Qurbanda ət payını başqa nə ilə əvəz etmək olar? - İlahiyyatçı cavab verir

Qurbanda ət payını başqa nə ilə əvəz etmək olar? - İlahiyyatçı cavab verir(Yazı "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusu üzrə hazırlanıb)

Dini inanca görə, Qurban yalnız heyvan kəsməklə məhdudlaşan dini mərasim deyil, o, insanın tanrıya sədaqətini, itaətini və fədakarlığını simvolizə edən dərin mənəvi ibadətdir. İbrahim peyğəmbərin sınaqları ilə formalaşdığı deyilən bu ayin, İslam dini ilə birlikdə daha da möhkəmlənərək, həm fərdi ibadət, həm də sosial yardım forması kimi cəmiyyətin həyatında özünə mühüm yer eləyib.

Qurbanlıq kəsmək maddi imkanı olan müsəlmanlara vacib buyurulmuş bir ibadətdir. Bu ibadət yalnız fərdin Allaha yaxınlaşması üçün vasitə deyil, eyni zamanda ehtiyacı olanların sevindiyi, sosial həmrəyliyin gücləndiyi və cəmiyyət daxilində paylaşma mədəniyyətinin yaşadıldığı mühüm dini-sosial hadisədir. Lakin bəzən bu ibadətin mahiyyəti yanlış anlaşılır, sırf ət paylama, həmin gün "ət yemə mərasimi" kimi dəyərləndirilir və ya müxtəlif səbəblərlə icrasından yayınmaq halları baş verir.

Qaynarinfo Qurban bayramını, onun mahiyyətini, cəmiyyətə verdiyi mesajları, mənəvi dəyərlərə təsirini ilahiyyatçı Tural İrfan ilə müzakirə edib.

- Tural bəy, Qurban ibadətinin mahiyyəti nədir? Bu, sadəcə bir ənənə, yoxsa dərin mənəvi təcrübədir?

- Qurban İslam dinində Həcc ibadətinin tərkib hissəsi olan bir ayindir. Həcdə olan imkanlı şəxslərə qurban kəsmək vacibdir. Eyni zamanda Həcdə olmayan, öz məmləkətində olan imkanı çatan şəxslərə də qurban kəsmək vacibdir. Qurbanın fəlsəfəsi ondan ibarətdir ki, insan malından Allah yolunda qurban etməklə Yaradana sadiq olduğunu sübut etsin və yeri gəlsə, canını da kəsdiyi qurban kimi fəda etməyə hazır olduğunu ifadə etmiş olsun. Adəm peyğəmbərdən bəri qurban ayini var. Quranda Adəmin övladlarının da qurban kəsdiyi haqda məlumat var. Əsasən İbrahim peyğəmbər zamanından mötəbər olan bu ibadət İslam dinində də öz yerini alıb. Allah Həzrət İbrahimin sədaqətini, səmimiyyətini yoxlamaq üçün yuxu vasitəsilə ona oğlu İsmaili qurban etməyi əmr edərək, onu bir növ sınağa çəkib. İbrahim də yuxuya uyğun olaraq oğlunun da razılığı ilə onu qurbangaha götürüb. Nəhayət, Allah təala onların sadiqliyinə görə insandan deyil, heyvandan qurban ediləcəyini əyan edib və rəvayətlərə görə, qoç göndərib. Beləcə bu ibadət ənənəyə çevrilərək insanların Allaha yaxınlaşması üçün, eyni zamanda digər insanlara sosial yöndən dəstək olmaq üçün qurban kəsməyə davam edilib. Həzrət Muhəmməd də bu ibadəti davam etdirərək, özü də Həcc zamanı yaxud başqa zamanlarda dəvədən, qoyundan qurbanlar kəsib paylayıb. Allahın yaratdığı heyvanı elə yaradıcının da yolunda qurban etmək, fəda etmək, ətini paylaşmaq bu ibadətin əsasını təşkil edir.

- Adətən Qurbanın mahiyyətini qoç kəsib, ətini paylamaqda görürük. Lakin elə şəxslər var ki, onun ehtiyacı ətə deyil, məsələn, çörəyə, geyimədir. Belə olan halda olar ki, qoç kəsilmədən qarşıdakı insanın ehtiyacına uyğun ona qurban payı verilsin?

- İbadəti və onun mahiyyətini təhrif etmək olmaz. Qurban qurban kimi icra edilməlidir. Yəni o şəxsə ki, qurban kəsmək vacibdir, mükəlləfdir, boynuna borc gəlib, gərək mütləq kəssin və paylasın. Yox, onu başqa şeylə əvəz etmək, bu, artıq qurban deyil, digər yaxşılıq vasitəsidir. O yaxşılığı da etmək üçün Qurban bayramını gözləmək lazım deyil. İstənilən gündə etmək olar. Yəni, qurban ətinə deyil, başqa şeyə ehtiyacı olan zümrəyə yardım etmək lazımdır, amma bu boynunda qurban vacib olan kəsimin həmin ibadəti təxirə salması bahasına ola bilməz.

Kasıb və imkansız adamlara yardım etmək kimi humanist dəyərlər İslam dinində əsas prinsiplərdəndir. Qurban ərəfəsində kimin imkanı varsa, Allah yolunda dəvə, inək, camış, keçi və qoyundan qurban kəsə, imkansız zümrəyə paylaya bilər. Kimin də imkanı buna çatmırsa, əlində olan digər imkan və vasitələrdən istifadə edərək kasıb təbəqəyə əl tutar, sədəqə verər.

- Bəs kimlərə qurban kəsmək vacibdir? Hər kəs qurban kəsməlidirmi?

- Qurban kəsmək, imkanı çatan bütün müsəlmanlara vacibdir. Bütün imkanlı müsəlmanlar qurban kəsib paylasa, həmin ərəfədə ehtiyaclı adam qalmaz. Amma bunu hamı etmir. Hətta milyonları olan adam var ki, bircə dəfə də qurban kəsmir. Ona görə də Qurban bayramında sosial nizam pozulur. Yaxud elə müsəlman var ki, ildə bir dəfə də dilinə ət dəymir. Maddi imkanı çatan şəxslər kəsib yarısını ailəsi üçün, yarısını da qohum qonşu və kasıblar üçün paylamalıdır. Varlı adamlar digər müsəlman ölkələrində minlərlə heyvan kəsirlər, bu da onların malına bərəkət verir. Bizdə isə varlı adamlar qorxurlar ki, çox kəssələr, birdən malları azalar, ziyana düşərlər.

- Qurban bayramı insanların birliyinə və sosial həmrəyliyə necə təsir edir?

- Qurban bayramı və Ramazan bayramı İslamda iki əsas bayramdır. Bu bayramlar insanların həmrəyliyi, vəhdəti, sosial cəhətdən yaxınlaşması, aralarında ünsiyyətin artması və yeni əlaqələrin qurulması üçün önəmlidir. Xalqımız da əsrlərdir bu bayramları qeyd edir, yaşadır. Qurban bayramı üç gün davam edir. İnsanlar qurbangahlarda qurban kəsir, paylayır, sosial əlaqələri inkişaf etdirirlər. Məclislər, ehsan süfrələri açaraq əsasən həssas təbəqəni dəvət edir, bir-birinə ikram edirlər. Bayram namazları qılınır. Bu zaman yenə də insanlar məsciddə toplaşır, dualar edilir, küsülülər barışır. Yaxşı olar ki, bu günlərdə dünyadan gedənlər də ziyarət edilsin, şəhidlər yada salınsın, dualar oxunsun.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 571   Tarix: 05 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

NATO 2026-cı ildə Ukraynaya 70 milyard avro ayıracağını bəyan edib

NATO bu il Ukraynaya 70 milyard avro ayıracaq. APA-nın Ankaraya ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə NATO-nun 36-cı Sammitinin yekunlarına dair "Ankara Bəyannaməsi"ndə qeyd olunub. NATO liderləri Ukraynaya dəstəyin davam etdiriləcəyini vurğulayaraq, 2026-cı ildə hərbi texnika, yardı

08.07.2026 276
.

Fransa siyasətçisi Ukraynaya ayrılan milyardlara etiraz etdi

Ukraynaya maliyyə yardımının dayandırılması ilə bağlı çağırış edilib. xəbər verir ki, bu çağırışı Fransanın sağçı "Patriots" Partiyasının lideri Florian Filippot sosial şəbəkə platforması X hesabında səsləndirib. O, bu fikri Almaniya kansleri Fridrix Merzin Ukraynanın Avropaya güvənə biləcəy

10:34 187
.

Bəhreyn ordusu bir neçə İran hücumunun qarşısını aldığını bildirib

Bəhreyn ordusunun verdiyi məlumata görə, ölkənin hava hücumundan müdafiə qüvvələri cümə axşamı İranın bir neçə hava hücumunu ələ keçirib və məhv edib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Bəhreyn Müdafiə Qüvvələri X-də bildirib ki, "mülki şəxsləri və şəxsi mülkləri hədəf almaq üçün raket və dronlarda

11:02 200
.

Ağ Ev Hörmüz uğrunda İranla uzunmüddətli münaqişəyə hazırlaşır

Axios xəbər verir ki, ABŞ rəsmiləri İranın Hörmüz boğazında kommersiya gəmilərinə hücumlarını davam etdirib-etdirməməsindən asılı olaraq, münaqişənin bir neçə gündən həftələrə qədər davam edə biləcəyinə inanırlar. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, ABŞ rəsmiləri cümə axşamı Axios-

12:53 226
.

Kiberdələduzları aşkar edən proqram varmı? Ekspert cavabladı

Bir çox insanı maraqlandıran suallardan biri budur: Kiberdələduzları avtomatik aşkarlayan proqram varmı?. Mövzu ilə bağlı BİG.Az-a açıqlama verən İKT üzrə mütəxəssis Elvin Həsənov bildirib ki, bu sualın cavabı qismən bəlidir. Belə texnologiyalar mövcuddur. Banklar, mobil operatorlar və kibertəhlükəsizli

15:17 208
.

ABŞ ordusu İranın 90 hərbi hədəfinə zərbə endirdiyini bildirib

ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, ABŞ qüvvələri son hücumlarda İranın təxminən 90 hərbi hədəfini, o cümlədən hava hücumundan müdafiə sistemlərini, sahil müşahidə vasitələrini, raket və dron saxlama yerlərini, dəniz imkanlarını və İran sahil xətti boyunca hərbi logistika infrastrukturunu vurub

12:38 240
.

Bəhreyndə yenidən sirena səsləri eşidilir

Bəhreynin Daxili İşlər Nazirliyindən sirenlərin səsləndiyi barədə məlumat alırıq. Cümə axşamı üçüncü dəfədir ki, həyəcan siqnalı verilir. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, nazirlik əlavə məlumat verməyib. İran daha əvvəl Bəhreyndəki ABŞ obyektlərinə, eləcə də Qətər və Küveytdəki hədəflərə pilotsu

12:31 204
.

Həkimlər səbəbi araşdırır: Eyni ailənin 6 üzvü sirli xəstəlikdən öldü

Hindistanda eyni ailənin altı üzvü 10 gün ərzində sirli xəstəlik səbəbindən həyatını itirib. xəbər verir ki, bu barədə ETV Bharat xəbər agentliyi məlumat yayıb. Hadisə Carxand ştatının Sikka kəndində baş verib. İlk olaraq iyunun 19-da ailə başçısı Kuldip Mehta vəfat edib. Daha sonra onun qızları Babit

11:00 243
.

Azərbaycan öz sözünü dedi, İsrail nəzərə aldı - FOTO

Məlumdur ki, tarixi prosesləri siyasətçilər yox, tarixçilər araşdırmalıdır. Keçmişdə baş verən, xüsusən də təkzibedilməz faktlara əsaslanmayan hadisələr gündəlik maraqlar üçün alətə çevrildikdə tarix yerini miflərə verir. Siyasiləşdirmə elmi araşdırmaları manipulyasiya ilə əvəz edir, tərəfdaş ölkələrl

15:38 235
.

TOP MP3