"300 bal toplayanların sayının azalması keçid ballarının düşməsi anlamına gəlmir" - Kamran Əsədov

"300 bal toplayanların sayının azalması keçid ballarının düşməsi anlamına gəlmir" - Kamran ƏsədovTam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 9-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 20 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Təhsil eksperti Kamran Əsədov BiG.AZ-a bildirib ki, 300 bal toplayanların sayının azalması sistemin keyfiyyətini tənqid üçün əsasdır. Qəbul ballarına təsiri isə daha çox ümumi bal bölgüsü, qəbul planı və ixtisas üzrə rəqabət səviyyəsindən asılıdır:

"2025-ci ilin buraxılış imtahanlarında 300 bal toplayanların sayı azalıb. 2 mart imtahanında 23, 9 martda isə 20 nəfər maksimal nəticə göstərib. Cəmi 43 nəfər. Bu, ötən ilki göstəricidən 10 nəfər azdır. 2024-cü ildə 53 nəfər 300 bal toplamışdı. Say baxımından azalma qeyd olunur və bu, bal bölgüsünə də təsir göstərir.

Buraxılış imtahanları ali təhsilə qəbul prosesinin birinci mərhələsidir. Qəbul ballarının hesablanmasında buraxılış imtahanı 300 bal, ixtisas qrupları üzrə qəbul imtahanı isə 400 bal təşkil edir. İmtahan nəticəsi yalnız 11-ci sinfi bitirməklə bağlı yox, həm də qəbul prosesində ümumi nəticəyə təsir göstərdiyi üçün diqqətlə izlənilir.

300 bal toplayanların sayının azalması keçid ballarının düşməsi anlamına gəlmir. Burada əsas meyar – imtahanda iştirak edənlərin ümumi nəticələridir. Əgər yüksək nəticə göstərənlərin sayı azalırsa, bu bəzi ixtisaslar üzrə keçid ballarının bir qədər aşağı düşməsi ilə nəticələnə bilər. Lakin tibb, hüquq, informasiya texnologiyaları kimi sahələrdə rəqabət dəyişmir. Çünki bu sahələrə müraciət edənlərin səviyyəsi illərdir stabil yüksək qalır. Bu səbəbdən həmin ixtisaslarda keçid balları sabit qalacaq və ya cüzi fərqlə dəyişəcək.

Digər tərəfdən, ali məktəblərə qəbul planı da önəmlidir. Əgər qəbul planı artır, amma yüksək nəticə göstərənlərin sayı azalırsa, bu zaman bal fərqləri daha çox hiss edilə bilər. Bu fərqlər daha çox orta ixtisaslara və region universitetlərinə təsir edir. Eləcə də özəl ali məktəblərin keçid ballarında da müəyyən yumşalmalar mümkündür.

Azərbaycan təhsil sistemi nəticəyə əsaslanan qiymətləndirmə modelindən istifadə edir. Bu modelin üstünlüyü obyektivlik olsa da, yalnız testlərə əsaslanması sistemin zəif tərəfidir. Şagirdin düşünmə bacarığı, yazı mədəniyyəti, təqdimat qabiliyyəti və sosial fəallığı nəzərə alınmır. Halbuki bir çox ölkələr – məsələn, Finlandiya, Kanada, Almaniya – attestat və məktəbdaxili qiymətləndirməni əsas götürür. ABŞ-da qəbul zamanı məktəb nəticələri, sosial fəaliyyət, tövsiyə məktubları və motivasiya məktubları da nəzərə alınır. Azərbaycanda isə şagirdin yalnız imtahan nəticəsi ilə dəyərləndirilməsi onun 11 illik təhsilini bir imtahanda ölçmək deməkdir.

Buraxılış imtahanı nəticələri regional fərqləri də üzə çıxarır. Paytaxt məktəbləri ilə rayon məktəbləri arasında nəticə fərqi mövcuddur. Bu isə təhsil imkanlarının bərabər olmamasını göstərir. Bu fərqlər qəbul prosesində ədalətsiz rəqabət mühiti yaradır. Belə halların qarşısını almaq üçün məktəbdaxili qiymətləndirmənin rolu artırılmalı, imtahan sistemində balans yaradılmalıdır.

Yekun olaraq, 300 bal toplayanların sayının azalması sistemin keyfiyyətini tənqid üçün əsasdır. Qəbul ballarına təsiri isə daha çox ümumi bal bölgüsü, qəbul planı və ixtisas üzrə rəqabət səviyyəsindən asılıdır. Dəyişiklik üçün təkcə imtahan nəticəsinə deyil, onu doğuran səbəblərə də diqqət yetirilməlidir. Sistem nəticə deyil, öyrənmə prosesini qiymətləndirməyə yönəlməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1276   Tarix: 17 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək - Prezident təsdiqlədi

Küləkli hava şəraitində kranlarla görülən işlərin dayandırılması və işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında Qanun imzalayıb. Yeni qanuna əsasən, küləyin gücü

12:34 202
.

Küləklə bağlı - Xəbərdarlıq

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı

16:48 90
.

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı qarşılıqlı etimada və ortaq maraqlara əsaslanır

Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və praqmatik xarici siyasət ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndirilməsinə, aparıcı dövlətlərlə qarşılıqlı faydalı münasibətlərin genişləndirilməsinə mühüm töhfə verir. Azərbaycanın müxtəlif geosiyasi və iqtisadi mərkəzlərlə qurduğu tərəfdaşlı

14:45 197
.

Güclü küləkdə paytaxtda 32 ağac sınıb - Fotolar

Noyabrın 15-i axşam saatlarından başlayaraq paytaxtda əsən güclü külək nəticəsində ümumilikdə 32 ağac sınıb, 36 ağacın isə budaqları qırılıb. xəbər verir ki, bu barədə Baki Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda ötən gündən etibarən müşahidə olunan gücl

12:25 228
.

İlham Əliyev Gənclər və İdman Nazirliyinə bir milyon manat ayırdı

Prezident İlham Əliyev 2027-ci ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, 2027-ci ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçü

16:23 109
.

Azərbaycan-Böyük Britaniya diplomatik münasibətlərində yeni inkişaf mərhələsi

Azərbaycanın milli maraqlara əsaslanan çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ölkəni regional gücdən qlobal miqyaslı etibarlı strateji tərəfdaşa çevirib. Bu günlərdə dövlət başçısı İlham Əliyevin Dublində keçirilən "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısında iştirak

14:42 216
.

Böyük Qələbə tarixi ədaləti bərpa etdi

1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal etmişdir. İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayonlardan biri sayılırdı. Ermənistan Silahlı Qüvvələri 2020-ci il sentyabrın 27-də yenidən Azərbaycana qarş

11:50 228
.

YAP - cəmiyyətin aparıcı qüvvəsi

Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 35 ili tamam olur. Cənubi Qafqazın ən qüdrətli siyasi təşkilatı, Azərbaycanın isə hakim siyasi gücü olan partiyamızın yubileyi dövlətimiz və xalqımız üçün vacib, əhəmiyyətli tarixdir. Yeni Azərbaycan Partiyasının qurulduğu 1992-ci il müstəqilli

12:51 195
.

Qədəşovun kürəkəninə 11 il həbs - "Atland" müsadirə edildi

"Təbriz" MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsind

12:17 234
.