağı təklif edib.
"Rusiya Federasiyası Ukraynanı Ukrayna Silahlı Qüvvələrinin altı min əsgər və zabitinin cəsədlərini götürməyə çağırır ki, ailələri onları insani şəkildə dəfn edə bilsinlər", - deyə Medinski əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 447 Tarix: 07 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yanğında vəfat edən Könülün qızının vəziyyəti ağırdır
Yasamalda baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamovanın vəziyyəti ağırdır. Axşam.az xəbər verir ki, bu haqda mərhum Könülün anası video paylaşım edib. O bildirib ki, nəvəsi 5 aydır sağalmır və Türkiyəyə müalicəyə göndərilib: . "Qızı
09.04.2026 561 "Şirkətin mənə 2800 manat borcu var" - İşçilər niyə yeddi aydır maaş ala bilmirlər? - VİDEO
Gəncə şəhərində su və kanalizasiya xətlərinin yenilənməsi layihəsinə cəlb olunan bir qrup işçi maaşlarının ödənilməməsindən şikayətçidir. xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir. Şikayətçilərin bildirdiyinə görə, onlar layihənin podratçısı olan "Maqro Construction" şirkət
09.04.2026 323 "Qızımın öldüyü yanğında bu şirkətin də təqsiri müəyyən edilib"
Yasamalda 3 nəfərin ölümünə səbəb olan yanğında daha bir şirkətin təqsiri müəyyən edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə sözügedən faciədə həyatını itirən 7 yaşlı Arzu Qəmbərlinin atası, tanınmış vəkil Əli Qəmbərov məlumat yayıb. Vəkil qeyd edib ki, qızının ölümü ilə bağlı ekspertizanı
09.04.2026 465 Sevgini illərlə necə yaşatmaq olar? - Xoşbəxt cütlüklərin 3 "gizli" vərdişi
Amerikalı psixoloq Mark Trevers uzunmüddətli münasibətlərdə xoşbəxtliyi müəyyən edən üç vərdişi açıqlayıb. Qaynarinfo-nun məlumatına görə, o, "Forbes" üçün yazdığı məqalədə uzunmüddətli araşdırmalara istinad edərək bildirib ki, bəzi cütlüklər xoşbəxtliyi demək olar ki, hiss olunmadan, gündəli
09.04.2026 137 ABŞ-İran müharibəsi: qalib kimdir? - POLİTOLOQDAN AÇIQLAMA
ABŞ və İran arasında baş verən münaqişə bitdikdən sonra bir çox insan eyni sualı verir: kim qalib gəldi? Rəsmi açıqlamalar hər iki tərəfi "qalib" kimi göstərməyə çalışsa da, faktlar göstərir ki, vəziyyət daha mürəkkəbdir. Hər iki ölkə müəyyən hərbi üstünlüklər əldə etsə də, itkilərdən və diplomati
09.04.2026 391 İsrail Hizbullah terror təşkilatının liderinin köməkçisini öldürdüyünü iddia edir
İsrail cümə axşamı günü Livanın paytaxtı Beyruta endirdiyi intensiv hava hücumları nəticəsində Hizbullah terror təşkilatının lideri Naim Qasımın köməkçilərindən birini öldürdüyünü bildirib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, qətlə yetirilən şəxsin Kassemin katibi və qardaşı oğlu Əl
09.04.2026 312 Rusiya 1000, Ukrayna isə 41 cəsəd verdi
Rusiya Ukraynaya 100 əsgərin cəsədini, Ukrayna tərəfi isə 41 rus hərbçisinin cəsədini təhvil verib. xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Şamsail Saraliyev deyib
09.04.2026 219 Müasir uşaqların artan tələbləri: valideynlər çətin seçim qarşısında - PSİXOLOQDAN AÇIQLAMA
Son illərdə texnologiyanın və sosial şəbəkələrin təsiri ilə uşaqların istək və tələbləri əvvəlki nəsillərlə müqayisədə xeyli dəyişib. Artıq bir çox ailədə övladların valideynlərdən ən son model telefonlar - məsələn, iPhone 17 Pro Max - və ya bahalı brend geyimlər tələb etməsi adi hala çevrilib. Bu is
09.04.2026 431 "Paylaşımlardan sonra aktyorlara 500 manat verdilər"
Xəbər verdiyimiz kimi, bir müddətdir Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəzi aktyorlar direktor, Xalq artisti Yusif Eyvazovdan şikayət ediblər. Axşam.az-ın məlumatına görə, Xalq artisti Əvəz Abdullayev işdən çıxarıldığını və kollektivin Oman səfəri zamanı heç kimə qonorar ödənilmədiyin
09.04.2026 345