Bu ölkəyə səyahət planlaşdıranlara XƏBƏRDARLIQ: Xəstəlik yayılıb

Bu ölkəyə səyahət planlaşdıranlara XƏBƏRDARLIQ: Xəstəlik yayılıbRusiyanın Şri-Lankadakı səfirliyi turistlər üçün çikungunya qızdırmasına yoluxma riski ilə bağlı xəbərdarlıq yayıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi və yerli virusoloqlar son 20 ildə adada çikungunya qızdırmasının ən aktiv yayılma dalğasını qeydə alıblar:

"Xəstəlik əsasən gündüzlər aktiv olan sarı qızdırma virusunu daşıyan ağcaqanadlar vasitəsilə yayılır. Simptomlar adətən dişləmədən 2-12 gün sonra üzə çıxır. Xəstəliyin əlamətlərinə oynaqlarda şiddətli ağrılar, qəfil hərarət yüksəlməsi və dəri səpkiləri aiddir.

Turistlərə tövsiyə olunur ki, ağcaqanadların evə daxil olmasının qarşısını almaq üçün qapı və pəncərələrə qoruyucu torlar quraşdırın, açıq dəriyə və geyimlərə təlimatlara uyğun şəkildə ağcaqanad əleyhinə spreylər vurun və gündüz saatlarında dərini mümkün qədər örtən paltarlar geyinin.

Həkimlər yalnız çikungunya deyil, eyni zamanda denqe qızdırması ilə bağlı da xəbərdarlıq edirlər.

Mayın əvvəlində denqe və çikungunya qızdırmalarının ölkədə səhiyyə üçün artan təhlükəyə çevrildiyi qeyd olunub.

Şri-Lanka Səhiyyə Nazirliyinin məlumatına görə, cari ilin yanvarın 1-dən etibarən ölkədə 18 749 denqe xəstəliyi halı qeydə alınıb və aramsız yağışlar səbəbindən yoluxma hallarının artma riski mövcuddur.

Ən böyük epidemioloji risk olan bölgələr:

Kolombo və ətraf ərazilər - ölkənin paytaxtı və ən böyük şəhəri, yüksək əhali sıxlığı və daimi turist axını ilə. Burada virus daha sürətlə yayılır.

Qalle və cənub-qərb sahil bölgələri - rusiyalı turistlər üçün qışda məşhur istiqamətdir. İsti və rütubətli iqlim, həmçinin bol yaşıllıq ağcaqanadlar üçün əlverişli mühit yaradır.

Trinkomali və şimal-şərq bölgələri - yay aylarında turistlər üçün aktual bölgələrdir. Bu ərazilərdə də yoluxma halları qeydə alınıb.

Xüsusilə dayanıqlı su hövzələri (göllər, gölməçələr, yığılmış su dolu qablar), yaşayışa yaxın sıx bitkililik, pis havalandırılan və ya açıq pəncərəli otaqlar xüsusi təhlükə yaradır.

Bu arada Fransada da çikungunya virusuna qarşı mübarizə aparılır. Hind okeanında yerləşən Fransaya məxsus Reyunion adasında epidemiya səbəbilə fövqəladə tədbirlər planı tətbiq olunub".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 898   Tarix: 04 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

YAP Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır

Yeni Azərbaycan Partiyası hazırda ölkəmizdə olan bir çox partiyalar arasında istər siyasi fəaliyyəti baxımdan, istərsə də üzvlərinin sayına görə xüsusi ilə seçilir. Partiyanın yaranması 90-cı illərə təsadüf edir. Həmin dövr ölkəmizin siyasi-iqtisadi həyatında çətin vəziyyətlə yaddaşlarda qalıb. Bütü

12:49 150
.

Putin, Tramp və Si Cinpin arasında sammitin gündəliyi dəyişdirildi

Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin arasında keçirilən görüşdən sonra əvvəlcədən razılaşdırılmış sammit gündəliyindən imtina edildiyi bildirilir. xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb. Nəşrin jurnalistlər

10:38 182
.

Ağdamın əvvəlki şöhrəti bu rayona qaytarılır

Ağdam rayonunun işğaldan azad olunması 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatın nəticəsidir: Bəyanatın şərtlərinə müvadiq olaraq Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı və bu olduqca böyük uğurdur və tarixi bi

11:35 210
.

Bu ərazilərə qar yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit yağıntılı və küləkli hava şəraiti davam edir. Bəzi dağlıq ərazilərdə - Altıağac, Xınalıq, Qrız, Quba, Qusar, Şahdağ, Kəlbəcər, Laçın və Qubadlıda arabir qa

10:13 180
.

Ermənistanda yeni Konstitusiya layihəsi gələn həftə açıqlanacaq

Ermənistan hakimiyyəti yeni Konstitusiya layihəsini gələn həftə ictimaiyyətə təqdim etməyi planlaşdırır. Bundan sonra sənədlə bağlı ictimai müzakirələr və dinləmələr təşkil olunacaq. xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" "Joxovurd" qəzetinə istinadən məlumat yayıb. Nəşri

10:29 190
.

Prokuror general qızı haqda qərardan protest verdi

Prokuror general Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı Türkər Əliyeva barəsində çıxarılan ev dustaqlığı qərarından protest verib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, protest artıq məhkəməyə təqdim edilib. Prokuror ağır cinayətdə ittiham olunan mediator xanımı

13:52 151
.

Azərbaycanın güclənən beynəlxalq mövqeyi və yeni strateji tərəfdaşlıq

Avropanın siyasi mərkəzində keçirilən görüşlər Azərbaycanın regional və beynəlxalq proseslərdə artan rolunu, strateji tərəfdaşlıq imkanlarını və sülh gündəliyini bir daha diqqət mərkəzinə gətirdi. 2026-cı il noyabrın 12-13-də İrlandiyanın paytaxtı Dublində keçirilən 9-cu Avropa Siyasi Birliyi Sammit

14:58 0
.

Strateji tərəfdaşlıq bəyannaməsində müdafiə və təhlükəsizlik məsələləri - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Prezident İlham Əliyevin Türkiyəyə və Avropaya səfərləri Azərbaycanın beynəlxalq mövqeyi və strateji tərəfdaşlıqları baxımından hansı mesajları verdi?. COP31 çərçivəsində iqlim öhdəliklərinin icrası, qlobal istiləşmə və inkişa

15.11.2026 253
.

Milli teleradio məkanının strateji əhəmiyyəti: dövlətçilik, milli kimlik və informasiya təhlükəsizliyi

Azərbaycan Prezidenti İlham Əliyevin radio və televiziya sahəsi ilə bağlı müraciəti ölkənin informasiya məkanının bugünkü vəziyyətinə, milli medianın cəmiyyət həyatındakı roluna və gələcək inkişaf istiqamətlərinə yenidən nəzər salmaq baxımından mühüm əhəmiyyət daşıyır. Bu müraciətin mahiyyətində yalnı

11:05 180
.