Üç və dörd uşağı olan qadınlara pensiya ilə bağlı ŞAD XƏBƏR

Üç və dörd uşağı olan qadınlara pensiya ilə bağlı ŞAD XƏBƏRMilli Məclisin deputatı Musa Quliyev pensiya yaşının azaldılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib.

BiG.AZ xəbər verir ki, o, Bizim.Media-ya açıqlamasında bu məsələnin hazırda reallığı əks etdirmədiyini bildirib.

"Bütövlükdə pensiya yaşının aşağı salınması məsələsi gözlənilmir. Dünyada da elə bir ölkə yoxdur ki, pensiya yaşının aşağı salınması ilə bağlı ciddi müzakirələr getsin. Çünki insanların orta ömrü uzanıb. Hazırda 65 və daha yuxarı yaş həddi əmək qabiliyyətli sayılır", - deyə deputat qeyd edib.

Musa Quliyev bildirib ki, bəzi vətəndaş kateqoriyaları üçün isə güzəştli pensiya hüququ nəzərdə tutulur:

"Amma ayrı-ayrı kateqoriyaya aid olan vətəndaşlar var ki, onlar daha güzəştli yaş şərti ilə pensiyaya çıxa bilirlər. Məsələn, beş və daha çox uşağı olan analar, əlil uşağı 18 yaşına qədər böyütmüş analar, ağır və təhlükəli şəraitdə çalışan şəxslər bu siyahıya daxildir. Ümumilikdə təxminən 200 minə yaxın vətəndaş güzəştli pensiya hüququndan yararlanır", - deyə o, bildirib.

Deputat əlavə edib ki, gələcəkdə üç və ya dörd uşağı olan qadınların da daha tez pensiyaya çıxmaq imkanları müzakirə edilə bilər:

"Ola bilər ki, gələcəkdə 3 və 4 uşağı olan ailələrə də bu hüquq tanınsın. Bu, sosial siyasət kontekstində nəzərdən keçirilə bilər".

Qadınlar və kişilərin eyni yaşda pensiyaya çıxmaları məsələsinə də toxunan Musa Quliyev bu prosesin gender bərabərliyinə əsaslandığını bildirib:

"Qadınlarla kişilərin bərabər yaşda pensiyaya çıxmaq hüququ gender bərabərliyinə əsasən tənzimlənir".

Sonda deputat bir daha vurğulayıb ki, yaxın gələcəkdə pensiya yaşının azaldılması nəzərdə tutulmur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3972   Tarix: 03 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məktəblərdə payız tətili başladı

Bu gündən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayıb. BİG.AZ xəbər verir ki, payız tətili 16-20 noyabr tarixlərini əhatə edir. Belə ki, şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ilk dərs günü 6 günlük iş həftəsi ilə işləyən ümumi təhsi

10:00 168
.

Cənubi Qafqazın ən böyük siyasi partiyası

Müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 35 il bundan əvvəl yaradılan Yeni Azərbaycan Partiyası şərəfli bir yol keçib, milli ideyalara sadiqliyini daim sübuta yetirib. Ölkəmizin siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaranmas

12:53 164
.

Ağdamın əvvəlki şöhrəti bu rayona qaytarılır

Ağdam rayonunun işğaldan azad olunması 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatın nəticəsidir: Bəyanatın şərtlərinə müvadiq olaraq Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı və bu olduqca böyük uğurdur və tarixi bi

11:35 217
.

Maksim Qalkin Bakıda toyda - Foto

Rusiyalı şoumen Maksim Qalkin Bakıda toy məclisinə qatılıb. Axşam.az xəbər verir ki, onun Bakıdan fotosunu aparıcı Leyla Quliyeva paylaşıb. Leylanın məclislərdən birində lentə aldığı görüntüdə Əməkdar artist Abbas Bağırov da yer alıb. Aparıcı paylaşımında "Çətin gün idi. Hərtərəfli çətin idi. Amm

11:36 246
.

Məşhur aparıcı 15 il çalışdığı kanaldan getdi

Aparıcı Günel Qədimova uzun illərdir çalışdığı "Xəzər TV" ilə yollarını ayırıb. xəbər verir ki, o, bu barədə sosial şəbəkədə bildirib. Aparıcı iş yerindən öz razılığı ilə ayrıldığını qeyd edib:. "Bu gün 15 ilə yaxındır bir parçası olduğum Xəzər TV-dən öz istəyimlə ayrıldım. Bura məni

11:42 239
.

Ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirən əməkdaşlıq

Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Noyabrın 12-də Dublində imzalanan bu sənəd təkcə diplomatik münasibətləri

14:49 69
.

Böyük Qələbə tarixi ədaləti bərpa etdi

1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal etmişdir. İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayonlardan biri sayılırdı. Ermənistan Silahlı Qüvvələri 2020-ci il sentyabrın 27-də yenidən Azərbaycana qarş

11:50 198
.

Ağdamın quruculuq, bərpa və inkişaf dövrü başlayıb

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, artıq üçüncü ildir ki, Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Azərbaycanın Vətən müharibəsind

10:53 177
.

Artıq azad Ağdamda Şəhər Günü keçirilir

Noyabrın 20-də Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin 6-cı ili tamam olur. Ağdam rayonu Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanat

10:50 180
.