4 nəfərin öldüyü qəza ilə bağlı RƏSMİ AÇIQLAMA - Sürücü sərxoş imiş

4 nəfərin öldüyü qəza ilə bağlı RƏSMİ AÇIQLAMA - Sürücü sərxoş imişİyunun 5-də gecə saat 3 radələrində Qazax rayonu Əskipara kəndi ərazisində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər dünyasını dəyişib.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən xəbərə görə, ilkin araşdırmalara əsasən müəyyən edilib ki, Bakı şəhər sakini, 28 yaşlı Vəliyev Ramal Bəxtiyar oğlu BMW markalı, 10-SM-433 dövlət qeydiyyat nişanlı avtomobillə Əskipara kəndindən Fərəhli kəndi istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsinə nəzarəti itirib. Nəticədə avtomobil əvvəlcə işıq dirəyinə, daha sonra yol kənarında dayanan digər bir avtomobilə və sonda daş hasara çırpılıb.

Qəza nəticəsində sürücü Ramal Vəliyev və avtomobildə olan üç sərnişin — 28 yaşlı Nəsirov Rafət Mahir oğlu, 21 yaşlı Nəbiyev Göyüş Fəxrəddin oğlu və 25 yaşlı Əhmədov Zaur Mahmud oğlu hadisə yerində həyatlarını itiriblər.

İlkin ehtimala görə, qəzanın baş verməsinə səbəb nəqliyyat vasitəsinin yüksək sürətlə və sərxoş halda idarə edilməsi olub.

Faktla bağlı araşdırma aparılır.

Araşdırma zamanı həmçinin məlum olub ki, sürücü Ramal Vəliyev il ərzində mütəmadi olaraq yol hərəkəti qayda pozuntularına yol verib ki, bu qayda pozuntularının əksəriyyəti sürət həddinin aşılması ilə bağlı olub. Bu faktlar yol hərəkəti qaydalarına məsuliyyətsiz yanaşmanın sonda nə qədər ağır faciələrə səbəb olduğunu bir daha təsdiqləyir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri yol hərəkəti qaydalarına, xüsusilə sürət həddinə ciddi riayət etməyə çağırır. Unutmayaq ki, sükan arxasında edilən məsuliyyətsiz bir hərəkət yalnız sürücünün deyil, eyni zamanda sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının həyatını da təhlükə altına qoyur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1037   Tarix: 05 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

YAP Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır

Yeni Azərbaycan Partiyası hazırda ölkəmizdə olan bir çox partiyalar arasında istər siyasi fəaliyyəti baxımdan, istərsə də üzvlərinin sayına görə xüsusi ilə seçilir. Partiyanın yaranması 90-cı illərə təsadüf edir. Həmin dövr ölkəmizin siyasi-iqtisadi həyatında çətin vəziyyətlə yaddaşlarda qalıb. Bütü

12:49 150
.

Putin, Tramp və Si Cinpin arasında sammitin gündəliyi dəyişdirildi

Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin arasında keçirilən görüşdən sonra əvvəlcədən razılaşdırılmış sammit gündəliyindən imtina edildiyi bildirilir. xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb. Nəşrin jurnalistlər

10:38 182
.

Ağdamın əvvəlki şöhrəti bu rayona qaytarılır

Ağdam rayonunun işğaldan azad olunması 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatın nəticəsidir: Bəyanatın şərtlərinə müvadiq olaraq Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı və bu olduqca böyük uğurdur və tarixi bi

11:35 210
.

Bu ərazilərə qar yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit yağıntılı və küləkli hava şəraiti davam edir. Bəzi dağlıq ərazilərdə - Altıağac, Xınalıq, Qrız, Quba, Qusar, Şahdağ, Kəlbəcər, Laçın və Qubadlıda arabir qa

10:13 180
.

Ermənistanda yeni Konstitusiya layihəsi gələn həftə açıqlanacaq

Ermənistan hakimiyyəti yeni Konstitusiya layihəsini gələn həftə ictimaiyyətə təqdim etməyi planlaşdırır. Bundan sonra sənədlə bağlı ictimai müzakirələr və dinləmələr təşkil olunacaq. xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" "Joxovurd" qəzetinə istinadən məlumat yayıb. Nəşri

10:29 190
.

Prokuror general qızı haqda qərardan protest verdi

Prokuror general Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı Türkər Əliyeva barəsində çıxarılan ev dustaqlığı qərarından protest verib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, protest artıq məhkəməyə təqdim edilib. Prokuror ağır cinayətdə ittiham olunan mediator xanımı

13:52 151
.

Azərbaycanın güclənən beynəlxalq mövqeyi və yeni strateji tərəfdaşlıq

Avropanın siyasi mərkəzində keçirilən görüşlər Azərbaycanın regional və beynəlxalq proseslərdə artan rolunu, strateji tərəfdaşlıq imkanlarını və sülh gündəliyini bir daha diqqət mərkəzinə gətirdi. 2026-cı il noyabrın 12-13-də İrlandiyanın paytaxtı Dublində keçirilən 9-cu Avropa Siyasi Birliyi Sammit

14:58 0
.

Strateji tərəfdaşlıq bəyannaməsində müdafiə və təhlükəsizlik məsələləri - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Prezident İlham Əliyevin Türkiyəyə və Avropaya səfərləri Azərbaycanın beynəlxalq mövqeyi və strateji tərəfdaşlıqları baxımından hansı mesajları verdi?. COP31 çərçivəsində iqlim öhdəliklərinin icrası, qlobal istiləşmə və inkişa

15.11.2026 253
.

Milli teleradio məkanının strateji əhəmiyyəti: dövlətçilik, milli kimlik və informasiya təhlükəsizliyi

Azərbaycan Prezidenti İlham Əliyevin radio və televiziya sahəsi ilə bağlı müraciəti ölkənin informasiya məkanının bugünkü vəziyyətinə, milli medianın cəmiyyət həyatındakı roluna və gələcək inkişaf istiqamətlərinə yenidən nəzər salmaq baxımından mühüm əhəmiyyət daşıyır. Bu müraciətin mahiyyətində yalnı

11:05 180
.