"Almaniya və Azərbaycan arasındakı əlaqələrin inkişafı, ölkəmizin milli strateji maraqlarına tamamilə cavab verir"-DEPUTAT

"Almaniya və Azərbaycan arasındakı əlaqələrin inkişafı, ölkəmizin milli strateji maraqlarına tamamilə cavab verir"-DEPUTATAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Bakıda keçirdikləri görüş, Azərbaycan-Almaniya münasibətlərinin gələcəyi və bu əlaqələrin müxtəlif sahələrdə necə inkişaf edə biləcəyinə dair mühüm istiqamətləri ortaya qoydu. Görüşün əhəmiyyəti yalnız iki ölkə arasında mövcud olan əməkdaşlığı möhkəmləndirməkdə deyil, həm də regional və beynəlxalq məsələlərdə birgə fəaliyyətin genişlənməsi baxımından önəm daşıyır. Almaniya ilə əməkdaşlığın strateji əhəmiyyəti, Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun və Almaniyanın bu prosesdəki rolunun daha da artmasına gətirib çıxaracaq. Eyni zamanda, bu əməkdaşlıq, Cənubi Qafqazda sabitliyin və beynəlxalq münasibətlərdəki müsbət dinamikanın təmin olunmasında mühüm rol oynayacaqdır.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən deputat Elmar Nəsirov bildirib ki, Almaniya Federativ Respublikasının prezidenti Ştaynmayerin Azərbaycana səfəri rəsmi Bakı-Berlin münasibətlərinin inkişafı üçün geniş imkanlar aça bilər. Nəzərə alsaq ki, Almaniya Federativ Respublikası Avropanın iqtisadi güc mərkəzidir və iqtisadi baxımdan Avropanın lokomotividir, bu dövlətlə Azərbaycan arasındakı əlaqələrin inkişafı, heç şübhəsiz, ölkəmizin milli strateji maraqlarına tamamilə cavab verir:

"Almaniya və Azərbaycan arasındakı əlaqələrin inkişafı, ölkəmizin milli strateji maraqlarına tamamilə cavab verir"-DEPUTAT"Azərbaycan Prezidenti cənab İlham Əliyevlə alman həmkarı arasında keçirilən mətbuat konfransında qeyd edildiyi kimi, artıq 2025-ci ilin ilk iki ayının nəticələrinə görə iki dövlət arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb. Bu, ciddi bir göstəricidir. Düzdür, neft amili əsas rol oynayır, lakin burada əsas diqqət qeyri-neft sektorunda əlaqələrin inkişafına yönəldilib və bu sahənin geniş imkan və potensialı mövcuddur.

İqtisadi əlaqələrin gücləndirilməsi siyasi baxımdan da həlledici təsirə malikdir. Burada bizim üçün əsas məsələ Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi və sülh müqaviləsinin imzalanmasıdır. Bu prosesdə üzə çıxan problemlərin həllində rəsmi Berlinin tutacağı mövqe xüsusi əhəmiyyət daşıyır.

Ştaynmayer Ermənistanda olarkən "Instagram" səhifəsində artıq mövcud olmayan bir rejimin dırnaqarası "bayrağını" paylaşmışdı. Daha sonra bu səhv addımına görə üzr istədilər. O, Bakıda olduğu zaman Azərbaycanın ərazi bütövlüyünü hər zaman tanıdığını və dəstəklədiyini, Qarabağı Azərbaycanın tərkib hissəsi hesab etdiyini bildirib. Bu, çox önəmli bir bəyanatdır. Eyni zamanda, Almaniya tərəfi Azərbaycan Prezidentinin dilindən sülh tərəfdarı olduğunu öyrəndi. Azərbaycan, Ermənistana sülh müqaviləsinin baza və prinsiplərini təqdim edəcək qədər sülh istədiyini bəyan edib. Bu, heç bir halda təsadüfi deyil, bizim sülhpərvər mahiyyətimizdən irəli gəlir.

Bəzi dairələr Azərbaycanı sülhdə maraqlı olmamaqda ittiham edirlər. Lakin Azərbaycanın sülh müqaviləsinin şərtləri var. Onlardan biri də ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlıdır. De-fakto bu qrup artıq fəaliyyət göstərmir. Lakin de-yure olaraq da onun fəaliyyətinə son qoyulmalıdır. Bu qurum öz missiyasını yerinə yetirə bilmədi. Ermənistan-Azərbaycan münaqişəsi artıq mövcud deyil. Olmayan bir münaqişənin tənzimlənməsində ATƏT-in Minsk qrupu necə iştirak edə bilər? O, buraxılmalıdır.

Ermənistan Azərbaycanın yanında yer almalıdır. Təəssüf ki, bu məsələ hələ də həll olunmayıb və bu da sülh müqaviləsinin imzalanmasına mane olan əsas amillərdən biridir.

Digər mühüm fundamental səbəb isə sülhdən danışan Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının hələ də yer almasıdır. Bu maddədən imtina edilməyib. Bunun üçün Ermənistan referendum keçirərək öz iradəsini ortaya qoymalı və bu iddiadan rəsmi şəkildə imtina etməlidir. Əks halda, bu məsələ sülhün əldə olunmasına mane olacaq. Azərbaycan Prezidenti vurğulayıb ki, biz istəyirik ki, bu məsələ birdəfəlik həllini tapsın. Bu iki problem aradan qalxdıqdan sonra sülh müqaviləsinin imzalanması üçün heç bir maneə qalmayacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 908   Tarix: 03 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Almaniyada baş verənlər Avropa üçün xəbərdarlıqdır" - BƏHRUZ QULİYEV

"Almaniyanın Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərdə "Almaniya üçün Alternativ" ( AfD) partiyasının təxminən 44 faiz səslə birinci olması təkcə regional seçkinin nəticəsi kimi qiymətləndirilməməlidir. Bu, Almaniya cəmiyyətində mövcud siyasi kursa, miqrasiya siyasətinə, iqtisad

12:09 189
.

İsveçrədə su elektrik stansiyasında partlayış - yaralılar var

İsveçrənin cənubunda, Piotta şəhərində yerləşən Ritom su elektrik stansiyasında partlayış baş verib. Bu barədə "20 Minuten" nəşri məlumat yayıb. Partlayış çərşənbə günü səhər saatlarında baş verib. Polis nümayəndəsinin sözlərinə görə, iki nəfər ağır xəsarət alıb, obyektin bir hissəsinə ziya

09.09.2026 225
.

Şəkidə kanatdakı qəzanın səbəbi açıqlandı

Şəkidə "Zipline" əyləncəsindən istifadə edən iki şəxsin həlak olması ilə bağlı cinayət işi başlanıb. Axşam.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, sentyabrın 8-də Şəki rayonu, Baş Küngüt kəndi ərazisində yerləşən "Şəki yaylası"

10:29 223
.

Məişət münaqişəsi qanlı faciəyə çevrildi - 4 uşaq öldü

ABŞ-ın Montana ştatında məişət münaqişəsi nəticəsində səkkiz nəfər, o cümlədən dörd uşaq həyatını itirib. xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. Polisin məlumatına görə, faciə Billings şəhərindəki evlərdən birində baş verib. Hüquq-mühafizə orqanlarına silahlı insident barədə məluma

12:10 162
.

Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevə şəhid statusu verilib. Bu barədə "Qafqazinfo"ya onun ailəsindən məlumat verilib. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmuş Raqif İsayev şəhid, onun ailəsi şəhid ailəsi üzvü hesab olunacaq. Qey

12:18 181
.

Ərzaqlar niyə əvvəlkindən daha tez xarab olur? - Mütəxəssisdən AÇIQLAMA

"Ərzaqların əvvəlkindən daha tez xarab olması ilə bağlı müşahidələr həqiqətən geniş yayılıb. Lakin bunu ümumi şəkildə "qidaların keyfiyyəti pisləşib" kimi izah etmək düzgün olmaz. Burada bir neçə amil rol oynaya bilər". Bunu BİG.AZ-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib

14:24 122
.

İranın cənubundakı Sirik bölgəsində bir neçə əraziyə mərmilər düşüb

İran dövlət mediasının verdiyi məlumata görə, çərşənbə günü İranın cənubundakı Sirik bölgəsində bir neçə əraziyə mərmi atılıb. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, zərbələr, o cümlədən dəymiş ziyanın miqyası və ya potensial itkilər barədə əlavə məlumat hələlik verilməyib. Müəllif: İlki

11:21 154
.

Prezident Qaradağda açılışda - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün paytaxtın Qaradağ rayonunda "Fabriora Group" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və "Fabrior

12:25 179
.

"Məkkə sazişi"nin ilk sınağı: Yəməndə hədəf husilər, əsas rəqib İran

Yəməndə Səudiyyə Ərəbistanının dəstəklədiyi Prezidentlik Rəhbərlik Şurasına (PLC) bağlı qüvvələr hökumətyönlü qəbilə döyüşçüləri ilə birlikdə ölkənin bir neçə bölgəsində husilərə qarşı hərbi əməliyyatlara başlayıb. Əməliyyatlar çərçivəsində hökumət qüvvələri bir sıra uğurlar əldə edib. Bununla belə

12:28 156
.