Qurban ətini bu cür saxlayın - Dərin dondurucuya ehtiyac qalmır
Qurban Bayramının ən mühüm ənənələrindən biri olan qurban kəsmə mərasimindən sonra ətin düzgün şəkildə saxlanması böyük əhəmiyyət daşıyır. Adətən ilk seçim dərin dondurucular olur, lakin elektrik kəsilməsi riski, yer çatışmazlığı və ya başqa səbəblər bu üsulu hər zaman praktik etmir. Xoşbəxtlikdən, dondurucuya ehtiyac olmadan qurban ətini uzun müddət təzə və sağlam şəkildə saxlamağın təbii yolları da mövcuddur.
Lent.az bu üsulu sizə təqdim edir:
Xüsusilə təbii qoruma üsullarından istifadə etməklə, həm sağlam, həm də praktik yollarla əti həftələrlə təzə saxlamaq mümkündür.
Qurban ətini saxlama üsulları hansılardır?
Qurban ət kəsildikdən dərhal sonra isti olduğu üçün birbaşa saxlanmamalıdır. Əvvəlcə kölgəli, sərin bir yerdə 5-6 saat qədər dinləndirilməlidir. Bu proses ətin sərtliyini azaldır və bakteriya yaranmasının qarşısını alır. Dinlənmədən dondurulan və ya saxlanılan ət daha tez xarab ola bilər və dadını itirə bilər. Qurban ətini xarab olmadan saxlamağın ən qədim və təsirli üsullarından biri də "zeytun yağında saxlama" texnikasıdır. Kub formasında doğranmış ətlər duz, kəklikotu, istiot kimi təbii qoruyucu ədviyyatlarla qarışdırılır, sonra şüşə bankalara yerləşdirilir və üzəri tamamilə zeytun yağı ilə örtülür. Bu üsulla ət havayla təmas etmədiyi üçün mikrob yaranmaz və aylarla təzə qala bilər. Bankalar sərin və günəş işığı düşməyən yerdə saxlanmalıdır.
Qurutma üsulu
Qurban ətini saxlamağın digər təbii üsulu isə qurutmadır. Ət nazik dilimlər halında doğranır, duz və ədviyyatla ovulur və bir neçə gün ərzində sərin, hava keçən bir yerdə qurudulur. Bu üsul ətin içindəki nəmi çəkərək bakteriyaların çoxalmasının qarşısını alır. Qurudulmuş ət uzun müddət saxlanıla bilər və masaya fərqli bir dad qatır.
Qovurma üsulu
Türk mətbəxində ən geniş yayılmış saxlama üsullarından biri də əti qovurmaqdır. Ət kub şəklində doğranır və öz yağı və ya quyruq yağı ilə zəif odda uzun müddət qovrulur. Qovrulmuş ət soyuduqdan sonra şüşə banka və ya tenekə qablara doldurulur və üzəri tamamilə yağı ilə örtülür. Bu üsulla hazırlanan ətlər soyuducu olmadan belə sərin yerdə həftələrlə saxlanıla bilər.
Sirkə və marina edin
Sirkə təbii bir mikroböldürücüdür. Kiçik hissələrə bölünmüş ət, sirkə, duz və ədviyyatla hazırlanan qarışımda 1-2 gün saxlanıldıqdan sonra bankalara doldurula bilər. Bu üsul ətin həm dözümlülüyünü artırır, həm də özünəməxsus bir aroma verir. Xüsusilə bişirilərək yeyiləcək yeməklər üçün çox praktik bir həll yoludur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 743 Tarix: 02 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəktəblərdə payız tətili başladı
Bu gündən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayıb. BİG.AZ xəbər verir ki, payız tətili 16-20 noyabr tarixlərini əhatə edir. Belə ki, şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ilk dərs günü 6 günlük iş həftəsi ilə işləyən ümumi təhsi
10:00 168 Cənubi Qafqazın ən böyük siyasi partiyası
Müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 35 il bundan əvvəl yaradılan Yeni Azərbaycan Partiyası şərəfli bir yol keçib, milli ideyalara sadiqliyini daim sübuta yetirib. Ölkəmizin siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaranmas
12:53 164 Ağdamın əvvəlki şöhrəti bu rayona qaytarılır
Ağdam rayonunun işğaldan azad olunması 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatın nəticəsidir: Bəyanatın şərtlərinə müvadiq olaraq Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı və bu olduqca böyük uğurdur və tarixi bi
11:35 217 Maksim Qalkin Bakıda toyda - Foto
Rusiyalı şoumen Maksim Qalkin Bakıda toy məclisinə qatılıb. Axşam.az xəbər verir ki, onun Bakıdan fotosunu aparıcı Leyla Quliyeva paylaşıb. Leylanın məclislərdən birində lentə aldığı görüntüdə Əməkdar artist Abbas Bağırov da yer alıb. Aparıcı paylaşımında "Çətin gün idi. Hərtərəfli çətin idi. Amm
11:36 246 Məşhur aparıcı 15 il çalışdığı kanaldan getdi
Aparıcı Günel Qədimova uzun illərdir çalışdığı "Xəzər TV" ilə yollarını ayırıb. xəbər verir ki, o, bu barədə sosial şəbəkədə bildirib. Aparıcı iş yerindən öz razılığı ilə ayrıldığını qeyd edib:. "Bu gün 15 ilə yaxındır bir parçası olduğum Xəzər TV-dən öz istəyimlə ayrıldım. Bura məni
11:42 239 Ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirən əməkdaşlıq
Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Noyabrın 12-də Dublində imzalanan bu sənəd təkcə diplomatik münasibətləri
14:49 69 Böyük Qələbə tarixi ədaləti bərpa etdi
1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal etmişdir. İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayonlardan biri sayılırdı. Ermənistan Silahlı Qüvvələri 2020-ci il sentyabrın 27-də yenidən Azərbaycana qarş
11:50 198 Ağdamın quruculuq, bərpa və inkişaf dövrü başlayıb
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, artıq üçüncü ildir ki, Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Azərbaycanın Vətən müharibəsind
10:53 177 Artıq azad Ağdamda Şəhər Günü keçirilir
Noyabrın 20-də Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin 6-cı ili tamam olur. Ağdam rayonu Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanat
10:50 180