Elnur Soltanov: "Azərbaycan ən çox elektrik enerjisini Türkiyəyə ixrac edir"

Elnur Soltanov: "Azərbaycan ən çox elektrik enerjisini Türkiyəyə ixrac edir"Son illər Azərbaycanın ən çox elektrik enerjisi ixrac etdiyi ölkə Türkiyədir.

"Report" xəbər verir ki, bunu "Anadolu" agentliyinə açıqlamasında energetika nazirinin müavini Elnur Soltanov bildirib.

Onun sözlərinə görə, enerji Gürcüstan üzərindən ötürülür: "Əvvəlki illərdə Türkiyə üzərindən isə Avropa ölkələrinə az da olsa elektrik enerjisi ixrac olunub".

Nazir müavini qeyd edib ki, yaxın illərdə Azərbaycandan Türkiyəyə elektrik enerjisi Naxçıvan üzərindən ötürüləcək: "Həm Naxçıvanda, həm də Azərbaycanın əsas hissəsində istehsal edilən elektrik enerjisinin muxtar respublika üzərindən Türkiyəyə ixracı nəzərdə tutulur. Naxçıvan Azərbaycanın ən güclü günəş radiasiyasına malik bölgəsidir. Bölgənin külək enerjisi potensialı da yüksəkdir. Burada bərpaolunan enerji potensialı təxminən 6 GVt qiymətləndirilir. Bunun 1 GVt-ı Türkiyəyə ixrac edilə bilər".

E.Soltanov Cəbrayıl rayonunda tikilən 330 kVt-luq yarımstansiya barədə də danışıb: "Bu, Naxçıvanla Azərbaycanın əsas ərazisinin birləşməsində son halqadır. Bu xətt Zəngəzur Dəhlizi və yaxud Araz Dəhlizi vasitəsilə, yaxud hər iki marşrutla Naxçıvana birləşdiriləcək. Beləliklə, həm muxtar respublikanın enerji təhlükəsizliyi təmin olunacaq, həm də Naxçıvan üzərindən Türkiyəyə elektrik enerjisi ötürüləcək".

Bundan başqa, nazir müavininin sözlərinə görə, 2030-cu ilə qədər Azərbaycanda bərpaolunan enerjinin payı 35,5 %-ə yüksələcək: "Bərpaolunan enerji yatırımlarını artıran Azərbaycan təkcə daxili tələbatı qarşılamaqla kifayətlənməyərək, eyni zamanda elektrik enerjisi ixracını da genişləndirəcək. Layihələr çərçivəsində istehsal edilən enerji əsasən Avropaya çatdırılacaq. Bu kontekstdə Türkiyə həm Azərbaycanın elektrik enerjisini alan ölkə, həm də Avropa bazarlarına çıxış üçün tranzit ölkə kimi ön plana çıxacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 385   Tarix: 07 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həbsxana qalmaqalı: əməkdaş məhbusla əlaqəsini etiraf etdi

Böyük Britaniyada 27 yaşlı Belmarş Həbsxanasının əməkdaşı məhbusla qanunsuz münasibətdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Daily Star qəzeti məlumat yayıb. Məlumata görə, Bethany Dent-Reynolds məhbus Kieran Robinsonla bir neçə ay davam edən münasibətdə olduğunu etira

11:05 222
.

Bu ərazilərdə 13° şaxta olacaq

Dekabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən, məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq

12:52 209
.

Prokuror Vardanyanın ömürlük həbsini tələb etdi

Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 18-i davam etdirilib

13:58 169
.

"Hazırda "bomj" kimi bir həyat yaşayıram..."

"Evim, yəqin, bir gün, bəlkə də, yenidən sevdiyim bir adamın ürəyi olacaq. Bəlkə də. Bilmirəm". Axşam.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov -a müsahibəsində deyib. Xalq artisti Azərbaycandan köçüb getməsi fikrinin olub-olmamas

17:20 101
.

Natiq Fərzəliyev balaca boyluların teatrını yaratdı - Azərbaycanda ilk

Azərbaycanda yeni teatr yaradılıb. "Bakı Karlik" adlanan bu teatrda balaca boylu aktyorlar cəmləşib. Teatrın direktoru aktyor Natiq Fərzəliyevdir. Direktor Qaynarinfo-ya bildirib ki, teatrda ilk olaraq "Bir gecənin nağılı" adlı tamaşa nümayiş olunacaq. Tamaşa Xalq artisti Vidadi Həsənovu

16:35 135
.

Kral ailəsində növbəti addım: Endryu malikanəni tərk etməlidir

İngiltərə kralının kiçik qardaşı, keçmiş şahzadə Endryu Vindzor qəsri yaxınlığındakı malikanəsindən çıxarılacaq və Sandrinqemdə yerləşən kral mülkündəki bağ evinə köçməyə məcbur ediləcək. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Daily Mail qəzeti məlumat yayıb. Məlumata görə, Kral II Çarl

11:49 164
.

Evsiz qaldı, amma binanı tərk etmədi: Tayvanda diqqətçəkən olay

Tayvanda 71 yaşlı kişi evini itirdikdən sonra gizlicə yaşadığı mənzil kompleksinin zirzəmisində məskunlaşıb. xarici mediaya istinadən xəbər verir ki, bu barədə The Asia Business Daily qəzeti məlumat yayıb. Məlumata görə, yaşlı kişinin mənzili məhkəmə hərracında satılıb. Evinin əlindən çıxmasından sonr

11:36 185
.

Gənclər risk altındadır: elektron siqaretlərə qarşı sərt tədbirlər vacibdir

"Elektron siqaretlər mütləq şəkildə qadağan edilməlidir. Çünki bu məhsullar müxtəlif kimyəvi maddələrdən istifadə olunmaqla hazırlanır. Bu isə onların ənənəvi tütün siqaretlərindən daha zərərli olması ehtimalını artırır. Adi tütünün zərərli olduğu danılmazdır, lakin onun tərkibi məlumdur və bitk

15:19 148
.

"Barselona"nın futbolçusu arvadı ilə birlikdə öldürüldü

Ekvadorun "Barselona" klubunun müdafiəçisi Mario Pineyda silahlı hücum nəticəsində həlak olub. xarici KİV-ə istinadla bildirir ki, bu barədə Ekvador klubunun mətbuat xidməti məlumat yayıb. Açıqlamada deyilir: "Klub hücum nəticəsində oyunçumuz Mario Pineydanın ölümünü dərin təəssüf hiss

19:30 1
.

TOP MP3