Zorakılığa məruz qalan 74 yaşlı qadın öldü - Saxlanılan var

Zorakılığa məruz qalan 74 yaşlı qadın öldü - Saxlanılan varGədəbəydə 74 yaşlı qadına qarşı törədilmiş zorakılıq və quldurluq cinayəti üzrə bir nəfər saxlanılıb.

BiG.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib.

Bildirilib ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən bağlı qalmış cinayətlərin açılması istiqamətində birgə icra olunan kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində daha bir ağır cinayətin üstü açılıb. Belə ki, mayın 24-də Gədəbəy rayonu, Kəlaman kənd sakini, 1951-ci il təvəllüdlü qadının zorakılığa məruz qalması və ona qarşı quldurluq edilməsi faktı üzrə Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

İbtidai istintaq zamanı hadisə yerinə ilkin və əlavə baxışlar keçirilib, zərərçəkmiş şəxs və çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-genetik, kompleks məhkəmə-daktiloskopik və məhkəmə-genetik ekspertizalar təyin olunub, sorğular verilib və digər zəruri istintaq və əməliyyat-axtarış hərəkətləri icra olunub.

Mayın 30-da, gecə saat 01 radələrində zərərçəkmiş şəxs müalicə aldığı xəstəxanada vəfat edib və iş üzrə komisyon məhkəmə-tibbi ekspertiza təyin olunub.

Prokurorluq və polis əməkdaşları tərəfindən cinayət əməlini törədən şəxsin müəyyən olunması istiqamətində aparılan intensiv və çoxsaylı tədbirlər nəticəsində, iyunun 4-də 1993-cü il təvəllüdlü Nizaməddin Bayramov şübhəli şəxs qismində tutulub və vəkilinin iştirakı ilə dindirmə zamanı törətdiyi əməli etiraf edib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Bağlı qalmış cinayətlərin açılması Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin daim diqqətində saxlanılır və bu istiqamətdə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 547   Tarix: 05 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Fatmayı bələdiyyəsinin sədrinin yalanı üzə çıxıb - 13 hektar sahə...

Abşeron rayonu, Fatmayı Bələdiyyəsinin sədri Nəsir Nəsirlinin qanunsuz əməlləri ilə bağlı cinayət işi açılıb. "Qafqazinfo" Baş Prokurorluğa istinadən xəbər verir ki, torpaqları qanunla nəzərdə tutulan dəyərindən aşağı satmaqda təqsirləndirilən sədr barəsində cinayət işi məhkəməyə göndərilib

11:10 0
.

"Şirkətin mənə 2800 manat borcu var" - İşçilər niyə yeddi aydır maaş ala bilmirlər? - VİDEO

Gəncə şəhərində su və kanalizasiya xətlərinin yenilənməsi layihəsinə cəlb olunan bir qrup işçi maaşlarının ödənilməməsindən şikayətçidir. xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir. Şikayətçilərin bildirdiyinə görə, onlar layihənin podratçısı olan "Maqro Construction" şirkət

09.04.2026 347
.

Zelenski: "Sentyabra qədər vəziyyət daha da ağırlaşacaq"

Ukraynanı sentyabr ayına qədər çətin bir dövr gözləyir. xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski öz Telegram kanalında açıqlama verib. Onun sözlərinə görə, bu vəziyyət Rusiya Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində artan təzyiqlə bağlıdır. Kiyev üçün vəziyyət, həmçinin ABŞ-ı

10:47 77
.

Sevgini illərlə necə yaşatmaq olar? - Xoşbəxt cütlüklərin 3 "gizli" vərdişi

Amerikalı psixoloq Mark Trevers uzunmüddətli münasibətlərdə xoşbəxtliyi müəyyən edən üç vərdişi açıqlayıb. Qaynarinfo-nun məlumatına görə, o, "Forbes" üçün yazdığı məqalədə uzunmüddətli araşdırmalara istinad edərək bildirib ki, bəzi cütlüklər xoşbəxtliyi demək olar ki, hiss olunmadan, gündəli

09.04.2026 492
.

Bir qədəh şərab kimə faydalıdır - Kişilərə, yoxsa qadınlara?

Tədqiqatçılar şərabın qədərində istifadəsinin ömür uzunluğuna təsiri ilə bağlı yeni məlumatlar təqdim ediblər və maraqlı bir fərq aşkar ediblər: bu təsir daha çox kişi orqanizmi ilə bağlıdır. Məlum olub ki, kiçik miqdarda şərab kişilərə əlavə olaraq təxminən altı ay ömür qazandıra bilər. Qadınlarda is

09.04.2026 491
.

"Qızımın öldüyü yanğında bu şirkətin də təqsiri müəyyən edilib"

Yasamalda 3 nəfərin ölümünə səbəb olan yanğında daha bir şirkətin təqsiri müəyyən edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə sözügedən faciədə həyatını itirən 7 yaşlı Arzu Qəmbərlinin atası, tanınmış vəkil Əli Qəmbərov məlumat yayıb. Vəkil qeyd edib ki, qızının ölümü ilə bağlı ekspertizanı

09.04.2026 646
.

İstanbula uçan təyyarəni ildırım vurdu

Aprelin 9-da günorta saatlarında Varşava Şopen hava limanından qalxan təyyarəni Pruşkov yaxınlığında ildırım vurub. xarici mediaya istinadən bildirir ki, Varşavadan İstanbula uçan LOT hava şirkətinə məxsus təyyarəni ildırım vurması havaya qalxdıqdan bir neçə dəqiqə sonra baş verib. Pilotlar təyyarən

09.04.2026 467
.

ABŞ-İran müharibəsi: qalib kimdir? - POLİTOLOQDAN AÇIQLAMA

ABŞ və İran arasında baş verən münaqişə bitdikdən sonra bir çox insan eyni sualı verir: kim qalib gəldi? Rəsmi açıqlamalar hər iki tərəfi "qalib" kimi göstərməyə çalışsa da, faktlar göstərir ki, vəziyyət daha mürəkkəbdir. Hər iki ölkə müəyyən hərbi üstünlüklər əldə etsə də, itkilərdən və diplomati

09.04.2026 508
.

Elnur Allahverdiyev dolanışığını "Kontakt Home"-dəki faizlərlə təşkil edir?

Son günlər sosial şəbəkələrdə "Kontakt Home" mağazalar şəbəkəsindən şikayət edənlərin sayı artmaqdadır. Vətəninfo.az xəbər verir ki, "TikTok"da başına gələnlərlə bağlı məlumat verən şəbəkə istifadəçisi "Kontakt Home" tərəfindən aldadıldığını qeyd edib. O bildirib ki, 2025-c

09.04.2026 591
.

TOP MP3