"Birlikdə Güclüyük" adlı möhtəşəm tədbir keçirildi

"Birlikdə Güclüyük" adlı möhtəşəm tədbir keçirildi31 May tarixində Gəncə şəhərində yerləşən Heydər Əliyev Mərkəzi və Heydər Əliyev Park Kompleksində 1 İyun Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş "Birlikdə Güclüyük" adlı möhtəşəm tədbir keçirildi.

Heydər Əliyev Mərkəzinin rəsmi tərəfdaşlığı ilə həyata keçirilən tədbir "ORCES" Protez & Ortez Mərkəzinin İstehsalat bölüm Rəhbəri Tibbi Marketoloq Əliyeva Zülfiyyə tərəfindən təşkil olunmuşdu.

Təşkil olunmuş tədbirin Novella Kitab Evi, Gəncə Beyxəlxalq Xəstəxanası, Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi, Dövlət Məsgulluq Agentliyi, YAP, Gəncə Daşkəsən Regional Mədəniyyət İdarəsi, Gəncə - Daşkəsən İdman İdarəsi, Gəncə- Daşkəsən Turizm İdarəsi, MÜTDA, Gəncə UAFA, GDU, Gəncə Maarif Evi, Gəncə Sənətin, Akustik Musiqi və İncəsənt Mərkəzi, Gəncə Gənclər evinin, GəncLand, Ağayev Group, Vineyard Church Azerbaijan, Vineyard, Alioglu Media group, Sens reklam, Baku Hotel, Leon Hotel, Colorit, Damla, Motodrive, İnclusive Organization Company, Fərəh Sosial İB, Məktəbim, tərəfdaşlığı ilə minə yaxın uşağı sevindirməyə nail olduqları qeyd olundu.

Tədbir çərçivəsində xüsusi olaraq diqqət çəkən təqdimatlardan biri də "Psycho Clinic" və Oyun Məktəbinin təsisçi direktoru, klinik psixoloq Anara Quliyevanın 3 illik elmi-tədqiqat işi əsasında hazırladığı "AGÌDÌP" proqramının rəsmi təqdimatı oldu.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Tibbi Marketoloq Zülfiyyə Əliyeva tədbiri açıq elan edərik, Ümumilli Lider Heydər Əliyevin "Uşaqlar Bizim Gələcəyimizdir" şüarı ilə başlatdı. Daha sonra isə klinik psixoloq Anara Quliyeva "AGİDİP" Proqramın təqdimatını təqdim etdi.

Tədbir dövlət qurumlarının çıxışları və rəyləri ilə davam etdi. Tədbirdə Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyev, Fariz Qarayev Gəncə Regional Turizm İdarəsinin Rəisi, İqtisadiyyat Nazirliyi Gəncə-Qazax regional bölməsinin müdiri Arzu Hacıyev, Ağayev Ariz Dövlət Məşğulluq Agentliyi tabeliyində Gəncə Peşə Hazırlığı Mərkəzinin Direktoru, YAP Gəncə nümayəndəsi, Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Ağdaş Şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Qara Lətifov. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin rəsmi qeydiyyatından keçmiş, "Vineyard Azərbaycan" Xristian Dini İcmasının sədri Kamran Ağayev. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 4 Saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinin Direktoru Əlizamin İskəndərov. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 4 Saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinin Sosial Reabilitasiyanın Təşkili Şöbəsinin Müdiri Urfan Mustafayev. YAP Gəncə nümayəndəsi, QHT Sədrləri, aparıcı mütəxəsislər və həkimlər iştirak etmişdi.

Daha sonra tədbir Fiziki Məhdudiyyətli Uşaqlardan ibarət "Günəş Rəqs" qrupun çıxışına tamaşa edildi.

Tədbirin ən önəmli hissəsi isə müxtəlif yaş və imkanlara sahib uşaqların, həm sağlam, həm də fiziki məhdudiyyətli uşaqların birlikdə səhnəyə çıxması, əylənməsi və bir-birinə dəstək olması oldu. Onların sevinc dolu baxışları və gülümsər üzləri bu günün əsl qəhrəmanlarının kim olduğunu bir daha göstərdi.
Bu gün uşaqlar sevindi, birlik qazandı.

Təşkilatçılar və Tərəfdaşlar onu göstərdilər ki, "Birlikdə Güclüyük" demək təkcə şüar deyil. Gəlin bu birliyi qoruyaraq, uşaqlar üçün daha gözəl sabahlar yaradaq!

"Birlikdə Güclüyük" adlı möhtəşəm tədbir keçirildi"Birlikdə Güclüyük" adlı möhtəşəm tədbir keçirildi"Birlikdə Güclüyük" adlı möhtəşəm tədbir keçirildi"Birlikdə Güclüyük" adlı möhtəşəm tədbir keçirildi"Birlikdə Güclüyük" adlı möhtəşəm tədbir keçirildi"Birlikdə Güclüyük" adlı möhtəşəm tədbir keçirildi"Birlikdə Güclüyük" adlı möhtəşəm tədbir keçirildi"Birlikdə Güclüyük" adlı möhtəşəm tədbir keçirildi"Birlikdə Güclüyük" adlı möhtəşəm tədbir keçirildi"Birlikdə Güclüyük" adlı möhtəşəm tədbir keçirildi"Birlikdə Güclüyük" adlı möhtəşəm tədbir keçirildi"Birlikdə Güclüyük" adlı möhtəşəm tədbir keçirildi"Birlikdə Güclüyük" adlı möhtəşəm tədbir keçirildi"Birlikdə Güclüyük" adlı möhtəşəm tədbir keçirildi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 758   Tarix: 04 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Böyük Qayıdışın ünvanı Qarabağ: Diplomatik korpus bölgədə - Ekspert ŞƏRHİ

Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi ilə diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfəri xüsusi əhəmiyyət daşıyır. Diplomatları

11.09.2026 187
.

Xankəndidə nə qədər insan yaşayır?

Xankəndidə genişmiqyaslı yenidənqurma və tikinti işləri həyata keçirilir, ilk sakinlər artıq Xankəndiyə, eləcə də Kərkicahan kəndinə qayıdırlar. Qaynarinfo xəbər verir ki, bu barədə Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov diplomatik korpusu

11.09.2026 223
.

Putin Hindistanda : 3 günlük səfər başlayıb - AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putinin Hindistana üçgünlük səfəri başlayıb. Səfər çərçivəsində Rusiya və Hindistan arasında siyasi, iqtisadi və enerji əməkdaşlığının eləcə də, beynəlxalq gündəmin əsas məsələlərinin müzakirəsi gözlənilir. Mövzu ilə bağlı -a açıqlama verən siyasi şərhçi Mərahim Nəsibov Putini

11.09.2026 197
.

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya uğurla icra edilib

Yeni Klinikada kəskin işemik insultun müalicəsində mexaniki trombektomiya ilk dəfə uğurla icra edilib. 1950-ci il təvəllüdlü qadın pasiyent kəskin nevroloji əlamətlərlə xəstəxanaya müraciət edib. Pasiyentin vəziyyəti insultun ağırlığını qiymətləndirən NIHSS (National Institutes of Health Stroke Scale

11.09.2026 213
.

NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?

NASA Marsda vaxtilə həyatın mövcud olduğunu göstərən dəlillər aşkarlayıb, lakin bu mühüm nümunələrin Yerə gətirilməsi hələ də son dərəcə çətin məsələ olaraq qalır. Qaynarinfo "Newsweek"a istinadən xəbər verir ki, təxminən bir il əvvəl NASA "Perseverance" marsdaşıyan aparatının kəşfin

11.09.2026 133
.

Onlayn telefon sifariş etdi, peyin göndərdilər

Hindistanın Qreyter-Noyda şəhərində yaşayan sakin internetdən sifariş etdiyi Android cihazının əvəzinə içərisində inək peyini olan bağlama alıb. xarici mediaya istinadən xəbər verir ki, Akaş Naqar adlı şəxs bir neçə gün əvvəl iş üçün internet saytlarından birindən Android cihazı sifariş edib, sifari

11.09.2026 201
.

3 illik universitet modeli gəlir - Azərbaycanda ali təhsildə YENİLİK - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda ali təhsil sistemində yeni dəyişikliklərin tətbiqi məsələsi gündəmə gəlib. Belə ki, bakalavriat pilləsində bir sıra ixtisaslar üzrə təhsil müddətinin 4 ildən 3 ilə endirilməsi, magistratura təhsilinin müddətinin isə 1 ilə qədər azaldılması nəzərdə tutulur. Təklifin həyata keçirilməsi tələbələri

11.09.2026 306
.

Ərini öldürüb basdırdığı yerə gül əkən qadına 12 il HƏBS CƏZASI

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə həyat yoldaşı Samir Əliyevi qətlə yetirməkdə təqsirləndirilən Elmira Əliyevanın cinayət işi üzrə hökm oxunub. xəbər verir ki, məhkəmə Elmira Əliyevanı 12 il müddətinə azadlıqdan məhrum edib. Qeyd edək ki, dövlət ittihamçıs

11.09.2026 259
.

Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər

Atom saatlarının göstərdiyi vaxtla Yerin fırlanması arasındakı kiçik fərqlər illərdir "artıq saniyə" adlanan düzəlişlərlə aradan qaldırılır. Lakin planetin son illərdə gözlənilmədən sürətlənməsi bu dəfə saata bir saniyə əlavə etmək əvəzinə bir saniyənin çıxarılmasını tələb edə biləcək yen

11.09.2026 134
.