2024–2025-ci tədris ili yeniyetmələr arasında artan cinayət hallarının statistikası ilə də yadda qaldı

2024–2025-ci tədris ili yeniyetmələr arasında artan cinayət hallarının statistikası ilə də yadda qaldı"2024–2025-ci tədris ili Azərbaycan məktəbləri üçün yalnız tədris uğurları və nailiyyətləri ilə deyil, eyni zamanda azyaşlılar və yeniyetmələr arasında artan cinayət hallarının statistikası ilə də yadda qaldı. Daxili İşlər Nazirliyinin rəsmi məlumatına əsasən, bu tədris ilində məktəblilər tərəfindən və ya məktəblilərə qarşı törədilmiş 40-dan çox cinayət hadisəsi qeydə alınıb. Bu rəqəm əvvəlki illərlə müqayisədə artmaqla yanaşı, təhsil sistemində profilaktik tədbirlərin zəifliyini və məktəb mühitinin sosial-emosional təhlükəsizliyinin zəiflədiyini göstərir. Cinayətlərin strukturuna baxdıqda, əsasən fiziki zorakılıq, bıçaqlanma, davalar və təhqir kimi halların üstünlük təşkil etdiyi görünür. Bu isə məktəblərin artıq yalnız təhsil ocağı deyil, bəzən də risk mühitinə çevrildiyini sübut edir".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

O, bildirib ki, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsində göstərilir ki, ümumtəhsil müəssisəsi uşağın təlim-tərbiyəsi ilə yanaşı, onun fiziki və psixoloji təhlükəsizliyini də təmin etməlidir. Amma praktiki olaraq məktəblərin əksəriyyətində bu müddəaların icrası ya formal həyata keçirilir, ya da ümumiyyətlə nəzarət sistemləri mövcud deyil. 2022-ci ildə Təhsil İnstitutu tərəfindən aparılan monitorinq nəticələrinə görə, ölkə üzrə məktəblərin yalnız 27%-də mütəmadi sosial-psixoloji diaqnostika aparılır, 60%-dən çox məktəbdə isə psixoloq və sosial pedaqoqların fəaliyyəti formal xarakter daşıyır. Bu o deməkdir ki, problemli şagirdlərin davranış dəyişikliyi və ya risk faktorları məktəbdaxili erkən xəbərdarlıq sistemləri ilə qeydə alınmır, nəticədə isə aqressivlik, zorakılıq və asılılığa meyllilik daha da dərinləşir:
2024–2025-ci tədris ili yeniyetmələr arasında artan cinayət hallarının statistikası ilə də yadda qaldı"Müsbət cəhət odur ki, son illərdə dövlət tərəfindən məktəb mühitində təhlükəsizliyin təmin olunması istiqamətində bəzi təşəbbüslər həyata keçirilib. Məsələn, bir sıra məktəblərdə video müşahidə kameralarının quraşdırılması, giriş-çıxış nəzarətinin gücləndirilməsi, məktəbdaxili intizam komissiyalarının yaradılması bu sahədə müsbət addımlar hesab edilə bilər. Eyni zamanda "Təhsilalanların davranış qaydaları" sənədinin məktəblərə göndərilməsi və valideyn-məktəb əlaqələrinin tənzimlənməsi təşəbbüsləri də nəzərəçarpacaqdır. Lakin bu tədbirlər vahid sistemli yanaşma ilə deyil, daha çox kampaniya xarakterli şəkildə həyata keçirildiyindən təsirliliyi uzunmüddətli olmur.

Problemin kökündə təhsildə emosional və sosial tərbiyə sisteminin zəifliyi dayanır. Tədris planlarında həyat bacarıqları, konfliktlərin idarə olunması, empatiya, emosional sabitlik kimi mövzular formal şəkildə təqdim olunur. Halbuki, müasir təhsil sistemi yalnız bilik deyil, həm də davranış tərbiyəsi verməlidir. UNESCO-nun 2023-cü il hesabatına görə, zorakılığın qarşısının alınması üçün ən effektiv vasitə məktəblərdə sosial-emosional öyrənmə proqramlarının tətbiqidir. Bu proqramlar şagirdlərə yalnız nəyi oxumağı deyil, həm də necə davranmağı öyrədir. Finlandiyada, Estoniyada və Kanadada bu modellər tətbiq olunur və nəticə etibarilə məktəb cinayətləri və zorakılıq halları 60%-ə qədər azalıb.

Beynəlxalq təcrübə göstərir ki, cinayətkarlığın qarşısının alınması üçün məktəbdə "təhlükəsizlik üçbucağı" modeli qurulmalıdır – psixoloq, sosial işçi və məktəb rəhbərliyinin birgə fəaliyyətini təmin edən sistem. Hazırda isə Azərbaycanda orta məktəblərdə bu funksiyalar ya bir nəfərə yüklənir, ya da ümumiyyətlə həyata keçirilmir. Bu səbəbdən, riskli şagirdlər vaxtında aşkar olunmur, davranışları izlənilmir və nəticə olaraq məktəbdaxili və məktəbdənkənar münaqişələr cinayətlə nəticələnir.
2024–2025-ci tədris ili yeniyetmələr arasında artan cinayət hallarının statistikası ilə də yadda qaldıYeni tədris ilində dəyişikliklər sistemli şəkildə aparılmalıdır. İlk növbədə, məktəblərdə çalışan psixoloqların attestasiyadan keçməsi və sosial işçilərin tətbiqi qanunvericiliklə təsbit olunmalıdır. Eyni zamanda, məktəblər üzrə risk xəritəsi hazırlanmalı, davranış pozuntuları üzrə vahid elektron qeydiyyat sistemi yaradılmalı və bu məlumatlar müvafiq təhsil idarələrinə real vaxt rejimində ötürülməlidir. "Məktəbə Dəstək Proqramı" çərçivəsində valideynlərin, müəllimlərin və yerli icmaların birgə iştirakı ilə qarşısının alınması tədbirləri həyata keçirilməlidir.

Məktəb cinayətləri təhsilin nüfuzuna və cəmiyyətin mənəvi sağlamlığına birbaşa zərbədir. Bu, təkcə hüquq-mühafizə orqanlarının deyil, həm də təhsil siyasətinin məsuliyyətidir. Əgər təhsil sistemi uşağa yalnız bilik deyil, həm də dəyər, münasibət, məsuliyyət öyrətmirsə, o zaman məktəb cinayətləri artacaq. Yeni tədris ili bu baxımdan dönüş nöqtəsinə çevrilməlidir. Təhlükəsiz, emosional cəhətdən sabit və sosial baxımdan inkişaf etdirici məktəb mühiti yaradılmasa, gələcək nəslin intellektual və psixoloji bütövlüyü ciddi risk altına düşəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 754   Tarix: 05 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Putin Hindistanda : 3 günlük səfər başlayıb - AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putinin Hindistana üçgünlük səfəri başlayıb. Səfər çərçivəsində Rusiya və Hindistan arasında siyasi, iqtisadi və enerji əməkdaşlığının eləcə də, beynəlxalq gündəmin əsas məsələlərinin müzakirəsi gözlənilir. Mövzu ilə bağlı -a açıqlama verən siyasi şərhçi Mərahim Nəsibov Putini

11.09.2026 197
.

Xankəndidə nə qədər insan yaşayır?

Xankəndidə genişmiqyaslı yenidənqurma və tikinti işləri həyata keçirilir, ilk sakinlər artıq Xankəndiyə, eləcə də Kərkicahan kəndinə qayıdırlar. Qaynarinfo xəbər verir ki, bu barədə Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov diplomatik korpusu

11.09.2026 223
.

Vuçiç sentyabrın sonunda istefa verəcək

Serbiya Prezidenti Aleksandar Vuçiç sentyabrın 25-26-da vəzifəsindən istefa verməyi planlaşdırdığını bildirib. Onun istefasından sonra növbədənkənar prezident seçkisinin təyin olunması gözlənilir. xəbər verir ki, xarici mediada verilən məlumata əsasən, Vuçiç 2017-ci ilin mayından Serbiya Prezidenti vəzifəsin

11.09.2026 150
.

3 illik universitet modeli gəlir - Azərbaycanda ali təhsildə YENİLİK - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda ali təhsil sistemində yeni dəyişikliklərin tətbiqi məsələsi gündəmə gəlib. Belə ki, bakalavriat pilləsində bir sıra ixtisaslar üzrə təhsil müddətinin 4 ildən 3 ilə endirilməsi, magistratura təhsilinin müddətinin isə 1 ilə qədər azaldılması nəzərdə tutulur. Təklifin həyata keçirilməsi tələbələri

11.09.2026 306
.

Onlayn telefon sifariş etdi, peyin göndərdilər

Hindistanın Qreyter-Noyda şəhərində yaşayan sakin internetdən sifariş etdiyi Android cihazının əvəzinə içərisində inək peyini olan bağlama alıb. xarici mediaya istinadən xəbər verir ki, Akaş Naqar adlı şəxs bir neçə gün əvvəl iş üçün internet saytlarından birindən Android cihazı sifariş edib, sifari

11.09.2026 201
.

77 yaşlı Alla Puqaçova həyatında ilk dəfə İstanbula gedib

Məşhur cütlük Maksim Qalkin və Alla Puqaçova Türkiyənin ən böyük şəhərinə işgüzar səfərə gediblər. xarici mediaya istinadən xəbər verir ki, primadonna səfərindən bir anını "Instagram" səhifəsində paylaşıb. Kadrlarda onların otel otağında İstanbula heyranlıqla baxdıqları görünür. Qalkin 77 yaşl

11.09.2026 209
.

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya uğurla icra edilib

Yeni Klinikada kəskin işemik insultun müalicəsində mexaniki trombektomiya ilk dəfə uğurla icra edilib. 1950-ci il təvəllüdlü qadın pasiyent kəskin nevroloji əlamətlərlə xəstəxanaya müraciət edib. Pasiyentin vəziyyəti insultun ağırlığını qiymətləndirən NIHSS (National Institutes of Health Stroke Scale

11.09.2026 213
.

Açıq satılan quru meyvələr nə qədər təhlükəsizdir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Marketlərdə çəki ilə və açıq şəkildə satılan quru meyvələrin təhlükəsizliyi ilə bağlı suallar yaranır. Xüsusilə məhsulların açıq mühitdə saxlanılması, toz və digər xarici təsirlərlə təmasda olması, eləcə də hansı şəraitdə qorunduğunun istehlakçı üçün hər zaman aydın olmaması diqqət çəkir. Bəs açıq şəkild

11.09.2026 215
.

Azərbaycanda qızıl kəskin bahalaşdı

Azərbaycanda 2026-cı il 11 sentyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızıl bazarında 1 unsiya qızılın qiyməti 7494.8155 manat, 1 qramının standart qiyməti isə 240.96 manat təşkil edir. Əyyarından və mənşəyindən asılı olaraq 1 qram qızılın qiyməti isə 9

11.09.2026 194
.