"Blok imtahan mexanizmi ləğv edilməlidir" – Ekspertdən sistemlə bağlı sərt tənqid
I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında Azərbaycan və rus bölməsi üzrə riyaziyyat fənnindən təqdim olunan bir sualda texniki səhvə yol verilib. Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, məsələ ilə bağlı abituriyentlərin xeyrinə qərar veriləcək.
Lakin bu hal ictimaiyyətdə və xüsusilə valideynlər arasında narahatlıq yaradıb. Onlar imtahan kimi gərgin və stresli bir mühitdə suallarda texniki səhvlərin olmasının, şagirdlərin onsuz da məhdud olan vaxtını almasının ədalətsiz olduğunu bildirirlər.
Mövzu ilə bağlı BiG.AZ-a danışan təhsil eksperti Elşən Qafarov məsələni daha geniş aspektdən şərh edib. O bildirib ki, texniki səhvlərlə bağlı apelyasiya komissiyasına müraciət etmək mümkündür və sualda problem aşkarlanarsa, həmin sual bütün abituriyentlər üçün düzgün cavab kimi qiymətləndirilir:
"Dövlət İmtahan Mərkəzi artıq 33 ildir ki, bu işlə məşğuldur. Əgər hər hansı bir nəzarətsizlik varsa, bu sübut olunmalıdır. Abituriyentlər apelyasiya komissiyasına müraciət etməlidirlər."
Ekspertin fikrincə, problemin kökündə mövcud blok imtahan mexanizmi dayanır və bu sistem köklü şəkildə dəyişdirilməlidir:
"Blok imtahan mexanizmi ləğv edilməlidir. Hər kəs arzuladığı ixtisas üzrə sənəd verməlidir. Hazırda hər 100 abituriyentdən yalnız 5-i istədiyi ixtisasa qəbul ola bilir. Bu, doğru mexanizm deyil."
Elşən Qafarov həmçinin testlərin hazırlanması prosesinə də toxunub və Dövlət İmtahan Mərkəzinin bu sahədəki rolunun yenidən nəzərdən keçirilməsini təklif edib:
"DİM imtahanları keçirən qurum olaraq qalmalıdır, amma testlərin hazırlanması başqa bir müstəqil institutun səlahiyyətində olmalıdır. Məsələn, bu məqsədlə Nazirlər Kabineti və ya Prezident yanında ayrıca test hazırlığı institutu yaradıla bilər."
Ekspert həmçinin vurğulayıb ki, təkcə texniki səhvləri deyil, ümumilikdə imtahan sisteminin yenilənməsi məsələsini müzakirə etmək zamanıdır:
"Şagirdlərin sualların çətinliyi və ya səhvliyi ilə bağlı şikayətləri yalnız bu ilə aid deyil. Bütün bu problemlər sistemin dəyişməsinin vacibliyini bir daha ortaya qoyur."
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1259 Tarix: 03 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPaşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089 Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18.09.2021 1949 Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568