O niyə ölümündən bir ay sonra dəfn edilmişdi? - Həyat yoldaşıyla qızı arasında qalan dahi azərbaycanlı

O niyə ölümündən bir ay sonra dəfn edilmişdi? - Həyat yoldaşıyla qızı arasında qalan dahi azərbaycanlıBu gün Xalq rəssamı Toğrul Nərimanbəyovun anım günüdür.

BiG.AZ Kulis.az-a istinadən Əfqan Qafarlının "Fransız qadının dünyaya gətirdiyi dahi azərbaycanlı" yazısını təqdim edir.

Kim idi Toğrul Nərimanbəyovun əsli-nəsli?

Babası şuşalı hüquqşünas Əmirbəy Nərimanbəyov çar II Nikolay dövründə mühacirətdə olub. Kiyevdə dərs deyirmiş. Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra Azərbaycana qayıdıb və Bakıda qubernator olub. Əmirbəy Nərimanbəyov Qarabağın tanınmış bəylərindən sayılırdı.

Əmirbəyin oğlu Fərman (Toğrulun atası) da Şuşada doğulub. Azərbaycan Xalq Cümnuriyyəti zamanında hökumət ölkənin gələcəyi naminə istedadlı gəncləri xaricə oxumağa göndərəndə Fərman Nərimanbəyov da Avropaya təhsil almağa gedən 40 nəfər arasında idi.

O, Tuluza Universitetinin mühəndis – elektrik ixtisasına qəbul olunub. Təhsil aldığı müddətdə fransız dilini mükəmməl öyrənən, Avropa mədəni dəyərlərini mənimsəyən Fərman Nərimanbəyov bir fransız qızla da tanış olur. Və o, İrma Lya Rude alı bu dərzi-modelyer xanımla evlənir.

Gənc ailə xeyli müddət Fransada yaşayıb. Toğrulun böyük qardaşı Vidadi elə Avropada dünyaya gəlib – 1926-cı ildə. Sonra onlar Tuluzadan Paris şəhərinə köçürlər.

1929-cu ildə Fərman Nərimanbəyov arvadı İrma Lya Rude və oğlu Vidadi ilə birgə Bakıya qayıdır. Xanımı və 3 yaşlı oğlu ilə Bakıda yerləşən Fərman Nərimanbəyov tələbə yoldaşı olmuş elektrikləşmə naziri İslamzadənin köməyilə Mingəçevir SES-də işə düzəlir...

1930-cu il avqust ayının 7-də Nərimanbəyovlar ailəsinin ikinci oğlu Toğrul dünyaya gəlir.

Elə həmin il Toğrulun babası Əmirbəy kişi dünyasını dəyişir.

Avropada təhsil almış valideynlərinin zəngin mənəvi aləmi Toğrulun tərbiyəsinə, erkən yaşlarından hərtərəfli, mükəmməl formalaşmasına təsir edir.

Tezliklə Nərimanbəyovlar ailəsinin üstünü qara buludlar alır. Toğrulun atası o zaman Avropada təhsil almış bir çox azərbaycanlılar kimi repressiyaya məruz qalır, onu həbs edib Sibirə sürgünə göndərirlər.

Ardınca 1941-ci ildə Fransa vətəndaşlığından çıxmayan Toğrulun anası İrma Lya Rude Bakıda həbs edilir. Ananı öz balalarından ayırırlar. İrma xanımı Özbəkistana – Səmərqəndə sürgün edirlər. Toğrulun anası düz 1961-ci ilə qədər sürgündə yaşamağa məcbur olur.

Bu ziddiyyətli, təzadlı illərdə inamını itirməyən Nərimanbəyovlar yaşamaq uğrunda mücadiləni davam etdirirlər. Toğrul Nərimanbəyov əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olur. 1950-ci ildən isə Litva İncəsənət İnstitutunda monumental və dəzgah rəssamlığı fakültəsində təhsil alıb. Eyni vaxtda Vilnüs Konservatoriyasında klassik vokalı da öyrənməyə başlayır. Toğrul anası ilə yalnız tələbəlik illərində Səmərqənddə görüşüb.

Elə Toğrulun müxtəlif orqanlara etdiyi müraciətləri və gərgin mübarizəsi sayəsində anasına bəraət verirlər və o, Bakıya qayıtmağa müvəffəq olur.

Bir müddət sonra amnistiyaya düşən atası Fərman Nərimanbəyov da Sibir sürgünündən vətənə qayıda bilir.

Uşaqlıqdan çəkdiyi əziyyətlər, gördüyü ədalətsizliklər Toğrulun əzmkarlığını daha artırır və o, yaradıcılıq yolunda həmkarlarından fərqlənərək daha irəliyə gedə, zirvələrə qalxa bilir. 30 yaşında əməkdar, 33 yaşında isə Xalq rəssamı adına layiq görülür. 1955-ci ildə keçmiş SSRİ Rəssamlar Birliyinin üzvü olan Toğrul Nərimanbəyov bu zaman artıq çoxlu orden və medallara layiq görülmüşdü.

Sonrakı illər Toğrulun həyatında yeni səhifələr açdı və o daha da məşhurlaşdı. 1974-cü ildə dünya şöhrətli bəstəkar Fikrət Əmirovun "Nəsimi haqqında poema" baletinə verdiyi tərtibata görə Azərbaycan Dövlət Mükafatına layiq görüldü. 1980-ci ildə Fikrət Əmirovun "Min bir gecə" baletinə verdiyi bədii tərtibata görə ikinci dəfə Dövlət Mükafatı ilə təltif olundu.

Yüksək peşəkarlığa malik görkəmli rəssam təsviri sənətin bütün janrlarında uğurla çalışaraq uzun illər ərzində dolğun və səmərəli fəaliyyət göstərib. Onun mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı parlaq əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə səciyyələnib. Nərimanbəyov dünyasını təcəssüm etdirən bənzərsiz lövhələr Azərbaycan müasir təsviri sənətinin simasını formalaşdıraraq mədəniyyətimizin nadir inciləri xəzinəsinə daxil olub.

Hazırda dünyanın bir çox incəsənət muzeylərində, fondlarda Azərbaycan rəssamının əsərləri qorunub saxlanılır. Çexiyada, Rusiyada, Hindistanda, Fransada, Litvada, ABŞ-da və digər ölkələrdə Toğrul Nərimanbəyovun sərgiləri keçirilib.

Toğrul Nərimanbəyovun dediyinə görə, əslən fransız olan anası İrma Lya Rude də müasir incəsənəti dərindən bilirdi. Həm rəssamlığı, həm də modanı. Müsahibələrinin birində anası haqqında demişdi: "Moskvada Azərbaycan mədəniyyəti dekadası keçirilirdi. Hələ Stalinin vaxtında. Bülbül Koroğlu rolunda çıxış edirdi. Anam Qəmər Almaszadə ilə rəfiqə idi, ona kostyumları hazırlamaqda köməklik göstərirdi".

Həyatının son dayanacağı kimi Azərbaycanı seçən İrma Lya Rude Bakıda, Yasamal qəbiristanlığında dəfn olunub. Elə Toğrulun qardaşı, Xalq rəssamı Vidadi Nərimanbəyov da Yasamal qəbiristanlığında anasının yanında uyuyur.

Toğrul Nərimanbəyov iki dəfə ailə qurub. Onun birinci arvadı heykəltəraş Elmira Hüseynova olub. 1933-cü il təvəllüdlü Elmira Hüseynova Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini (1954) və İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu (1960) bitirib. Heykəltəraşlığın məişət və portret janrlarında çalışırdı.

Bu evlilikdən Toğrul Nərimanbəyovun bir qızı dünyaya gəlib – Əsmər Nərimanbəyova (o da atası kimi Xalq rəssamıdır, hazırda Rəssamlıq Akademiyasının dosentidir).

Elmira Hüseynova 23 yanvar 1995-ci ildə dünyasını dəyişib.

Görkəmli rəssam sonradan ikinci dəfə ailə həyatı qurub, musiqiçi Sevil Nəcəfzadə ilə.

"İkinci arvadımla Bakıda tanış olmuşam. O, musiqiçidir, fortepianoda çalır. Bakıda texnikumda oxuyurdu. Mənə də maraqlı idi, o necə ifa edir. O zaman mən vokal ifaçılıqla da məşğul olurdum. O isə məni müşayiət edirdi. O təsviri sənəti sevirdi. Ümumiyyətlə, incəsənətə maraq göstərirdi. Bizim ümumi maraqlarımız var idi. Məndən soruşurlar ki, sizin ən yaxın ürək dostunuz kimdir? Cavab verirəm ki, kim ola bilər, ancaq Sevil. O mənim ürək dostumdur. Mən onunla yaradıcı fikirlərimi bölüşürəm. Onun iradəsi var, məqsədyönlüdür".

Sağlığında ikinci həyat yoldaşı barədə danışanda T.Nərimanbəyov belə demişdi.

Bu evlilikdən rəssamın bir oğlu doğulub Fransua Nərimanbəyov. Oğlu Fransua atasının yolunu davam etdirə bilər, çünki o da rəssamlıqla məşğul olur.

Toğrul Nərimanbəyov təkcə rəssam deyildi, həm də opera ifaçısı idi. Onun gözəl bariton səsi var idi. Klassik operalardan, xüsusilə İtaliya bəstəkarlarının əsərlərindən ariyaları peşəkarlıqla ifa edirdi.

Elə həyat yoldaşı Sevil Nəcəfzadə T.Nərimanbəyovun konsertlərinin əsas təşkilatçısı olub. Bununla yanaşı, Sevil xanım həm də ərinin sərgilərini təşkil edib.

2000-ci ilin avqustunda T.Nərimanbəyov Azərbaycanın "İstiqlal" ordeni, 2010-cu ilin avqustunda isə "Şərəf" ordeni ilə təltif edilib. Rəssamın müstəqil Azərbaycanın ali mükafatları olan "İstiqlal" və "Şərəf" ordenlərinə layiq görülməsi doğma vətənində onun sənətinə və şəxsiyyətinə ehtiramın ifadəsidir. Dövlət ona İçərişəhərdə emalatxana da vermişdi.

Həmkarları deyirlər ki, ünlü rəssam həm özünü, həm də Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq istəyirdi. Bu məqsədlə o, Azərbaycandan xaricə köçmüşdü. Əvvəlcə bir neçə il Amerikada yaşayıb, sonra Fransaya köçüb.

2001-ci ildə o, Parisdəki qalereya ilə bağladığı müqaviləyə görə, ilin yarısını burada çalışmalı idi.

T.Nərimanbəyov ürək xəstəliyindən əziyyət çəkirdi. Ölümündən iki ay qabaq ürəyindən cərrahiyyə əməliyyatı keçirmişdi.

Dahi rəssam 2 iyun 2013-cü ildə Parisdəki Jorj Pompido adına hospitalda vəfat edib.

Təxminən, bir aydan sonra... Parisdəki morqda qalan T.Nərimanbəyovun həyat yoldaşı Sevil Nərimanbəyova ilə qızı Əsmər Nərimanbəyovanın mübahisəsinə məhkəmə son qoyub. Fransa məhkəməsi xalq rəssamının həyat yoldaşının istədiyi kimi Parisdə dəfn edilməsinə qərar verib.

"Ölüm mənim üçün qorxulu deyil" deyən rəssamın bir arzusu var idi, heç vaxt gerçəkləşdirə bilməyəcəyi arzu – dədə-baba yurdu Şuşaya getmək: "Mənim babam və atam Şuşadandır. Şuşaya qonaq kimi deyil, oranın sahibi kimi gedəcəyəm...".
O niyə ölümündən bir ay sonra dəfn edilmişdi? - Həyat yoldaşıyla qızı arasında qalan dahi azərbaycanlıO niyə ölümündən bir ay sonra dəfn edilmişdi? - Həyat yoldaşıyla qızı arasında qalan dahi azərbaycanlıO niyə ölümündən bir ay sonra dəfn edilmişdi? - Həyat yoldaşıyla qızı arasında qalan dahi azərbaycanlı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1029   Tarix: 02 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

El-Nino güclənir: Rekord səviyyəli hadisə ehtimalı 75 faizə çatdı

ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyası (NOAA) tarixi gücə malik El-Ninonun oktyabr-dekabr aylarında baş verməsi ehtimalını 75 faizə yüksəldib. Qaynarinfo xəbər verir ki, "Watchers"in məlumatına görə, avqust ayında bu ehtimal 69 faiz qiymətləndirilirdi. Buna səbəb Sakit okeanın tropi

11.09.2026 120
.

Böyük Qayıdışın ünvanı Qarabağ: Diplomatik korpus bölgədə - Ekspert ŞƏRHİ

Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi ilə diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfəri xüsusi əhəmiyyət daşıyır. Diplomatları

11.09.2026 187
.

Şəfiqə Məmmədova kimdir? - Burla xatun, Gülya, Cəbiş müəllimin arvadı...

Xəbər verdiyimiz kimi, Xalq artisti Şəfiqə Məmmədova bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilib. Şəfiqə Məmmədovanın qısa bioqrafiyasını təqdim edir:. Şəfiqə Məmmədova nə vaxt və harada anadan olub?. Şəfiqə Məmmədova 1945-ci ilin 30 mart tarixində Dərbənd şəhərində anadan olub. Şəfiq

11.09.2026 200
.

Ali təhsil 3 ilə endirilməsi TƏKLİF OLUNUR: Diplomun müddəti qısalır, bəs keyfiyyət necə olacaq?

Xəbər verdiyimiz kimi Milli Məclisdə universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi müzakirə olunur. Bununla bağlı -a danışan "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayev

11.09.2026 206
.

Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək

Pakistanın Baş naziri Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək. BİG.AZ xəbər verir ki, bu barədə "Report"a Qarabağ bölgəsinə səfər edən Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin bildirib. Diplomatın sözlərinə görə, Ş.Şərif Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzr

11.09.2026 164
.

"Artıq başqa Sevdayam, anayam"

Müğənni Sevda Yahyayeva oktyabrın 17-də Azərbaycan Dövlət Filarmoniyasında planlaşdırılan konsertinə hazırlaşır. Axşam.az xəbər verir ki, sənətçi konsertlə bağlı videoaçıqlamasında gecənin yalnız musiqidən ibarət olmayacağını bildirib. "Bu konsert təkcə mahnıların ifasından ibarət bir gecə olmayacaq

11.09.2026 298
.

Azərbaycanda qızıl kəskin bahalaşdı

Azərbaycanda 2026-cı il 11 sentyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızıl bazarında 1 unsiya qızılın qiyməti 7494.8155 manat, 1 qramının standart qiyməti isə 240.96 manat təşkil edir. Əyyarından və mənşəyindən asılı olaraq 1 qram qızılın qiyməti isə 9

11.09.2026 194
.

Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq

Qədim inanclara görə, evdə olan ən adi əşyalar belə maddi rifaha və pul bəxtinə təsir göstərə bilər. Pul kisəsində dəfnə yarpağı saxlamaq, qapının ağzındakı xalçanın altına qəpik qoymaq və ya pul kisəsini heç vaxt tam boş buraxmamaq bu cür inanclar sırasındadır. xarici mediaya istinadla xəbər verir ki

11.09.2026 183
.

İlan sancmasından zəhərlənməyə qarşı yeni vasitə

ABŞ-ın Merilend Universitetinin alimləri zəhərli ilan sancmalarının müalicəsi üçün yeni üsul aşkar ediblər. Tədqiqatçılar qərb zınqırovlu ilanlarının qanında olan və bu sürünənlərin öz zəhərlərindən qorunmasına kömək edən zülallardan istifadə ediblər. xarici mediaya istinadla xəbər verir ki, laboratoriy

11.09.2026 185
.