Ceki Çan xatirələrini bölüşdü: "Atam CASUS olub"

Ceki Çan xatirələrini bölüşdü: "Atam CASUS olub"Ceki Çan uzun fasilədən sonra ictimaiyyət qarşısında görünüb və ailəsi haqqında xatirələrini bölüşüb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, əfsanəvi aktyor nadir bir ailə fotosunu göstərib və atasının böyük sirrini necə öyrəndiyini danışıb. Ceki atasının ona casus keçmişini ilk dəfə etiraf etdiyi anı xatırlayıb.

71 yaşlı döyüş filmlərinin ulduzu atasının keçmişini gözlənilmədən öyrənib. O zaman Cekinin 40 yaşı olub. Atası maşında ona tərəf dönərək bir sirri paylaşmaq istədiyini bildirib.

"Atam birdən dedi: "Oğlum, mən artıq qocalmışam. Yata bilərəm və bir daha oyanmaya bilərəm". Mənim atam casus olub", - Ceki Çan bildirib.

Aktyor atasının etirafından şoka düşüb və əvvəlcə onun izahlarını dinləyə bilməyib. Ancaq bir neçə saat sonra daha çox məlumat öyrənmək qərarına gəlib.

"Atam çox yaraşıqlı kişi idi", - Ceki əlavə edib.
Ceki Çan xatirələrini bölüşdü: "Atam CASUS olub"2003-cü ildə çəkilmiş sənədli filmə görə, Cekinin atası Çarlz Çan (əsl adı – Fan Daolonq) 1940-cı illərdə Çində vətəndaş müharibəsi dövründə hökumət üçün casus işləyib. Onun anasının da qaranlıq keçmişi olub. O, Şanxayda heroin qaçaqmalçısı və qumarbaz imiş.

Ceki, anasının onun aktyorluq fəaliyyəti ilə bağlı münasibətini də danışıb. Ana oğlunun təhlükəli tryuklarını görəndə filmlərini izləməyə davam etməyib.

"Başlayardı, mən tryuk edəndə üzünü çevirərdi. Kimi döyürdümsə, baxmaq istəmirdi. Məni döyəndə də baxmaq istəmirdi. Bir dəfə də olsun filmimi axıra qədər izləməyib", - o bölüşüb.

Döyüş filmlərinin ulduzu yeni filmlərlə sevindirməyə davam edir. Yaxınlarda o, "Karate Kid: Əfsanələr" filmini təqdim edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 953   Tarix: 02 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məktəblərdə payız tətili başladı

Bu gündən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayıb. BİG.AZ xəbər verir ki, payız tətili 16-20 noyabr tarixlərini əhatə edir. Belə ki, şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ilk dərs günü 6 günlük iş həftəsi ilə işləyən ümumi təhsi

10:00 168
.

Cənubi Qafqazın ən böyük siyasi partiyası

Müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 35 il bundan əvvəl yaradılan Yeni Azərbaycan Partiyası şərəfli bir yol keçib, milli ideyalara sadiqliyini daim sübuta yetirib. Ölkəmizin siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaranmas

12:53 164
.

Ağdamın əvvəlki şöhrəti bu rayona qaytarılır

Ağdam rayonunun işğaldan azad olunması 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatın nəticəsidir: Bəyanatın şərtlərinə müvadiq olaraq Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı və bu olduqca böyük uğurdur və tarixi bi

11:35 217
.

Maksim Qalkin Bakıda toyda - Foto

Rusiyalı şoumen Maksim Qalkin Bakıda toy məclisinə qatılıb. Axşam.az xəbər verir ki, onun Bakıdan fotosunu aparıcı Leyla Quliyeva paylaşıb. Leylanın məclislərdən birində lentə aldığı görüntüdə Əməkdar artist Abbas Bağırov da yer alıb. Aparıcı paylaşımında "Çətin gün idi. Hərtərəfli çətin idi. Amm

11:36 246
.

Məşhur aparıcı 15 il çalışdığı kanaldan getdi

Aparıcı Günel Qədimova uzun illərdir çalışdığı "Xəzər TV" ilə yollarını ayırıb. xəbər verir ki, o, bu barədə sosial şəbəkədə bildirib. Aparıcı iş yerindən öz razılığı ilə ayrıldığını qeyd edib:. "Bu gün 15 ilə yaxındır bir parçası olduğum Xəzər TV-dən öz istəyimlə ayrıldım. Bura məni

11:42 239
.

Ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirən əməkdaşlıq

Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Noyabrın 12-də Dublində imzalanan bu sənəd təkcə diplomatik münasibətləri

14:49 69
.

Böyük Qələbə tarixi ədaləti bərpa etdi

1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal etmişdir. İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayonlardan biri sayılırdı. Ermənistan Silahlı Qüvvələri 2020-ci il sentyabrın 27-də yenidən Azərbaycana qarş

11:50 198
.

Ağdamın quruculuq, bərpa və inkişaf dövrü başlayıb

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, artıq üçüncü ildir ki, Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Azərbaycanın Vətən müharibəsind

10:53 177
.

Artıq azad Ağdamda Şəhər Günü keçirilir

Noyabrın 20-də Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin 6-cı ili tamam olur. Ağdam rayonu Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanat

10:50 180
.