"Talassemiya işi"nə görə təqsirli bilinən qadınlar apellyasiya şikayəti veriblər
Talassemiyalı uşaqların müalicəsinə ayrılmış pulları ələ keçirməkdə təqsirli bilinən qadınlar hökmdən apellyasiya şikayəti veriblər.
BiG.AZ bu barədə "Qafqazinfo"ya istinadən xəbər verir.
Həbs olunan qadınlardan ikisi - Aynur Bayramova və Aysel Məmmədova özlərini ümumiyyətlə təqsirli bilmirlər. Onlar hesab edirlər ki, verilmiş ittihamlara münasibətdə günahkar deyillər, amma birinci instansiya məhkəməsində işlərinə düzgün baxılmayıb. Hər ikisi bəraət qazanmasını istəyir.
Nuridə Seyidova isə digərlərindən fərqli olaraq, bəzi ittihamlarla razıdır. Amma ona təyin edilmiş 8 il 6 ay həbs cəzasını ağır hesab edir. O, yuxarı instansiyadan cəzasının yüngülləşdirilməsini istəyir.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Seyidova 8 il 6 ay, A.Bayramova 7 il 6 ay, A.Məmmədova 6 il 6 ay azadlıqdan məhrum ediliblər. Araşdırma dövründə tanınmış həkimlər də şahid qismində ifadə veriblər.
Bütün şikayətlər Bakı Apellyasiya Məhkəməsinə daxil olub. Yaxın zamanlarda yeni məhkəmə başlayacaq.
Qeyd edək ki, Nuridə Seyidova "Urmedhelp" və "My Doc Tour" adlı şirkətlərin sahibi, A.Bayramova ilə A.Məmmədova isə onun işçiləri olublar. Onlar talassemiyalı uşaqların əməliyyat xərclərinin qarşılanması məqsədilə ianə toplamaq öhdəliyi götürüblər, lakin toplanan vəsaitlərin çoxunu mənimsəyiblər. İş üzrə 36 nəfər zərərçəkmişə 1 milyon manata yaxın zərər dəyib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 539 Tarix: 07 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda qızıl kəskin bahalaşdı
Azərbaycanda 2026-cı il 11 sentyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızıl bazarında 1 unsiya qızılın qiyməti 7494.8155 manat, 1 qramının standart qiyməti isə 240.96 manat təşkil edir. Əyyarından və mənşəyindən asılı olaraq 1 qram qızılın qiyməti isə 9
11.09.2026 194 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər
Atom saatlarının göstərdiyi vaxtla Yerin fırlanması arasındakı kiçik fərqlər illərdir "artıq saniyə" adlanan düzəlişlərlə aradan qaldırılır. Lakin planetin son illərdə gözlənilmədən sürətlənməsi bu dəfə saata bir saniyə əlavə etmək əvəzinə bir saniyənin çıxarılmasını tələb edə biləcək yen
11.09.2026 134 50 min, 200 min, 500 min manat - Vergidən yayınmada cəzalar necə dəyişir?
"Vergilər Məcəlləsində vergi hesabatlarının və digər məlumatların təqdim edilməsi ilə bağlı hüquqpozmalara görə maliyyə sanksiyaları nəzərdə tutulub". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib. O, qeyd edib ki, qanunvericilikdə nəzərdə tutulmuş vergi hesabatlarını
11.09.2026 209 Şəfiqə Məmmədova Kinematoqrafçılar İttifaqının sədri seçildi
Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. Qaynarinfo-nun məlumatına görə, bu, barədə qərar ittifaqın bugünkü konfransında səsvermə nəticəsində qəbul edilib. Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının keçmiş sədri Xalq artisti Rasim Balayev olub
11.09.2026 176 Sabah 31 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var
11.09.2026 183 Böyük Qayıdışın ünvanı Qarabağ: Diplomatik korpus bölgədə - Ekspert ŞƏRHİ
Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi ilə diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfəri xüsusi əhəmiyyət daşıyır. Diplomatları
11.09.2026 187 "Oxumayım, YouTube-a video çəkim" - Bu düşüncə niyə təhlükəlidir?
"Yalnız "YouTube və sosial media ilə pul qazanım" düşüncəsi üzərində karyera qurmaq risklidir və bu model nadir hallarda dayanıqlı olur. Uğur mümkündür, amma bu yol çoxları üçün təsəvvür edildiyi qədər real deyil". Bunu BİG.AZ-a açıqlamasında İnformasiya Texnologiyaları üzrə Mühəndis-tədqiqatçı
11.09.2026 176 Azərbaycan-Türkiyə enerji tərəfdaşlığının yeni mərhələsi: Bakıdan verilən strateji mesaj
Azərbaycan və Türkiyə münasibətləri son illərdə yalnız siyasi və hərbi-strateji müttəfiqlik səviyyəsində deyil, həm də enerji, nəqliyyat və iqtisadi əməkdaşlığın bütün istiqamətlərində yeni mərhələyə daxil olub. Bu baxımdan Bakıda keçirilən Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu iki qardaş ölkənin enerj
11.09.2026 195 Park Bulvar"da yanğın təhlükəsi yaradan görüntülər: "Çağ Baku" restoranında nə baş verir?
Səbail rayonu, Neftçilər prospekti 42 ünvanında, Dənizkənarı Milli Park ərazisinə yaxın yerləşən "Park Bulvar"da fəaliyyət göstərən "Çağ Baku"Çağ Baku" restoranı ilə bağlı "Real Azərbaycan"a narahatedici məlumat daxil olub. Mənbənin iddiasına görə, restoranda gəncləri
11.09.2026 174