Hökumət başçısı istefa verdi
Hollandiyada siyasi gərginlik daha da dərinləşib.
BiG.AZ xarici mediaya istinadən xəbər verir ki, ifrat sağ ritorikası ilə tanınan Azadlıq Partiyasının (PVV) lideri Geert Wilders koalisiya hökumətindən çəkildiyini elan edib.
Wildersin bu qərarına immiqrasiya və sığınacaq siyasətləri ilə bağlı fikir ayrılıqları səbəb olub. Onun geri çəkilməsi koalisiya hökumətində ciddi çatlar yaradıb və nəticədə hökumət rəsmi şəkildə çökmüş hesab olunub.
Hazırda ölkədə yeni siyasi düzən və potensial seçkilərlə bağlı gözləntilər artmaqdadır.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










