Azərbaycan avtomobil bazarının yeni reallığı: Çin markaları və hibrit modellərə tələbat artır
Azərbaycana avtomobil idxalının əsas marşrutları Gürcüstan, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ – Dubay sxemi) və Rusiya üzərindən formalaşır. Bununla yanaşı, idxalçı şirkətlər və avtomobil salonları vasitəsilə ABŞ, Yaponiya və Cənubi Koreyadan da nəqliyyat vasitələri gətirilir.
Gürcüstan və Almaniya bazarları əsasən 2016–2020-ci illər istehsalı olan "ikinci əl" avtomobillərin idxalı üzrə ixtisaslaşıb. ABŞ, Yaponiya, Cənubi Koreya və Almaniyadan isə yeni, zavod istehsalı avtomobillər də gətirilir. Lakin bu avtomobillərin payı ümumi idxalda 20 faizi keçmir.
Ölkənin avtomobil bazarında əsas üstünlük hələ də "ikinci əl" avtomobillərə verilir ki, bu da daha çox fiziki şəxslərin biznes fəaliyyətinə xasdır. Bu marşrut üzrə əsas ticarət nöqtəsi Gürcüstandır. Buraxılış ili və markalar baxımından Gürcüstan üzərindən gətirilən avtomobillər bazarda dominant mövqedədir.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının direktoru Eyyub Əliyev bildirib ki, hazırda bazarda xüsusilə Çin istehsalı avtomobillər üstünlük təşkil edir:
"Bu gün vətəndaşlar əsasən hibrit avtomobillərə maraq göstərirlər. Artıq buraxılış ili 10 ildən çox olan və mühərrik həcmi böyük avtomobillərə tələbat demək olar ki, qalmayıb. Hazırda bu cür maşınlar bazarda 40–50% endirimlə təklif olunur. Əvvəllər süni şəkildə artırılmış qiymətlər real bazar mexanizmi ilə tənzimlənir. Bu isə həm alıcıların, həm də satıcıların işini bir qədər çətinləşdirir".
E.Əliyevin sözlərinə görə, bazarda yeni trendlər avtomobil almaq istəyən vətəndaşların seçimlərinə birbaşa təsir edir. Xüsusilə yanacağa qənaət, ekoloji faktorlar və texniki baxımdan daha üstün imkanlara malik hibrit modellər bu gün bazarda önə çıxır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1123 Tarix: 02 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu meyvə şirələrində rəngləndiricilər tapıldı
Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması məqsədilə satış obyektlərində satışa çıxarılan meyvə şirəsi və nektar məhsulları üzrə nəzarət tədbirləri həyata keçirib. AQTA-dan -a bildirilib ki, monitorinq çərçivəsində 16 istehsalçı müəssisəyə məxsus 17 məhsulda
18:30 128 NATO qırıcılarına bu regionda hərbi hədəfləri məhv etməyə icazə verilib
NATO Baltikyanı ölkələrin hava məkanının təhlükəsizliyini 20 ildən artıq müddətdə təmin edən" Baltic Air Policing" missiyasının formatını dəyişərək ona hava müdafiəsi statusu verib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Qərar barədə Ankarada keçirilən NATO sammitində Litv
21:15 1 Bu il Azərbaycanda 104 kriminal qrup zərərsizləşdirilib
Bu ilin 6 ayında mütəşəkkil cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində 288, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 104 kriminal qrup zərərsizləşdirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində 2026-cı ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda dura
18:45 135 Bu məşhur dağ kurortlarında villa və qonaq evləri kütləvi şəkildə satışa çıxarılıb
Rumıniyanın məşhur dağ kurortları olan Bran və Moeçiu bölgələrində villa və qonaq evlərinin sahibləri əmlaklarını kütləvi şəkildə satışa çıxarırlar. Buna səbəb turist sayının azalması və istirahətə gələnlərin artıq təkcə gecələmək üçün yer deyil, daha geniş xidmətlər təklif edən məkanlara üstünlük verməsidir
19:30 90 "Real" komandanın liderlərindən biri ilə müqaviləni uzadacaq
"Real" Fransa millisinin yarımmüdafiəçisi Orelen Tçuameni ilə yeni müqaviləni razılaşdırıb. -ın xarici mediaya istinadən məlumatına görə, yeni müqavilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq. Fransalı yarımmüdafiəçinin hazırkı müqaviləsi 2028-ci ildə başa çatır. İddia edilir ki, yeni müqaviləy
19:00 121 Bank kartınız təhlükədədirmi? Bu qaydalara mütləq əməl edin
"Kartınızın təhlükəsizliyini qorumaq üçün PİN kodunuzu heç vaxt kartın üzərində, telefonunuzda və ya başqa yerdə qeyd etməyin. PİN kod yalnız sizə məlum olmalı və heç bir halda digər şəxslərlə paylaşılmamalıdır. Həmçinin kartın arxa tərəfində yerləşən CVV kodunu, son istifadə tarixini və digər məxf
15:08 241 "Ailə oturur, uşaqlar alır telefonu..."
"Bilmirəm, siz fikir verirsiniz, ya yox. Biz son zamanlar tez-tez müşahidə edirik. Ailə oturur, uşaqlar əllərinə alır telefonu onunla məşğul olur. Nə bir-birlərinə kitab tövsiyə edir, nə də söhbətlər edirlər". "Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə v
16:02 231 Ece İrtemin ölüm səbəbi açıqlandı
Türkiyəli aktrisa Ece İrtemin ölüm səbəbi açıqlanıb. Axşam.az xəbər verir ki, Məhkəmə Tibbi Ekspertizanın nəticələrinə görə, 35 yaşlı aktrisa spirtli içki zəhərlənməsindən həyatını itirib. Xatırladaq ki, daha əvvəl aktrisanın Tayland səfəri zamanı meymun hücumuna məruz qalması, nəticədə sepsis olduğ
10:16 359 Tualet kağızı əvəzinə nə istifadə edilə bilər?
Uzun illərdir şəxsi gigiyenanın əsas vasitələrindən biri hesab edilən tualet kağızı artıq əvvəlki qədər əvəzolunmaz sayılmır. Mütəxəssislər bildirirlər ki, müasir texnologiyalar daha effektiv təmizlik və yüksək komfort təmin edən alternativlər təqdim edir. xarici mediaya istinadla xəbər verir ki, məlumat
19:45 77